Tag: ZİYADAR MÜKAFATI LAUREATLARI

GÜNAY ÜMİD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

No Comments

Bu gün Xırdalan şəhərində yerləşən Abşeron rayon Heydər Əliyev Mərkəzində tanınmış söz adamlarının iştirakı ilə şair Günay Ümidin “Acı şokalad” adlı yeni kitabının təqdimat mərasimi baş tutdu. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə “Ziyadar” diplomunu təqdim etdi. FOTOLAR:

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏCİBƏ İLKİN “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

No Comments

NƏCİBƏ İLKİNNİN DİPLOMU

Tanınmış şair-publisist Nəcibə İlkin “Ziyadar” Mükafatına layiq görülüb. Diplom Sabah 22 iyulda Nəcibə xanımın həm kitablarının təqdimatı, həm də 60 ilıik yubileyi münasibəti ilə Milli Mətbuat Günündə AZƏRKİTAB TƏBLİĞAT MƏRKƏZİNDƏ saat 14:00-da təşkil olunmuş tədbirdə təqdim olunacaq. Bayramın bayrama qarışdığı bu gündə sizləri AZƏRKİTAB TƏBLİĞAT MƏRKƏZİNDƏ saat 14:00-da, Yasamal r. General Akim Abbasov küç.78 (Lider tv-nin yaxınlığı) ünvanında gözləyəcəyik.Tel:(012)530 22 33, Mob:(+994)50 376 50 46

NƏCİBƏ İLKİNİN DİGƏR YAZILARI

DİPLOMU DOĞRULAMA LİNGİ:LAUREATLAR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏCİBƏ İLKİNİN KİTAB TƏQDİMATI OLACAQ

No Comments

Nəcibə İLKİN – “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru,  şairə.

Yazarlar.az xəbər verir ki, iyulun 22-si, saat 14:00-da  “AZƏRKİTAB” kitab  təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru,  şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.

Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin  60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.

NƏCİBƏ İLKİNİN KİTABLARI

Qeyd edək ki, hər iki kitabın redaktoru tanınmış yazıçı Elçin Hüseynbəylidir.

Nəcibə xanıma yeni yaradıcılıq uğurları və necə gözəl doğum günləri qeyd etməsini arzulayırıq.

NƏCİBƏ İLKİNİN DİGƏR YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ERMƏNİLƏR” TANINMIŞ ŞAİRİN SƏHİFƏSİNİ VİKİPEDİYADAN SİLDİLƏR

No Comments

 ZAUR USTAC HAQQINDA

Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib.

Belə ki,  tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Fedai.az” a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə “Zaur Ustac” adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı  şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi  hücumlar başladı. Üstəgəl mediada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim doğma xalalarıma məxsusdur) haqqında məlumatları  da sürəkli paylaşmağım yəqin bu məsələni bir az da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”,  “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü   – Səringül və Təyyarə bacılarının doğma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan  “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan   “Oriyentir Ulduzu” ,  “Ziyadar Mükafatı” və  “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə  istinad  edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəaliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”

Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac  ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə  müxtəlif KİVdə müntəzəm  çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə  “Müharibə veteranı”,  “Milli Ordu -100”  və   “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.

İlkin mənbə:“Fədai” qəzeti


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

No Comments
MUSA ƏLƏKBƏRLİ N: 078 24.06.2021.

Tanınmış şair Musa ƏLƏKBƏRLİ “Sən elə bir sevdasan ki…” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb. Şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Musa müəllim!!!

DOĞRULAMA LİNGİ>>>LAUREATLAR

MUSA ƏLƏKBƏRLINİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru