Etiket arxivi: VİDEOKONFRANS

AZƏRBAYCANIN GÖRKƏMLİ ŞAİRLƏRİNDƏN BİRİ MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN 115 İLLİYİ MÜNASİBƏTİLƏ VİDEOKONFRANS KEÇİRİLMİŞDİR

Günay ƏLİYEVA

Həftəsonu məktəbimizin”Mənim dilim-ana dilim” layihəsi əsasında  Azərbaycanın görkəmli şairlərindən biri Məhəmmədhüseyn Şəhriyarın 115 illiyi münasibətilə videokonfrans keçirilmişdir.Konfransda Amerika Biblioqrafiya İnstitutunun Güney Azərbaycan ədəbiyyatı üzrə eksperti AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvi Esmira Fuad, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, istedadlı və tanınmış aktrisa Rada Nəsibova , Estoniyadan konfransa qoşulmuş kitabxanaçı Təranə Mirzağayeva , Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbin ibtidai sinif müəlliməsi və şagirdləri iştirak etmişdilər.

Natiqlər M.Şəhriyarın yaradıcılığı haqqında məlumat vermiş və bildirmişdilər ki, onun şeirlərində olan fəlsəfi düşüncə,azadlığa,mübarizəyə çağırış,vətənpərvərlik hissi şairin yaradıcılığını yüksək zirvəyə ucaltmış və  Şəhriyarın şeirlərindəki mövzular hər dövrdə aktual olmuşdur.

E.Fuad bildirmişdir ki, M.Şəhriyarın vətənpərvərlik

duyğuları aşılayan , milli həmrəylik ideyasını təbliğ edən əsərləri dillər əzbəri olmuşdur. E.Fuad qeyd etmişdir ki Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini Vətənin taleyi ilə müqayisə edir və bu paralellikdə bir məna görürdü. Belə ki  şairin qərbçilik  və vətən həsrəti onun yaradıcılığında öz təcəssümünü tapmışdır.

XX əsr Azərbaycan poeziyasının incilərindən olan ” Heydər babaya salam” poemasında milli ruh duyulur ,şair xalqının milli bütövlüyünü , adət-ənənələrini peşəkarlıqla və bədii sözün gücü ilə oxucularına təqdim etmişdir.

Tədbirdə tanınmış aktrisa Rada Nəsibovanın səsləndirdiyi M.Şəhriyarın “Azərbaycan” şeiri və İnarə Musayevanın rəhbərliyi ilə məktəblilərin söylədiyi digər şeirlərdə maraqla qarşılanmışdır.Tədbirin sonunda iştirakçılar Rübabə Muradovanın ifasında “Heydər babaya salam”və  Yaqub Zurufçunun ifasında “Yar qasidi” mahnılarını dinləmişdilər. TƏDBİRDƏN FOTOLAR:


Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru