İki il olardı tez-tez Azərbaycan Tibb Universitetinin auditoriyalarında və tədris korpusunda əlində iş çantası yaraşıqlı, zövqlə geyinmiş, saçlarına dən düşmüş bir kişiyə rast gəlmək olurdu.Tibb elminə verdiyi töhfə, yazdığı çoxlu sayda elmi əsərləri, monoqrafiyaları nəzərə alaraq elmi şura ona professor vəzifəsini vermişdi. Universitetdə Anesteziologiya elmindən mühazirələr oxumaqla yanaşı, yeni tikilmiş cərrahiyyə xəstəxanasında cərrah işləyirdi. Ürək,damar xəstəliklərindən başqa yerdə qalan əməliyyatların öhdəsindən bacarıqla gəlirdi. Kim idi bu professor? Professorun adı Rauf Məmməd oğlu Quluzadə idi. Bu həmin Rauf idi, düz 20 il bundan əvvəl atası ilə dalaşandan sonra təyyarə ilə Moskvaya uçmuşdu. Onu bura Almaniyadan Universitetin yeni rektoru dəvət eləmişdi.
Raufu Domodedovo aeroportunda tələbə yoldaşı və dostu Rəşad həkim qarşıladı. Köhnə dostlar möhkəm qucaqlaşdılar. Hər ikisi ayrılaraq bir-birinə bir dəqiqəlik baxış keçirdilər. Rəşad həkim Raufa:
-Yox, maşallah yaxşı qalmısan. Bu subaylığın əlamətidir. Ailə qayğısı məni qocaldıb.
–Elə demə sən də yaxşısan. Necəsən, uşaqlar, xanımın necədir?
–Heç nə deməyəcəm, indi gedərik görərsən.
–Yox Rəşad uşaqlara əziyyət vermək lazım deyil. Əvvəlcə otellərin birinə gedib mənə yer alaq. Sonra sizə gedərik.
–Rauf sənin başın xarab olub, nədir. Deyəsən, ikimizin də azərbaycanlı olduğumuzu unutmusan.
Onlar gəlib Rəşadın qara rəngli cip Mesedes maşınına oturdular.Aeroportdan şəhərə bir saata,oradan elə Rəşadın evinə də bir saata gəldilər. Rəşad həkim yeni tikilən 30 mərtəbəli yaşayış evlərindən ev almışdı. Həkimlik hər yerdə gözəl sənətdir. Onların qazancı daimidir. Yaxşı həkim olub ad çıxarandan sonra pul öz-özünə axır. Geniş işıqlı otaqlar yaxşı təmir olunmuşdu. Rəşad:
Bunların hamısı bizimkilərin əl işidir.Xəstələrimin çoxu azərbaycandan gəlir. Rauf Rəşadın xanımı, uşaqları ilə görüşdü. Xanımı rus milləti olub, həkim idi. Bir oğlu, bir qızı vardı. Qəribə idi qız atasına,oğlan isə anasına oxşayırdı. Sapsarı yumşaq saçları vardı. Anası kimi onun da qaşları, kipriyi kürəndi. Üzü, boğazı, sinəsi xırda çillərlə doluydu. Elə Rəşad özü də yaraşıqlı kişilərdən deyildi. Balacaboy, arıq, geniş alınlı çox çevik adamdı. Gözlərinə taxdığı qalın şüşəli eynəyin ölçüsü bəlkə də 6 olardı. Rəşad universiteti bitirən kimi bura gəlmişdi. Tez evlənmişdi. Düzdür, Raufdan iki yaş böyük idi, amma heç nə itirməmişdi.
Onlar böyük otaqda ikisi oturmuşdu. Rəşad qədəhini qaldırıb:
-Hə Rauf, bizim evə xoş gəlmisən. Mənim vəziyyətimlə tanış oldun. İndi özündən danış.
Rauf arağını içəndən sonra Rəşadla ayrılan vaxtdan bu günə kimi olanları danışdı. Onu dinləyən Rəşad həkim:
–Rauf, sən düz eləmisən bura gəlmisən. Sənə şəhərin mərkəzində olan özəl, həm də məhşur klinikaların birində iş tapacam. O xasiyyətnamə ilə səni hər yerdə işə götürəcəklər. Burdan ev alarsan. Buralarda o qədər azərbaycanlı var biri ilə qohum olarsan.
-Yox qardaşım sən deyənlərin heç birisi mənlik deyil. Bura gələndə özümə söz vermişəm ki, bundan sonra qalan ömrümü elmə sərf edəcəm. Moskvada o qədər də qalmayacam. Son illər məni cərrahlıqdan çox anestezioligiya elmi daha maraqlandırır. Bu yaxınlarda bizim akademik Mustafa bəy Topçubaşov haqqında yazılmış kitab əlimə keçmişdi. Əşi həkim elə olar.Deyirəm insanda nə qədər enerji olarmış. Onun tibb elminə verdiyi faydalar hələ uzun illər yaşayacaq. Onun hippokrat andı da tamamilə fərqlidir. Hələlik kirayə evdə qalıb, işləyə – işləyə aspiranturanın axşam şöbəsinə daxil olub namizədlik dissertasiyası yazacam. Sonra Almaniyaya gedib orada anesteziologiya elmini öyrənəcəm. Elm və texnologiyaların inkişafı özləri ilə yeni xəstəliklər meydana gətirib. İndi köhnə üsullarla işləmək olmur. O ki, evlənmək məsələsinə bu heç vaxt olmayacaq. Annadan sonra bədənimdə elə bir boşluq əmələ gəlib və boşluğu heç bir qadının sevgisi doldura bilməz.
Kirayə ev məsələsi tez düzəldi. İş məsələsi bir aydan çox çəkdi. Demişdik Rəşad həkim çox çevik adam idi. Moskvadakı Azərbaycan diasporasının və səfirliyinin köməkliyi ilə şəhərin mərkəzində olan məhşur klinikaların birində Raufu işə düzəltdi. Raufun savadı və bacarığı onu tez məhşurlaşdırdı. Yeni dərs ili başlayanda qəzetlərdə verilən elanlara əsasən imtahan verib İvan Mixayloviç Seçenov adına Birinci Moskva Tibb Akademiyasının aspiranturasının axşam şöbəsinə daxil oldu. Elə oxuya – oxuya Akademiyanın elmi şurasına müraciət edib namizədlik dissertiyası üçün mövzu götürdü. Ona mövzu verdilər. Elmi rəhbər təyin elədilər. Rauf qarşısına qoyduğu birinci məqsədinə çatmaq üçün beş il vaxt sərf elədi.
Rauf özünü unutmurdu. Bakıda olduğu kimi burada da yaxşı qazanırdı.İşlədiyi klinika məhşur olduğundan Rusiyanın, habelə MDB ölkələrindən imkanlı adamlar gəlib burada əməliyyat olunurdular. Raufun savadı,bacarığı və habelə əməliyyatın ağırlığından qorxmazlığı onu irəli aparırdı. İş günləri işləsə də şənbə bazar günləri onun özünün idi. Ev işlərinə, xörəklərin bişirilməsinə xidmətçi qadın baxırdı.Həmin günlərdə yeni dostlar, tanışları ilə ən yaxşı restoranlarda axşamlar istirahət edərdi. Rəşad həkimlə dostluğu daha möhkəmlənmişdi və vasitəsi ilə burada yaşayan çox saylı azərbaycanlıların bəziləri ilə tanış olmuşdu. Anna ilə 6 aydan şox davam edən tanışlığı burda daha çox köməyinə gəlirdi. Onun həyatında qadınlar olurdu. Ancaq bu tanışlıq çox uzun çəkmirdi. 5 il ərzində məzuniyyətindən faydalı istifadə etmişdir. Demək olar Avropanın bütün böyük şəhərlərinə səyahət edib oralarla tanış olmuşdu. İlk illərdə Rauf özününkülər üçün çox darıxırdı. Əsasən də anası üçün. Anası sonbeşik olduğu üçün onu çox istəyirdi. Dəfələrlə telofonu əlinə alıb anasına zəng etmək istəmişdi. Ancaq son anda atasının hərəkəti yadına düşürdü və fikrindən daşınırdı.
O darıxmaqla mübarizə apardı və özü öz üzərində qələbə çaldı. Maraqı burasında idi, onunkular da onu axtarmırdı. Yəqin onun harada olduğunu bilmirdilər. Rauf birinci məqsədinə çatmışdı. İndi o Tibb elmləri namizədi alim idi. Onun elmi məqalələri mötəbər tibbi jurnallarda nəşr edilib bütün ölkəyə yayılırdı. Qalırdı ikinci arzusu. Bir dəfə isti yay günlərində Rəşad həkimin ailəsi birlikdə yaxşı bazarlıq edib Moskva ətrafındakı göllərin sahilində istirahət edirdilər. Rəşad həkimin xanımı yaxşı süfrə açmışdı. Onlar da kabab bişirəndən sonra gəlib əyləşdilər. Uşaqlar göldə çimirdilər. İndi böyümüşdülər. Elə burada ikinci arzusunu yenidən dostuna söylədi.
–Mən sənə demişdim axı anesteziologiya məni cox maraqlandırır. İstəyirəm Almaniya gedib bu ixtisasa yiyələnim. Almaniyada bu elm daha yaxşı inkişaf edib. Bu elm haqqında kitab yazmaq istəyirəm. Elə bir kitab ki, bütün dünyanı dolaşsın. Tələbələr, müəllimlər ondan dərslik kimi istifadə etsin. Mən özümə inanıram. Bilirəm bu işin öhdəsindən gələ biləcəm. Rəşad həkim də öz növbəsində dostunun bu fikrini bəyəndi.
–Get qardaş. Əslində mən də səninlə gedərdim. Amma bilirsən də mən ailəliyəm. Uşaqlar burda oxuyur. Sənin isə belə problemin yoxdur. Tək adamsan. Burda yaşadığın kimi orda da asanlıqla yaşaya bilərsən. İngilis dilini öyrənmisən, alman dili ondan qat-qat asandır. İnanıram sən bu işin öhdəsindən gələ biləcəksən.
O gündən sonra iki dost birlikdə bu işlə məşğul oldular. Almaniyaya necə getmək, hansı şəhərdə iş tapmaq, bunun üçün hansı sənədlər lazımdır. Hamısını öyrəndilər və əldə etdilər. Rauf Bakıdan gətirdiyi pullara toxunmamışdı, əksinə bu beş il ərzində həmin pulları artırmışdı.
Moskva şəhəri. Şeremetyovo aeroportu. Düz beş il bundan əvvəl Raufu qarşılayan Rəşad həkim indi onu Almaniyaya yola salırdı. Təyyarə onu Almaniyanın Köln şəhərinə aparacaqdı. Təyyarəyə minik başlamışdı. Dostlar axırıncı dəfə salamlaşıb qucaqlaşıb ayrıldılar. Üç saat yarımdan sonra o əvvəlcədən sifariş verib bron etdiyi mehmanxananın nömrəsində idi.
Köln şəhəri. Almaniyaniyanın əhalisinin sayına görə 4-cü, sahəsinə görə isə 3-cü şəhərdir. Şəhərin tarixi çox qədimlərə bizim eradan əvvəlki illərə gedib çıxır. Artıq milyonluq şəhərdir. Əhalisinin əksəriyyəti alman olsada burada türklər də çoxdur. 6,6 %.Almaniya Federativ Respublikasının keçmiş paytaxtı Bonn şəhərinə yaxın olduğundan inzibati idarələrin binalarını bu şəhərdə yerləşdirmişdilər.
Rauf digər mühacirlər kimi ilk mərhələni keçəndən sonra şəhərin aparıcı klinikalarının birində işə düzəlib burada ömrünün 13 ilini işlədi. Bu on üç ildə Rauf nə yedi, nə içdi, hansı adamlarla, haraları gəzdi ondan danışmayacağıq.
Ali təhsili, elmi dərəcəsi, bir neçə dil bilən Rauf alman dilini tez öyrəndi. Xəstəxananın klinikasının müvafiq şöbəsində daha 5 il tam ştatla işləyərək fəaliyyət göstərdi, bütün anesteziya metodlarına və intensiv terapiya tədbirlərinə səlis yiyələndi. Tələb olunan sayda bütün anesteziya və reanimatoloji tədbirləri, intensiv terapiya metodlarını sərbəst icra edə bilirdi. Sonra mütəxəssisliyə iddiaçı kimi müsbət xasiyyətnamə əsaasında Həkimlər palatasında imtahan vermək üçün qeydiyatdan keçərək imtahanı müvəffəqiyyətlə verib anestizioloq diplomuna layiq görüldü. Bu illər ərzində 2500-dən çox insana anesteziya və reanimatoloji tədbirlər yerinə yetirdi.
Ayrı-ayrı illərdə qonşu ölkələrə Avstriyaya, İngiltərəyə, Amerikaya səfərlər edib bu işin o ölkələrdə necə təşkil edilməsini öyrəndi. Neçə illərdən bəri arzusunda olduğu kitabın yazılmasına başlamışdı. Kitabın adı sadə idi, yalnız bir sözlə ifadə edilirdi. Anesteziologiya. Ayrı-ayrı hissələri haqqında dövri mətbuatda yazıları gedirdi.Nəhayət, Rauf Almaniyaya gəlişinin on illiyində bu kitabı yazıb qurtara bildi. Kitab üç hissədən ibarətdir. Birinci hissədə anesteziologiyanın tarixi, vəzifələri müalicə metodları, dərmanları göstərilmişdi. Kitab çox mükəmməl yazılmışdı və ictimaiyyət arasında yaxşı qarşılandı. Həkimlər palatası ondan dərslik kimi istifadə edilməsinə icazə vermişdi. Tezliklə müxtəlif dillərə tərcümə edilib nəşr edildi. Köln Tibb Universtetinə mühazirələr oxumağa dəvət etdilər. Bu vaxtilə əyalətdən gəlib Bakıda təhsil alan azərbaycanlı balasının qələbəsi idi. Onun sinəsi sevinc hissi ilə dolmuşdu. Sevincini kimlərləsə bölüşmək istəyirdi. Amma o tək idi. Yadına Annası, qohumları düşdü. Kədərləndi. Annanın qaytardığı üzüyü həmişə cibində gəzdirirdi. Hərdən boş vaxtlarında üzüyü cibindən çıxarıb dəqiqələrlə tamaşa edərdi. Daha iki il keçdi. Bir dəfə ona xəbər verdilər. Sizi aşağıda foyedə bir qadın gözləyir. Liftlə aşağı düşdü. Onlar üç nəfər idi. İkisi qadın, biri cavan oğlandı. Qısa tanışlıqdan sonra Azərbaycan televiziyasından gəldiklərini, onunla söhbət etmək istədiklərini və bunun üçün heç olmasa bir – iki saat vaxt ayırmasını xahiş etdilər. Görüşə razılıq verən Rauf onun yerini və vaxtını da özü dedi. Alman dəqiqliyi Raufa sirayət eləmişdi. Deyilən vaxtda qonaqlarını götürüb sifariş verdiyi Reyn çayında üzən gəzinti gəmilərinin birində oturdular. Belə yaxşıdır dedi. Həm söhbət edərik,həm də şəhərə tamaşa edərik. Ancaq söhbət zamanı məlum oldu, gələn qonaqlar AzTV-dən yox, Xəzər televiziyasındadır. Qadın isə Səni axtarıram verilişinin müəllifi və aparicısı Xoşqədəm xanım Hidayətqızıdır. Məsələ belə olmuşdur. Anası, bacı, qardaşları onu həmişə axtarmışlar. Ancaq məsələ hər dəfə ciddiləşəndə Məmməd kişi işə qarışıb icazə vermirmiş.
–Dəymiyin, qoy canı çıxsın. Bilsin tək qalmaq nədir. Harda olsa yenə yanıma qayıdıb gələcək. Atan vəfat edəndən sonra Bakıya gəlib səni axtarmağı məndən xahiş etdilər. Düz bir ildir səni axtarıram. Təsadüfən rastlaşdığım Rəşad həkim mənə kömək elədi.Sənin Almaniyada Köln şəhərində yaşadığını,işlədiyin klinakanın ünvanını verdi. Almaniyadakı səfirliyin işçiləri sağ olsun. Orada Sizi tanıyırlar. Bax bu qız bələdçi, bu oğlan isə sürücüdür. Gəlib sizi tapdıq.
Məmməd kişi səhv eləmişdi.Deyirlər ölümqabağı bir neçə gün xəstə yatır. Evdəkilərə deyir ki, mənim çarpayımı elə qoyun qapı açılanda içəri girəni görüm. O Raufu gəzləyirdi. Rauf da Rauf idi. O qayıdıb gəlmədi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün əziyyətlərə sinə gərdi. Yaşamaq üçün onun hər cürə şəraiti var. Yazdığı kitab neçə dillərə tərcümə edilib. Rauf doğmalarını az da olsa qınadı. İndi bunların əhəmiyyəti yoxdur. O vaxtdan neçə illər keçib. Hər şey yaxşı olsa da mən tək qalmışam. İki saat çəkən gəzinti və nahar başa çatdı. Rauf onları evinə dəvət elədi.Bura ev deyildi, əsl kitabxana idi. Hamısı da elmi kitablar.Amma hər yerdə alman səliqəsi, təmizliyi vardı. Xoşqədəm xanım
–Bəs vətənə qayıtmaq fikriniz yoxdur.
–Mənim burda işim, universitetim, tələbələrim, dostlarım var. Vətəndə bunları haradan tapacam.
-Doğmalarına nə deyərdiniz. Mən anam üçün həmişə darıxmışam. Ancaq ordan birdəfəlik çıxmışam. Gəlib görmək istəyirlərsə gəlsinlər. Gözüm üstə yerləri var.
Xoşqədəm xanım onun haqqında əlavə məlumatlar toplayıb gözəl bir veriliş hazırlamışdı. Raufun qohumlarını studiyaya dəvət eləyib hazırladığı verilişi onlara göstərdi. Bütün veriliş boyu ana, bacılar, qardaş hamısı ağlayırdı.
Amma 1998-ci ildə Bakıdan Moskvaya uçan Rauf 18 il sonra 2016-cı ildə vətənə qayıtdı. Bu belə olmuşdu. Xaricdə yaşayan azərbacanlılarla işlər komitəsi, səfirlik, Almaniyada yaşayan azərbaycan diasporasının üzvləri ilə görüş təşkil eləmişdi. Nümayəndə heyətinin tərkibində olan Tibb Universtetinin rektoru Həsənzadə diasporanın rəhbərinin onlara təqdim elədiyi adamlar haqqında məlumat verəndə Raufun barəsində çoxlu xoş sözlər söylədi. Yazdığı kitab haqqında məlumat verdi. Akademik Həsənzadə də uzun müddət Moskvada işləyəndən sonra vətənə qayıtmışdı.O Rauf müəllimlə yaxından tanış olur, xeyli söhbət edirlər. Rauf alman, ingilis və rus dillərində olan kitablarından bir neçəsini ona hədiyyə edir.
Akademik Həsənzadə Bakıya qayıdandan sonra Raufun kitabını azərbaycan dilinə tərcümə etdirib, lazımi razılıq alandan sonra tibb elminə və xalqımıza şöhrət gətirən Raufu universitetə dəvət edir. İndi Rauf iki ildir burdadır. Əvvəl İşlərini qaydasına qoyandan sonra kəndə gedib bir həftə orada qaldı. Köhnə iş yerinə də baş çəkdi. Tanıdıqlarından lap az adam qalmışdı. Ürəyi əsə-əsə Annanın iş yerinə getdi. Bəlkə rastlaşardılar. Bu arzusu baş tutmadı. Məktub verdiyi qız, Nazik adlandırdıqları həkim orada idi. Onlarla görüşdü. Əvvəlcə qızların hər ikisi onu tanımadı.Tanıyandan sonra məktub verdiyi qız:
–Məktubunuzu Anna xanıma verdim. O da qəbul elədi. Nazik daha çox məlumat verdi.
–Siz gedəndən sonra Annanın bir qızı dünyaya gəldi. Ondan üç il sonra Anna burdan işdən çıxdı. Dedilər ərə gedib və biz bir daha ondan xəbər tuta bilmədik. Qızlar yaman sevinirdi. Nazik:
-Bəs Siz necə, doktor, evlisiniz? Rauf nədənsə burada izahlı cavab verməyi lazım bildi.
Yox evli deyiləm. Annadan sonra heç kimi sevə bilmədim-dedi.
Universitetdə işləri yaxşı gedirdi. Elə şəxsi həyatı da pis deyildi. Yeni tanışları yaranmışdı. Yeni tikilmiş binalardan birində üç otaqlı evi, maşını vardı. Subay olsa da bu ona çətinlik gətirmirdi. 53 yaşı olmasına baxmayaraq əvvəlki kimi yaraşıqlı, sağlam və gümrah idi.
Bir dəfə universitetdən çıxıb evə gedirdi. Giriş qapısının yanındakı köşkdən qəzet alanda yaxınlıqdakı dördkünc reklam lövhəsindəki elan onun nəzərini cəlb elədi. Yaxınlaşıb elana baxdı. Opera balet teatrının elanı idi. Ayın onunda teatrın səhnəsində ayrı –ayrı baletlərdən parçalar olacaqdı. Sonra ifaçıların adı gəlirdi.
–Ölən qu quşu – gənc aktrisa Quluzadə Sabina Raufovna. Rauf gözlərinə inanmadı. Əlləri əsə – əsə barmaqlarını yazının üstünə qoyub yenidən oxudu. Düz oxumuşdu. Bu ad 20 il bundan əvvəl Annaya yazdığı məktubdakı ad idi. Əlini uzadıb qalstukunu, köynəyinin yaxasını genişləndirdi. Ağacların altında qoyulmuş oturacağa yaxınlaşıb oturdu. O illəri yadına saldı. Anna:
–Rauf bizim qızımız olacaq.
–Sən nə bilirsən qızımız olacaq?
-Anam deyir bizim nəsildə həmişə qız uşaqları dünyaya gəlir. Axı o özü də belə yazmışdı. Qızımızın adını ..
Yox bunu aydınlaşdırmaq lazımdır. Mən mütləq o qızla görüşməliyəm. Əlini cibinə salıb nişan üzüyünü çıxardı, bir az baxıb cibinə qoydu. Durub yenidən elana baxdı. Bu gün ayın yeddisidir. Hələ üç gün var. Maşına minib İnqilab küçəsindəki ASAN xidmətdən tamaşaya bilet aldı.
Raufun fikirləşdiyinin əksinə olaraq zalda adam çox idi. Azərbaycan elitasında dəyişikliklər olmuşdu. İmkanlı adamlar ailəsi ilə axşamlar gəlib belə tamaşalara baxırdılar. Rauf səbirsizliklə Sabinanın çıxışını gözləyirdi. Gül mağazasında çox bahalı gül çələngi hazırlatdırıb yanında saxlayırdı. Nəhayət, tamaşa başladı. Sabinanı lap axırda dəvət etdilər. Bu rəqs məşhur balerina Anna Pavlova üçün yazılmışdı. Ona uğur gətirən bu kiçik səhnəciyi Anna Pavlova 4000 dəfə ifa etmişdi. Sonralar həmin ənənəni Maya Plisetskaya, Qalina Ulyanova davam etdirmişdi. İndi Sabinanın ifa edəcəyi səhnəcik cəmi iki dəqiqə yarım çəkir. Tamaşa qurtaranda hamı ayağa qalxıb onu alqışladı. Rauf gül dəstəsini onun otağına göndərə bildi. Otağına qayıdan Sabina gül dəstəsini görəndə çox xoşuna gəldi. Kimdən gəldiyini oxuyanda məəttəl qaldı. –Belə çıxır ki, gülü göndərən mənim atamdır. Axı mənim atam yoxdur. Hər dəfə atamı soruşanda anam deyirdi:
— Sabina sənin atan vəfat edib.
Bir azdan onun otağına iki qadın girdi. Bunlardan biri nənəsi Elvira İvanovna, o birisi anası Anna Andreyevna idi. Sabina onları görəndə
–Ana, nənə görürsən mənə nə gözəl gül dəstəsi göndəriblər.
–Hə qızım doğrudan da gözəl gül dəstəsidir.
–Amma göndərənin qəribə adı, soyadı var. Sonra ad yazılmış açıqcanı ona verdi.
–Gözəl Sabinaya. Professor Rauf Quluzadədən. Anna da Rauf kimi əvvəl gözlərinə inanmadı. Yenidən oxudu. Bir anlığa halı pisləşdi. Tez keçib oturdu. Deməli Rauf sağdır. Özü də Bakıdadır. Gör neçə il keçib. 20 il – deyə öz sualına özü cavab verdi. On dəqiqədən sonra onlar otaqdan çıxdılar. Annanın göstərişi ilə gül dəstəsini də maşına apardılar. Gec də olsa Sabinananın uğurlu çıxışını evdə süfrə başında qeyd etdilər. Sabina otağına keçəndən sonra Anna anasına
–Ana Sabinanın atası Rauf Bakıdadır. Bu gül dəstəsini də o göndərib.
–Kimi deyirsən. Rauf. Sənə deməmişəm onun adını mənim yanımda çəkmə.
–Ana niyə elə deyirsən, Mən də sənə neçə dəfə demişəm Raufun bu işdə günahı yoxdur. Sadəcə mən hövsələsizlik etdim. Gərək üzüyü qaytarmayayadım.
Elvira İvanovna yaxşı qalmışdı. Yaşı 70-dən yuxarı olmasına baxmayaraq yenə əvvəlki işlərini əllərində saxlayırdı. Tamaşaların hazırlanmasında, premyerasında, şagirdlərin məktəbə qəbulunda, eləcə də buraxılş imtahanlarında münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Eldar Qasanoviç artıq həyatda yoxdur. Vəfat edəndə var-dövlətinindən ona da pay verilməsini vəsiyyət etmişdi.
Annanın həyatı isə o qədər də yaxşı alınmamışdı. Raufun yanından çıxanda öz şöbələrində huşunu itirib yıxılandan sonra bir müddət xəstəxanada müalicə olunub işinə qayıtmışdı. İşdə Raufun məktubunu ona vermişdilər. Rauf Annanı bütün qəlbi ilə sevdiyini, işin belə alınmasına görə bu şəhərdən baş götürüb getdiyini və gələcəkdə heç bir qadınla ailə qurmayacağını yazırdı. Axırda xahiş edirdi qızının adını Sabina qoysun. Annanın qızı anadan oldu və o Raufun xahişini yerinə yetirdi. Qızının adını Sabina qoydu. Bəzi rus qadınları kimi etməyib hətta soy adını da Quluzadə yazdırdı. Sabinanın üç yaşı tamam olmuşdu. Bir dəfə onun işlədiyi şöbəyə ağır xəstə gətirdilər. Növbədə Anna idi. Onun adı Çarli familiyası Viliam. O BP şirkətinin işçisi olub dənizdə quraşdırılmış kəşfiyyat qazma qurğusunda imiş. Dəmir pilləkənlərlə hərəkət edən Çarli ehtiyyatsızlıqdan yıxılır və yerdə olan nazik dəmir qırıntısı qarnını deşib arxadan çıxır. Yaxşı ki, böyrəyi zədələnmir. Anna onu əməliyyat edərək xilas edir. Təxminən bir ay xəstəxanafda qalır. Anna ingiliscə yaxşı danışa bildiyindən tez-tez söhbət edirlər.Aralarında yaranan ünsiyyət sonralar da davam edir. İki il Bakıda qalandan sonra İngiltərəyə köçürlər.Ancaq üç ildən sonra Anna qayıdıb gəlir. Səbəb bu olur. Anna:
–Burdan getdiyim bu üç ildə Çarlini cəmi üç dəfə görə bildim. İngiltərədə olanda Çarli BP şirkətinin bütün dünyaya səpələnmiş obyektlərində aylarla, illərlə ezamiyyətdə olurdu. Gələndə də pullar necə olub, nəyə xərcləmisən gərək ona hesabat verəsən. Mənə elə ər lazım deyil – demişdi.
Sabina böyüyürdü. 8 yaşına çatanda onu xereoqrafiya məktəbinə qoydular. Sabina yaxşı şagird oldu və nəticəsini bu gün gördük.
Rauf geri çəkilmirdi. Bir neçə cəhddən sonra Sabina ilə görüşə bildi. Özünü ona təqdim edəndən sonra
–Sabina sizdən bir söz soruşacağam. İcazə verirsiniz.
–Buyurun sizi eşidirəm.
—Sizin ananız adı Annadır.
–Bəli nə olub. Raufun qarşısındakı öz qızı idi. Ancaq atası olduğunu indi ona deyə bilmirdi.
–Heç. Elə belə öyrənmək istəyirdim. Qızım ananızı mən tanıyıram. Çoxdan lap çoxdan bir yerdə işləmişik. Onu necə görə bilərəm?
–Anam indi Mətbuat prospekti tərəfdə yeni tikilən binalardan birinin birinci mərtəbəsində yerləşən özəl klinikaların birində işləyir. Adı deyəsən Evromeddir. Anam orada həkim kardioloq işləyir. İngiltərədə olanda iki il kurslara gedib. Raufa elə bu lazım idi.
–Sağ ol qızım.
Ertəsi gün işdən bir az tez çıxıb axtarıb həmin klinikanı tapdı. Yəqinlik üçün içəri keçib foyedə gəzişdi. Buranı əla düzəltmişdilər. Növbə gözləyən üçün yumşaq divan, kreslolar, qaşısındakı kiçik stolun üzərində qəzet, jurnallar qoyulmuşdu. Xəstələrin qəbula yazılması da yaxşı təşkil edilmişdi. İki qız, bir oğlan onlar üçün düzəldilmiş yerdə əyləşib,azacıq sual – cavabdan sonra hansı həkimə müraciət etmələrini – deyib növbə kağızı verirdilər və xəstələr seçdikləri həkimin qəbuluna gedirdi. Rauf da yaxınlaşıb:
-Bağışlayın Anna Andreyevna Sizdə işləyir?
–Bəli.7-ci otaq.
–İndi burdadır?
–Bəli otağındadır. Raufun ürəyi çırpınırdı. Onun Annası burdadır. Cəmi 20 addımlıqdadır. Keçib kresloda oturdu. –Görəsən otağına gedim. Birdən məni tanımadı. Yox hələ gözləmək lazımdır. İş vaxtı qurtarırdı. Həkimlərdən bəzisi gəlib qızlarla sağollaşıb gedirdilər. Bununla da sanki iş otağında olmadıqlarını bildirirdilər. Rauf içəridə darıxırdı. Binadan çıxıb siqaret yandırdı Və birdən qapıdan çıxan qadını gördü. O Annanı tanıdı. Ötən illər onu o qədər də dəyişməmişdi.Əksinə Anna bir az da xanımlaşaraq gözəlləşmişdi. Üzündə özünəməxsus vüqar vardı. Əynində kip tikilmiş qara don, hündürdaban ayaqqabı, əlindəki kiçik çanta, saçları şabalıdı rəngdə olub ağ sifətinə yaraşan, alın tərəfi səliqə ilə daranmış yanları azca aşağı sallansa da arxada yumrulanıb bağlanmışdı. Tələsik lakin rəvan yerişlə aralıda dayanmış qara rəngli maşına tərəf gedirdi. Elə bu anda Raufun sinəsindən qopan Anna səsi onu saxladı. Dönüb baxdı. Ona tərəf yaraşıqlı lakin bir az yaşlı kişi gəlirdi. Anna da onu tanıdı. Bu Rauf idi. Mən həmişə demişəm və yenə boynuma alıram, insan həyatında elə anlar var ki, o anları təsvir etməyə mənim gücüm çatmır.
O gündən üç ay keçmişdi. Şadlıq evlərinin birində 300-dən yuxarı adamlar yığışıb XXI əsrin bu ən böyük məhəbbətinin şahidi oldular. İndi Anna ilə Rauf birlikdə yaşayırdılar. Sabina isə nənəsi Elvira İvanovna ilə olurdu. Amma az keçmədi Elvira İvanovna tək qaldı. Sabina teatrda onunla tərəfmüqabili olan Samir Orucova ərə getmişdi. Daha bir il keçdi. İndi hər istirahət günü dörd nəfəri burda tapmaq olardı. Onlardan ikisi Elvira İvanovna ilə nəvəsi Sabinadır ki,skamyada oturub söhbət edirlər.Elvira İvanovnanın əlində nazik salafan torba var. İçərisi kiçik uşaqların oynaması üçün səsli oyuncaqlarla doludur. Sabinanın əlində isə südlə dolu ucunda əmzik olan butulka var. Onlardan bir aralıda adamların dəniz kənarı ilə hərəkət etmə zolağında bir kişi yanındakı qadınla söhbət edə – edə əlləri ilə uşaqlar üçün olan kolyaskanı hərəkət etdirirdilər. Bunlar Raufla Anna idi. Kolyaskada olan isə nəvələri Yusif idi. Elvira İvanovnanın söylədiyi ənənə bu dəfə pozulmuşdu və onların ailəsində oğlan uşağı dünyaya gəlmişdi.
Elvira İvanovna eyvanda oturub uzun müştüyə keçirilmiş siqaretini tüstülədə-tüstülədə dənizə tamaşa edirdi. Hava günəşli olsa da zəif xəzri küləyi vardı. Dalğalar lap uzaqlarda əmələ gəlir bir-birinin ardınca gəlib sahilə çırpılırdı. Suda olan quşlar dalğalar yaxınlaşdıqca qarşılamağa hazırlaşırmışlar kimi onlarla birlikdə yuxarı qalxıb aşağı düşürdülər və elə bil bundan sevinirdilər. Sahildə gəzişən adamlar, aşağıda Neftçilər prospekti ilə şütüyən maşınlar 4-cü mərtəbədən çox kicik görünürdü. Elvira İvanovna siqaret çəkməyə lap çoxdan başlamışdı. Əri öləndən sonra evdə tək darıxdığından birini yandırıb çəkmiş və xoşuna gəldiyindən davam etdirmişdi. İndi də bu pis vərdişdən yaxasını qurtara bilmirdi. Qadınlar üçün xüsusi sifarişlə hazırlanmış belə bahalı siqaretlərə harada rast gəlsə bir neçə blok alıb ehtiyyat evdə saxlayardı. Elvira İvanova siqaretini bayaqdan çəkib qurtarsa da evə keçmirdi. Evdə qızı Anna yeni dostu Raufla oturub çay içirdi və Elvira İvanovnanın ondan xoşu gəlmədiyindən çıxıb burada oturmuşdu. Ev böyük idi. İstəsə otaqların birində uzanıb dincələ bilərdi. Ancaq eyvanın qapısı böyük otağa açıldığından istəmirdi Raufla rastlaşsın. Eyvanın qapısı açıldı. Anna idi:
–Ana biz getdik.
Elvira İvanovna otağa keçdi. Qapını örtmədi. Bununla otaqda olan abı –havanı dəyişmək istəyirdi. Otaq çox böyük idi. Elvira İvanovna öz qonaqlarını burda qəbul edərdi. Qonaqlar yalnız istirahət günləri olardı. Əslində Elvira İvanovna Bakıda az olurdu. Onun bütün həyatı qastrollarda keçmişdi. Ortada böyük masa, yanında yumşaq kreslolar. Burda kimlər olmurdu. Məhşur siyasətçilər, dramaturqlar, rejissor və sseanaristlər, rəssamlar, artistlər, modolyerlər onun sevilən qonaqlarından idilər. Qonaqlar əvvəlcədən onlara göndərilmiş dəvətnaməyə görə yığışırdi. Biz o vaxtlar, keçən əsrin 60-cı illərində elə bilirdik Sovetlər birliyində kübar cəmiyyət, kübar ailə yoxdu. Amma sən demə varmış. Elvira İvanovnanın ailəsi belə kübar ailələrdən biri idi. Ev müzeyə oxşayırdı. Hər tərəfdə Elvira İvanovnanın müxtəlif olkələrdən aldığı, habelə ona bağışlanmış hədiyyələr qoyulmuşdu. Bu otaqdan əlavə üç otaq da var idi. Onlardan biri Elvira İvanovnanın iş otağı, digər ikisi isə yataq otağı olub, birində qızı Anna yatırdı. Onun iş otağı da zəngin idi. Divar boyu düzülmüş rəflər müxtəlif dillərdə yazımış kitablarla dolu idi.
Elvira İvanovna Kuznetsova balerina idi. Onu bura Bakıya mərhum əri Andrey Andreyiviç Puqaç gətirmişdi. Andrey Andreyeviç Azərbaycan neft akademissiyasında dərs deyirdi. Gənc yaşlarında Moskvada aspiranturada oxuyanda tez –tez Boyük Teatra gedərdi. Boyük Teatrda Pyotr İliç Çaykovskinin Sonalar gölü baleti tamaşaya qoyulmuşdu. Ümumiyyətlə o illərdə Rus baleti çox irəli getmişdi. Çaykovskinin yazdığı Sonalar gölü, Yatmış gözəl əsərləri dünyanın məşhur şəhərləri, Moskvada, Sankt-Peterburqda, Münhendə, Milanda, Parisdə, Nyu-Yorkda dəfələrlə tamaşya qoyulmuşdu. Dünya balet sənətinə çoxlu yeniliklər gətirmiş Anna Pavlova, Maya Plisetskaya, Qalina Ulanovanın uğurlu çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Ölən Qu quşu səhnəsi daha heyran edici idi. Həzin müsiqi sədaları altında Maya Plisetskaya barmaqlarının ucunda fırlanır, əlləri ilə qanad çalıb havaya qalxmaq istəyir, lakin onun qüvvəsi getdikcə tükənir, əvvəlcə bir qanadı, sonra o biri hərəkətdən düşür və Qu quşu ölür. Zal bir anlığa sakit qalır.Hamı birdən ayağa qalxıb uzun sürən, davamlı alqışlar edir. Belə səhnələrin birində Andrey kənarda dayanmış Elviranı görür və aşiq olur. Tanışlıq uğurlu alınır. Evlənirlər. Andrey aspiranturanı qurtarıb evə qayıdanda onu da özü ilə Bakıya gətirir. Böyük sənət məktəbi keçmiş və balerina üçün lazım olan bütün göstəricilər onda vardı. Boyu 1.58 metr, çəkisi 57 kiloqram idi. Sifətinin və gözlərinin köməyi ilə qorxunu, həyacanı və yaxud sevinci nümayiş etdirə bilirdi. Elvira İvanovnanın əsl istedadı Opera və Balet teatrında üzə çıxır. İndi baş rolları ona tapşırırdılar. 1961-ci ildə azərbaycanlı gənc bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yazdığı Məhəbbət əfsanəsi baleti tamaşaya qoyulur. Elvira İvanovna da özünü bu əsərdə sınaqdan keçirir və onun ifası uğurlu alınır. Elə bu əsərlə də dünyanı gəzir. Məşhurlaşır. Vətən və xalq qarşısındakı xidmətlərinə görə ona SSRİ xalq artisti fəxri adı verilir. Bir çox dövlət mükafatlarına layiq görülür. Ölkə rəhbəri elə o vaxtlar bu evi ona bağışlayır. Andrey Andreyeviç ondan geri qalmır. Əvvəlcə namizədlik dissertiyasını yazır , vəzifəsi böyüyürür, doktorluğa hazırlaşır. Dənizdə yeni neft yataqları axtarışı ekpedisiyyalarında iştirak edir. Belə səfərlərin birində isə bərk xəstələnir və bir daha ayağa qalxa bilmir. Bir neçə ay ağır xəstə yatandan sonra vəfat edir. Yeni qazılan quyunun üstündə olan Andrey Andreyeviçin qrupunu qəfil başlayan tufan yaxalayır. Bir anda temperatur 10-15 aşağı düşür. Onları xilas etməyə gələn kater nə qədər çalışsa da quyuya yaxınlaşa bilmir. Tufan getdigcə şiddətlənir. Artıq dalğalar estakadanın üstündən aşırdı. Belə güclü dalğaların biri onu estakadanın üstündən götürüb atır. Suya düşən Andrey Andreyeviç özünü itirməyib estakdaya çatıb bir az yuxarı qalxıb kəmərlə özünü möhkəm bağayıb sonu gözləyir. Onları bir sutka sonra xilas edirlər. Cəmi 4 nəfər sağ qalmışdı. Gənc, bədəni möhkəm olan cavanlar sağ qalsa da Andreyey Andreyeviç ölümdən qaça bilmədi. Əvvəllər onların yaşayış şəraiti yaxşı olmadığından övlad məsələsini sonraya saxlayırdılar. Qızları Anna da bu yeni evdə dünyaya gəldi və Andrey Andreyeviç vəfat edəndə Annanın cəmi beş yaşı vardı.
Elvira İvanova çox varlı yaşayırdı. Aldığı dövlət mükafatları, ən yüksək əmək haqqı , yüzlərcə pərəstişkarının verdiyi bahalı hədiyyələr ona imkan verirdi ki, özünə lazımı şərait yaratsın. Onun bağ evinin qiyməti o dövr üçün istisna olan 100 min manatlarla dəyəri vardı. Qara QAZ-24 uzaqdan nəzərə çarpırdı. İndi ayrı zəmanədir. Qızı Annanın 25 yaşı var. Xanımlar arasında dəbdə olan ağrəngli X6 BMV-si var. Maşını Anna özü sürür.
Sovetlər birliyi dağılanda Elvira İvanovna Bakını tərk etmədi. Andrey Andreyeviçdən sonra çoxlu elçiləri olsa da ərə getmədi. Tək darıxmamaq üçün onlarca pərəstişkarı arasından Eldar Həsən oğlu Qaraşovu özünə həmsöhbət seçmişdi. Elvira İvanovna ona Eldar Qasanoviç deyə müraciət edirdi.
Eldar Qasanoviç çox savadlı, mədəni, həm də varlı adam idi. Kiyevdə Beynəlxalq Münasibətlər Unverstetinin beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini, London Kral universtetinin vergi hüququ fakültəsinin magistr pilləsini, Bakı idarəetmə Akademiyyasının dinləyicisi olmuş, rus və ingilis dillərində sərbəst danışa bilirdi. Uzun müddət İqtiasadi İnkişaf, Vergi nazirliklərində yüksək vəzifələrdə işləyəndən sonra istefaya çıxıb özünəməxsus çoxlu sayda mağazalar şəbəkəsini idarə edirdi. Onun mağazalarında qızıl məmulatları, topdan satış tütün və ərzaq malları, ayaqqabılar satılırdı. Bundan əlavə meyvə tərəvəz anbarı vardı. Daşınan,daşınmayan əmlakları milyonlarla manat dəyərində idi. Bakıda oturub dünyanın ən böyük şəhərlərində birjalardakı qiymətlərdən vaxtında xəbər tuta bilirdi. Elvira İvanovna və qızı Anna ilə Parisdə tanış olmuşdu. Bax onda Elvira İvanova:
–Yox Eldar Qasanoviç Paris bir-birini sevən gənclər üçündür.
Anna Andreyevna hələ tələbə idi. Mockva Tibb universtetində oxuyurdu. Gələcəyin cərrahı olacaqdı.Bu tanışlıq sonralar dostluğa çevrildi.
Eldar Qasanoviç əvvəllər evli olmuşdur. Onun da ailəsinə bədbəxtlik üz vermiş, keçən əsrin 20-ci illərində məşhur milyonçu Murtuza Muxtarovun başına gələnlər bu ailədə təkrarlanmışdır. Evləndiyi qadının səhlənkarlığı ucundan qızı eyvandan yıxılmış, oğlunu isə küçədə avtomobil vurmuşdur. Bu hadisədən sonra Eldar Qasanoviç pencəyini götürüb evdən çıxıb getmişdi.
Anna Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdı. Anası köhnə əlaqələrini işə salaraq onu Akademik M.Qasımov adına Respublika Klinikasının Cərrahiyyə şöbəsinə işə düzəltdi. Bu şöbədə adlı sanlı həkimlər, dossent və professorları işləyəyirdi. Bax elə o vaxt orada işləyən Raufu görüb ona vuruldu. İlahi bu oğlan necə də yaraşıqlı idi. Hündür, yaraşıqlı,üz-gözündən təmkinlik yağan bu oğlan həm savadlı, həmdə bacarıqlı cərrah idi. Anna həyatında çox oğlanlarla rastlaşmışdı. Rauf onun gördüklərinə oxşamırdı. Üzləri, dərilərı sarışın,üstü xırda xallı bu oğlanların sifəti,gözləri heç nə ifadə etmirdi. Raufda isə tamamilə başqa cür idi. İri qara gözlərin baxışı altında tab gətirmək çətindi. Ona vurulan təkcə Anna deyildi. Annanın onun haqqında dediklərini tez çatdırdılar. Ayrı-ayrı şöbədə işləyirdilər. Rauf də onunla maraqlandı. Aradüzəldənlər sürətlə fəaliyyətə başlamışdılar.Hər ikisi haqqında məlumatlar toplanıb bir-birinə ötürdülər. Raufun 33 yaşı olsa da hələ subay idi. Elə Annanın da heç kimi yoxdu. Universitetdə, Bakıda bir neçə oğlanla tanış olsa da onların içərisində eləsi yox idi ki, ona adaxlı olsun. Raufun da evlənmək vaxtı idi. Ancaq istəmirdi onun xanımı həkim olsun. Onun vaxtı olmadığından eləsi ilə evlənmək istəyirdi gələcək ev işlərinin xeyli hissəsini xanımının öhdəsinə düşsün.
Rauf yaxşı qazanırdı. Dövlət klinikası olduğundan bura müraciət edənlər çox olurdu. Bəzən gün ərzində 2-3 xəstəni operasiya edirdi. Rauf özü heç vaxt xəstələrdən pul istəməzdi. Doğrudu xəstələri özü müayinə edib, özü təyinat yazardı. Xəstə operasiyaya hazır ediləndən sonra, o xalatını geyinib əməliyyat otağına düşər, sakitcə əməliyyatı edib iş otağına qayıdardı və yarım saatdan sonra qızlardan biri gətirib ona pul verərdi.
Rauf Göytəpə rayonun üçüncü sovxozundan idi. Orta məktəbi əla qiymətlərlə bitirib atasının məsləhəti ilə sənədlərini Azərbaycan Tibb institunun müalicə -profilaktika fakültəsinə verdi. Dörd il ümumi müalicə oxuyandan sonra ixtisas seçimi cərrahlıq oldu. Atası uzun illər boyu ücüncü sovxozun direktoru işləmişdi. Özünün və övladlarının yaxşı yaşaması üçün əlindən gələni əsirgəməmişdi. Sovxozda yaxşı evi vardı. Bakıdan 3 otaqlı ev ala bilmişdi. Uşaqların hamısı burada oxuyanda bu evdə qalırdı. Onlar hamısı təhsil alandan sonra yenidən rayona qayıtmışdılar. Axırıncı Rauf Tibb universtetini əla qiymətlərlələ bitirdiyindən onu universetdə saxlayıb cərrahiyə korpusunda iş verdilər. İşə düzələndən sonra bu evdə yaşayırdı. Evi yaxşıca təmir etdirib, bütün mebelini özü almışdı.
İndi onun evi, işi, hətta maşını da vardı. Qalırdı bir məsələ. Evlənmək. Yaxşı bir qız tapıb onunla ailə qurmaq. İşin ən çətini də elə bu idi. Rauf heç özü də bilmirdi yaxşı qız deyəndə nəyi nəzərdə tutur. Yaxşı qız deyəndə bəzən seçilən, sayılan kişilərin qızı nəzərdə tutulur, gələcəkdə oğlana arxa olsun. Bəzən də işi, savadı olan qızlara deyirlər ki, belə qızların yaxşı olmasını haradan biləsən. Gərək o qızla tanış olub aylarla bir yerdə olasan xasiyyətini.xarekterini biləsən. Ona da hansı azərbaycanlı qızı razı olar. Raufun belə şeylərə nə vaxtı, nə həvəsi var. Onun o yaşı deyildi ki, küçədə, parkda əlində gül dəstəsi görüşə getsin və ya gözləsin.
Nahayət onlar görüşüb tanış oldular. Saat 5-ə az qalmışdı. Bu vaxtlar xəstəxanada sakitlik olur. Rauf kabinetində oturub səhərdən gətirilən qəzet –jurnallara baxırdı. Bunların içərisində Səhiyyə nazirliyinin qəzeti və tibbə aid jurnallar da vardı. Kabinetin qapısı açıqdı. Bununla belə qapını kimsə döyürdü. Başını qaldırıb gələnlərə diqqətlə baxdı və Annanı tanıdı. Yanında bir də qız vardı. Anna rusca:
–Doktor gəlmək olar. Rauf tez ayağa qalxıb onları qarşıladı.
—Ooo! Nə gözəl təsadüf. Əlbəttə olar. Buyurun keçin. Onlar Raufla görüşdülər. Rauf qarşıda qoyulmuş iki stulu bir az geri çəkərək
–Bax burda əyləşin. Anna sağ tərəfdə, qız isə keçib sol tərəfdə oturdu. Rauf öz yerinə keçib yanındakı düyməni basdı. Tezliklə otağa bir qız gəldi. Rauf:
–Mənim qonaqlarım gəlib. Yaxşı bir çay gətirin. Rauf hər iki qıza diqqətlə baxırdı. Anna həkimlərin geyindiyi iş paltarında idi. Boyu elə də hündür deyildi. Bir metr 60 santimetr olardı. Palet firmasının qadınların saçlarını rəngləmək üçün buraxdığı reklam fotolardakı qızlara oxşayırdı. Yaraşıqlı bədəni, ipək kimi sarışın saçları ortadan ayrılaraq çiyinlərə, sinəsinin üstünə tökülmüşdü. Mavi gözlərində sevinc vardı. İki qaşının arasından başlayan düz xətlə aşağı enərək kəsilirdi. Burnunu ucu iti deyil, yumru idi. Dodaqlarında şəhvət vardı. O birisi qız da gözəldi. Azərbaycanlı olması o saat nəzərə çarpırdı. Anna rəfiqəsinə baxıb gülümsəyərək:
–Nazik görürsən bu necə gözəldir.
–Hə Anna doktor doğrudan da gözəl oğlandır –deyib bərkdən güldü. Rauf eşitdiklərindən utanıb qızardı. Çayı gətirmişdilər. Rauf içərisi əla şokolad, peçenye ilə dolu vazanı onların qarşısına qoydu.
–Buyurun çay için. Annanın Nazik adlandırdığı qız:
–Doktor Annanın xəstələrinin birində balaca problem yaranıb. İstəyirik o xəstəyə baş çəkib məsləhət verəsiniz.
–Məmnuniyyətlə. Sizin xəstəyə nə vaxt baxmaq lazımdır.
–Əgər mümkünsə elə indi. Biz qorxuruq sonra gec olar. Annanın işlədiyi korpus binanın cənub tərəfind idi. Ora getmək üçün mütləq həyətə düşüb, dövrə vurub binaya daxil olmaq olardı. Anna ağır əməliyyatlara girmirdi. Deyirdi hələ ona hazır deyiləm. Çay içiləndən sonra hər üçü yığışıb xəstəyə baxmaq üçün liftlə həyətə düşdülər. Rauf hündür adam idi. Liftdə adam çox olduğundan qızların ikisi də ona sıxılmışdı. Qızların başı onun burnuna toxunurdu. Saçlardan qopan xoş duyğu onu gicəlləndirirdi. Amma bu cəmi bir dəqiqə çəkdi. Qapı açıldı. Onlar həyətdən keçib xəstənin yanında oldular. Xəstə yaşlı kişi idi. Rauf ona salam verib:
–Necəsən cavan oğlan-deyə soruşdu. Həkimin sözlərinə yanındakılar elə xəstənin özü də güldü.
–Yaranı göstər görüm. Kişi köynəyini yuxarı çəkdi. Qarının sağ tərəfində aşağı hissəndə uzun kəsilmiş yara səliqə tikilmişdi. Yalnız qadınlar belə tikiş vura bilərdi. Yaranın ətrafı qızarmış, sapların 1-2-nin yanı ağ kimi görünürdü. Bu iltihab idi. Amma qorxulu deyildi. Rauf əli ilə yaradan kənar yerləri də yoxlayıb xəstəyə bir neçə sual verəndən sonra:
–İşlər yaxşıdır dost –deyib palatadan çıxdılar. Gəlib Annanın kabinetinə çatanda Nazik:
–Anna mənlik işin yoxdursa getdim.
–Doktor köməyə görə sağ olun. Uğurlar.
–Siz də sağ olun. Amma onun nəyə uğurlar arzulamasını başa düşmədi. Anna onu kabinetinə dəvət elədi. Annanın göstərdiyi stolda oturub kağız qələm istədi. Xəstənin yarası üçün bir iynə, bir də gündə iki dəfə yaraya sürtmək üşun quruducu maz yazdı. Sonra üzünü Annaya tutub:
Hə Anna xanım belə -belə işlər. Bəlkə tanış olaq. Ayağa qalxıb
–Rauf Mamedoviç Quluzadə. Anna da ayağa qalxıb:
–Anna Andreyevna Puqaç-deyə cavab verdi. Qızların onun otağına gəlişindən indiyə kimi danışıqları hamısı rusca olmuşdu. Rauf ruscanı yaxşı başa düşürdü. Səsi gözəl və rəvan olmasına baxmayaraq danışmağı yaxşı alınmırdı. Aksenti bilinirdi. Özgəsi olsaydı onun danışığına gülməyi tutardı. Amma Anna ciddi adam idi. O gülmədi. Anna yaxşı bilirdi rus dili çox mürəkkəbdir. Onun öyrənilməsinə uzun illər lazımdır. Onlar xeyli oturub söhbət etdilər. Hər ikisi özləri, valideynləri, yaşayışları haqqında məlumat verdilər. Hətta telofon mübadiləsi də etdilər. Rauf evdə nahar etmirdi. Axşamlar isə hərdən dostları ilə və yaxud tək restoranların birində şam edərdi. Şənbə bazar günləri isə hərdən şəhərdən kənar dənizə yaxın istirahət mərkəzlərinin birinə gedib dincələrdi. Rauf özünə yaxşı baxırdı. Hələ orta məktəbdə oxuyanda idmana olan həvəsini davam etdirirdi. Universtet illərində boks qrupuna yazılıb məşğul olması indi də hiss olunurdu. Səhərlər durub stadiona gedir, orada bir neçə dəfə dövrə vurandan sonra qayıdıb yaxşıca yuyunardı.
Görüş üçün ilk təklif Raufdan gəldi. Anna etiraz etmədi. Axşam saat doqquzda Anna ağ BMV ilə onu evinin yanından götürdü. Rauf görüşə xüsusi zövq ilə hazırlaşmışdı. Bahalı mixəyi rəngli mil-mil kostyum, azca mavi rəngli köynək, cəhrayı qalstuk ona yaraşırdı. Hökümət evi yaxınlığında Abşeron mehmanxanasına daxil olanda oturanların hamısı dönüb onlara baxırdı. Anna uzun qırmızı bahalı parcadan tikilmiş don geyinmişdi. Qolları, çiyinləri açıq idi. İki nazik lentvarı parça çiynindən aşaraq arxada bir qədər enlənsə də yenə açıq qalan yer çox idi. Rauf baxışların altında sıxılsa da öz-özünə
–Əşi nə olsun. Məni burda kimdi tanıyan. İşçilərdən biri dərhal onlara yaxınlaşdı.
–Buyurun keçin. Siz yer sifariş etmisiniz. Rauf burada birinci dəfə olduğundan dərhal cavab verə bilmədi. Anna rusca bildirdi,
–Bəli və stolun nömrəsini dedi.
–Anna necə Siz azərbaycanca bilirsiniz.
—Əlbəttə bilirəm.Azərbaycanlı deyiləm. Mən burda doğulmuşam. Onları butun bina boyu şüşə olan pəncərənin qarşısındakı stolun yanına apardılar. Onları müşaiyyət edən oğlan stolun sol təfindəki yumşaq stulu azca geri çəkib Annanı, sonra isə keçib Raufu əyləşdirdi. Rauf stolun üstündə düzülmüş qablara, qədəhlərə, cəngəl, bıçaqlara nəzər yetirəndən sonra ətrafa baxdı. İçəridə adamlar çox olsa da hələ boş yerlər xeyl qalmışdı. Elə stollar vardı ətrafında kişi, qadın və uşaqlar oturub hansı dildəsə danışırdılar. Burada avropalı, asiyalı,afrikalı da vardı. Stola sol qolunun üstündə dəsmal, əlində bloknot, qələm tutmuş xüsusi geyimdə olan ofisiant yaxınlaşdı. Uzun yaraşıqlı qız həm də gözəl idi. Yubkası qısa olduğundan yoğun, düz qılçaları göz oxşayırdı. Bayaqdan menyuya baxan Anna ona sifarişini dedi. Özüdə ingiliscə. Rauf Annaya təəcüblə baxırdı. Qız gedəndən sonra, özünü saxlaya bilməyib:
–Anna o sizi başa düşdü. Anna onun sadəlövhlüyünə gülümsəyib
–Əlbətə Rauf. Onlar bura işə düzələnə qədər, neçə yoxlamadan keçirlər. Elələri var ali təhsilli mütəxəssisdirlər. Yeməyi gətirib verdilər. İlahi bunlar nə idi. Düzdü Rauf bunların bəzilərini tanıyırdı. Ancaq boşqablarda başqa tərzdə yerləşdirilmişdi. Əllərində ağ əlcək olan bir oğlan gəlib ortada qoyulmuş şüşəni açıb Annanın, onun iri qədəhinin yarısına qədər şərab süzüb çıxıb getdi. Qız isə gözləyirdi.
–Bəs bu qız niyə burda dayanıb.
–O gözləyir ki,biz badələrimizi içəndən sonra yenidən süzsün.
–Ona deyin burdan getsin. Mən əsəbləşirəm. Sizə sözümü deyə bilmirəm. Anna başı ilə qıza işarə elədi, gedə bilərsiniz.
–Rauf siz onun xətrinə dəydiniz. Bizim söhbətimizin ona dəxli yoxdur. O iş başındadır vəzifəsini yerinə yetirir. Evimizdə xidmətçi var. İstirahət günlərində anamın qonaqları olur. Çay süfrəsi arxasında hər cür söhbətlər olur. Xidmətçi söhbətləri eşitsə də onun ixtiyarı yoxdu hər hansı bir söz desin.
Rauf savadlı adam idi. Dünyagörüşü də pis deyildi.Atası imkanlı olduğundan Sovetlər birliyi dövründə məşhur sanatoriyalarda Socidə, Yaltada, Kislovodckda olmuşdular. Moskvanı gəzmişdilər. Bununla belə Anna ilə tanış olandan hiss elədi onunla özü arasında yerlə göy qədər fərq var. O Annaya baxırdı. Anna nə edirdisə onu təkrarlayırdı. Restoran tam dolmuşdu. Orkestr bir-birnin ardınca lirik musiqilər ifa edirdi. Bir anlığa musiqi kəsildi. Elan edildi gecənin açılışı münasibətilə restoranın rəqs qrupu dəvət edilir. Axşam paltarları geyinmiş rəqs qrupu əvvəlcə tanqodan başladı, sonra lombadaya, yunan rəqsi sirtaki və ləzginka oynadılar. Salona şən əhval rühuyyə doldu. Rəqs qurtaranda hamı gürultulu alqışlarla onları yola saldı. Raufun da kefi əmməli-başlı açıldı. Tez şərab butulkasını götürüb Annanın, özünün badələrini doldub elə azərbaycanca
—Götür vuraq. Səhv etdiyini tez anladı və üzr istədi.
–Bağışlayın Anna. Harada olduğumu bir anlığa unutdum. Anna yenə gülümsəyib onun dediyinə əməl etdi. Şərab Raufun çox xoşuna gəlmişdi.
–Anna bu nə şərabıdır. Anna şərabın adını dedi.
–Bunların eləsi olur 100 ildən çox yaşı olur. Kiminsə sifarişi ilə orkestr Vals çaldı. Oturanlardan bir neçəsi qalxıb rəqs etməyə başladı. Anna Raufa
–Bu Mosartın 40-cı sinfoniyasıdır. Rauf yavaş-yavaş əsəbiləşirdi. Ona görə yox burda idi. Özünə acığı tutmuşdu. Burda olmaq gözəldi. Amma niyə indi. Axı neçə illərdi Bakıda yaşayır. Anna deyir mənim anam məhşur balerinadır. Ancaq onu tanımıram. Bu neçə il ərzində nəinki baletə baxmağa, heç teatra da getməmişdir.
–Onların stoluna bir nəfər yaxınlaşdı.Raufdan icazə istəyib xanımını rəqsə dəvət etmək istəyirdi.
–Anna o nə istəyir.
–Məni rəqsə dəvət edir. Fransızdır. İcazə verirsən.
–Əlbəttə.
Anna gözəl rəqs edirdi. Amma onu qısqanclıq da boğurdu. Anna onun tanışı idi. Rauf hələ barmağının ucu ilə ona toxunmamışdı. Amma bu yad kişi əli ilə Annanın belindən tutub özünə sıxıb rəqs edirdi. Anna rəqs edib gəldi. Rauf bir badə də süzüb içdi. Anna az içirdi. Heç gətirilən yeməkdən o qədər yeməmişdi. Saat 12-yə qalırdı. Getmək vaxtı idi. Hesabı vermək istədilər. Bayakı qız gəlib gəlib hesabı dedi.
–200 manat
–Neçə. Biz neylədiki, 200 manat istəyir.
–Bura belədir. Rauf cibindən pul çıxardıb hesabı verdi. Anna maşını Raufun evinin yanında saxlayanda artıq saat birə işləyirdi. Rauf maşından düşdü.
–Anna bu gecə mənim xoşuma gəldi. Sizdən çox xahiş edirəm mənim müəlliməm olun. Məni böyük həyata daxil olmağıma kömək edin. Anna yaxınlaşıb yavaça üzündən öpdü.
—Söz verirəm Sizə yaxşı müəllimə olacam. İndi gecəniz xeyrə qalsın. Maşına oturub yüngülcə əl edərək çıxıb getdi.
Ertəsi gün Anna axşamkı görüşün necə təsir bağışlamasını öyrənmək üçün Raufun yanına gəldi. Rauf onun gəlişinə sevindi. Yanında heç kim yox idi.
—Hə Anna xoş gəlmisiniz. Amma axşam yaman gözəl görünürdünüz. Paltarınız lap əla idi. Balaca zərif Anna əsl mələk idi.
–Bəs necə. Axı mən balerina qızıyam. Mən anama oxşamışam. O da mənim kimi bam-balaca xanımdır.8 yaşım olanda məni də xereoqrafiya məktəbinə qoymaq istəyirdilər.5-6 ay davam edəndən sonra daha məşqlərə getmədim. Çətin idi. Amma bəzi nöqtələr yadımda qalıb. Ayağa durub ayağının birini qaldırıb barmağının ucunda yüngülcə fırlandı. Nazik yay donunun ətəyi yavaş –yavaş yuxarı qalxırdı və Annanın bütün gözzəlliyi onun qarşısında idi. Cəmi bir iki saniyə çəkən bu görüntü sonralar da bütün ömrü boyu Raufun yadında qaldı.
–Buna pa-de-de deyirlər.
–Yaxşı axşam orkestr musiqiyə başlayanda siz dediniz bu Mosartın 40-cı sinfoniyasıdır. Bunu haradan bilirsiniz.
–Əvvala Rauf mən təklif edirəm bundan sonra artıq bir-birimizi tanıdığımızdan siz sözündən, sənə keçək. İkincisi bildirirəm bizim ailə savadlı və imkanlı olduğundan mən musiqi təhsilini də almışam. Əsasən fortopianino sinfində oxumuşam. Yuxarı siniflərdə bizə klassik musuqidən də dərs keçirdilər. Dünya musiqisinin dahiləri olanlar, Mosart, Ştraus, Şopen, Bax, Çaykovski və başqalarının əsərlərini dəfələrlə ifa etmişik.
–Anna sən həm gözəl, həm dahisən. Mən sənə valeh olmuşam. Səndən bir xahişim əgər mümkünsə vaxtaşırı belə gecələrdən yenə təşkil edək. Anna:
–Baş üstə- ayağa qalxdı.Yaxınlaşıb yenə Raufun üzündən öpüb:
–Sən yaxşı oğlansan -deyib çıxıb getdi.
Onların ilk görüşündən iki aydan cox vaxt keçmişdi. Bu iki ay ərzində Raufla Anna xanım istirahət günlərinin hamısında müxtəlif restoranlarda oldular. Sevgi ocağı alovlanmışdı. İş yerində olan bu roman bütün xəstəxanaya yaılmışdı. Anna elə tələbkar deyildi. Rauf isə elə bil yatmışdı indi oyanırdı. Onun qarşısında yeni aləm açılmışdı. Yenicə daxil olduğu bu aləmin dərinliklərinə baş vurduqca ayrı-ayrı adamlarla tanış olurdu. Onlar elə belə adamlar deyildi. Siyasətçilər, aktyorlar, rejissorlar, jurnalistlər. Sən demə onlar Raufla birlikdə bu şəhərdə yaşayırmışlar. Amma Rauf onları görmürmüş, hiss etmirmiş.
Annanın anası Elvira İvanovna ilə problemi yaranmışdı. Axşam idi. Böyük otaqda Anna televizora baxırdı. Elvira İvanovna oxuduğu kitabı kənara qoyaraq eynəyini çıxarıb:
—Anna son günlər axşamlar evdə olmursan. Evə gec gəlirsən. Nə olub.
Anna anasının sualından bir qədər duruxdu. İstəmirdi Raufla görüşdüyünü anası bilsin. Raufla münasibəti hələ aydınlaşmamışdı.
–Ana axşamlar dostlarımla gəzməyə çıxırıq. Burda nə var. Mən artıq uşaq deyiləm.
–Qulaq as Anna.Düzdür sən əvvəllər hərdən evdə olmurdun. Amma indi demək olar hər həftə evdə olmursan. Özüdə hər dəfə evdən çıxana kimi xüsusi hazırlaşırsan.Geyimlərin dəyişir. Mən anayam. Ana ürəyi hiss edir ki, qızımın həyatında dəyişiklik var. Anna fürsəti əldən vermədi.
–Düz tapmısan ana .İki ay olar bir oğlanla tanış olmuşam. O cərrahdır. 33 yaşı var. Mən işləyən xəstəxanada cərrahiyyə şöbəsindədir. Adı Raufdur. Evi, maşını var. Subaydır.
–Burdan, Bakıdandı?.
–Yox əyalətdəndir. Amma burda çoxdan yaşayır. İnstitutu qurtarandan sonra işə başlayıb.
–Qızım bura qədər dediklərin çox gözəldir. Amma əyalətdən olması mənim heç xoşuma gəlmədi. Bilirsən qızım əyalətdən olanlar bir az kobud və üzlü olurlar. Dünyagörüşləri dar olur.
–Ana səhvin var. Rauf çox savadlı və mədəni adamdır. Dünyagörüşü də pis deyil.
–Yaxşı sən deyən olsun. Mən xəbərdarlığımı elədim. Ehtiyyatlı ol. Bununla da ana bala arasında olan söhbət sona yetdi.
Bu arada Annadan qəribə təklif gəldi.
–Rauf bir neçə aydır tanışıq elə hər dəfə gurultulu bahalı restoranlarda otururuq. İstəyirəm məni bir dəfə də elə kafeyə aparasan orda adamlar çox olsun. Biz də onlarla bir yerdə yeyib içib şənlənək.
–Anna sən nə danışırsan.O kafelərdə hər cür adamlar olur. Alma satan, kartof satan, sürücülər, fəhlələr gündüz minbir əziyyətlə qazandıqları beş-on manatı axşamlar gəlib belə kafedə oturub o ki, var yeyib içirlər. Ağızlarına gələni deyirlər.
–Olsun də. Bizə nə dəxli var.
Şənbə günü axşam avtovağzal tərəfdə belə bir kafedə oldular. Mərasim paltarı geyinməsələr də paltarları ən son dəbdə olan geyimlərdi. Təzəliyi, səliqəsi uzaqdan bilinirdi. Oturanlar dönüb onlara baxırdı. İçəridə göz-gözü görmürdü. Papiros tüstüsü mətbəxdən gələn tüstüyə qarışmışdı. Hər stolun ətrafında 4-5 adam oturmuşdu. Demək olar bütün stollarda araq vardı. Onlar ayaq üstə qalmışdılar. Nəhəyət onlara üzü tüklü, xalatı əllərini silməkdən qapqara olmuş bir oğlan yanaşdı.
–Sizə nə lazımdır.
–Bir az oturub istirahət eləmək istəyirik.
–Bu saat. Gedib barın( ona bəzən büfet də deyirlər) yanından stol, stul gətirib birtəhər yer düzəltdi. Hələ üstəlik güya hörmət əlaməti olaraq stolun üstünə müşəbbə saldı.Stol düzəldilənə qədər Rauf ətrafa baxırdı. Salonda qadınlar elə çox deyildi. 2 stol aralıda üç cavan oğlanla oturmuş qadın tez –tez Raufa baxıb yoldaşlarına nəsə deyirdi. lap yaxındakı stolda bir oğlan boş araq şüşəsini əlində tutub o biri yoldaşına
–Ay oğraş dünən iki klentimi aparmısan.Heç olmasa bir araq al içək. Onsuz bütün gecəni burdayıq.
–Ə ağzına gələni danışma .Yanımızda adam var ayıbdır.Əlində araq şüşəsi olan dönüb Raufa ,yanındakı xanıma baxdı.
–Qardaş bağışla görmədim. Bu ….. oğlu söz verir, amma eləmir. Bunun ….. lənət. Oturdular və Rauf oğlandan
–Yeməyə nəyiniz var –soruşdu.
–Dana basdırması, kefli beçə, kəlləpaça, mal ətindən sous, tikə, lülə. Annaya souc sözü tanış gəldi.
Raufa rusca
–Qoy sous vesinlər.
–Sous verin. İçməyə şüşə sirab və ya narzan verin. Bax bu stola mənim hesabıma bir dənə bahalı araq verərsən.
Yeməyi gətirdilər. Yanında da düz boşqabda şoraba .
Rauf çəngəli götürüb sousa baxdı. Deyəsən tanrının burdan xəbəri yoxdu. Sousun suyu qapqara, içərisində kartof heç bir həndəsi fiqura oxşamırdı. Çəngəllə əti yoxladı. Hər tərəfi qara olan tikə ətin içərisi qıpqırmızı idi. Yayın günündə verilmiş şorabanın iyi yayılırdi. Oğlan azca ləngisə də arağı gətirib deyilən stola verdi. Oturanlar təəcübləndilər. Araq bahalı idi. Yəqin yaxınlıqdakı mağazadan alınmışdı. Həmin kişi tez arağı qaldırıb
–Bu nədir ə Kamil bunu kim deyib. Kamil Raufu göstərdi. Rauf ona işarə ilə
–Qonaq olun– dedi. Kişi
Sağ ol qardaş. Allah əvəzini versin. Barın yanında quraşdırılmış maqnitofon bayaqdan Sona bülbülləri oxuyurdu. Növbəti musiqi Yanıq Kərəmi oldu. Salonda əməlli başlı canlanma oldu. Oturanlanlardan bir neçəsi durub oynamağa başladı. İnsafən çox gözəl oynayırdılar. Yerdəkilər əlləri ilə çəpik çalaraq onları alqışlayırdılar. Bu arada üç cavan oğlanla oturmuş qız ayağa qalxıb oynaya-oynaya Raufun yanına gəldi. Qadının saçı qıvrım və qısa idi. Saçın bir hissəsi sarı, qırmızı, sonra göy rənglə boyanmışdı. Makiaj edilmiş üzü ağ, gözlərinin ətrafı, qaşı qara idi. Hündür dolu qadın idi. Hündür ,həddindən artıq kök olan bu qadın qısa yubka, kofta geydiyindən əllərini qaldırıb oynayanda yoğun budları, qarnı, kürəyi açıq qalırdı.
–Salam Raufcan, necəsən. Rauf ona baxdısa tanımadı.
–Mənəm də Tükəzban. Rauf nə qədər fikirləşdisə yenə tapa bilmədi.
–Xanım xahiş edirım çıxın gedin. Mən sizi tanımıram. Görürsən yanımda xanım var. Tükəzban hirsləndi. Utanmadan hündürdən
–Necə tanımırsan. 5 il bundan qabaq mən sizin şöbədə medsestra işləyirdim. Onda tanıyırdın indi tanımırsan.
Raufun yadına xəstəxanada işlədiyi ilk illər düşdü. Onda bu qız da onların şöbəsində işləyirdi. Adına Tükəz deyirdilər. Azca dolu, hündür, yaraşıqlı, xoş təbəssümlü, mehriban qız idi. Raufun da onunla sevgi romanı olmuşdu. Bir neçə dəfə evinə aparmışdı. Sonra bazarda işləyən bir kişiyə ərə getdi. Kişi onu işdən çıxarmışdı. İndi Raufun gördüyü qadın tamamilə başqa qadın idi. Bununla belə Rauf yenə özünü ələ alıb yavaşca
–Xanım gedin burdan. Amma qadın getmirdi. Ələrini bədənini oynadaraq
–Rauf mən gözləyirəm. Deyəsən sərxoş idi. Raufü rəqsə dəvət edirdi. Bu dəfə Rauf əmməlli başlı hirsləndi.Ayağa qalxıb qadının qolundan tutub
–Rədd ol burdan. Tükəzban belə təhqir olacağını gözləmirdi. Dönüb ağlaya-ağlaya dostlarının yanına getdi. Dostları artıq ayağa durub ikisi irəlidə, o birisi arxada Raufa tərəf gəlirdi.
–Rauf Annaya nəyi isə izah edirdi.
Onlar gəlib Raufa çatıb
–Cavan oğlan sən bizim xanımı incitdin, indi biz elə edərik sənin də xanımın ağlayar. Heç bir dəqiqə keçməmiş onlardan ikisi aldıqları zərbələrdən yerdə çabalayırdı. Rauf onların birinin qarnından, o birisinin çənəsindən yumruqla vurmuşdu. Qonşu stollarda olanlar ayağa qalxmışdı. Üçüncü dost bıçaq çıxarmışdı. Raufun araq göndərdiyi stoldakı oğlanlardan biri Raufa
–Dayan qardaş, burdan belə mənlikdir. Əlində bıçaq olan oğlan üstünə gələn nəhəng adamı görəndə əvvəlcə geri addımladı, sonra isə dönüb qaçdı. Nəhəng adam yerdəkilərə yüngül təpik vurub
-Ə durun zibilinizi də götürüb rədd olun burdan. Daha 10 dəqiqə keçdi. Salon sakitləşmişdi. Rauf dilxor idi. Stolun üstündəkilər necə gətirilmişdisə eləcə qalmışdı. Annaya:
— Bəlkə gedək.
–Gedək.
Durub gedəndə əlini cibinə salıb stolun üstünə pul qoydu. Pul stolun üstündəkilərin dəyərindən 2-3 dəfə çox idi. Həmin nahəng oğlan onları maşına qədər ötürdü. Sonralar Raufla Anna bu axşamı hərdən yadlarına salıb gülürdülər.
Görüşlər davam edirdi. Artıq üç ay idi görüşürdülər. İstirahət günlərinin birində Anna anasından icazə alıb onu evlərinə dəvət elədi və Rauf burada kiçik səhvə yol verdi. Elvira İvanovna onu səmimi qarşıladı. Raufun gətirdiyi gül dəstəsini sol əlinə alıb sağ əlini Raufa tərəf uzadanda Rauf Elvira İvanovnanın əlini öpmək əvəzinə sevindiyindən iki əlli Elvira İvanovnanın əlini tutub yüngülcə yellədi. Elvira İvanovna pərt olsa da, oğlanın gözəlliyi də diqqətindən yayınmadı. Evdə başqa qonaqlar da vardı. Rauf onlarla da görüşdü. Hamısı yaşlı idi. Qonaqlar belə gözəl adaxlı üçün Annanı təbrik edirdi.Rauf utandığından qızarmışdı.Raufla Annaya da şərab süzdülər.Hamı rusca danışırdı. Onu yaxşıca tanımaq istəyənlər suallar verirdilər. Rauf verilən suallara qısaca cavab verirdi. Söhbətlər çox maraqlı idi. Ayrı-ayrı siyasətçilərin, deputatların həyatından, teatrdan, kinodan ,aktyorlardan, qoyulacaq tamaşalardan danışılırdı. Rauf darıxmağa başlayırdı. Arada olan rəsmiyyət, etiket qaydaları onu sıxırdı. O cavan idi. İçərisində olan sevgi onu dəli eləmişdi. Anna ilə tək qalmaq istəyirdi. Anna onu başa düşürdü.
Annanı o biri otağa çağırıb
–Anna mən burda darıxıram. Olar biz çıxıb gedək. Anna
–Gedək Rauf. Burda bizlik bir şey yoxdur. Anna qayıdıb anasının qulağına nəsə pıçıldayandan sonra aşağı düşüb restoranların birində əməlli başlı şənlik etdilər. Ən çox evdəkiləri parodiya edib gülürdülər. Nə qədər oturduqları yadlarına gəlmirdi. Gecədən xeyli keçmişdi.
Ağ BMV yerindən sürətlə tərpəndi. Anna çox içməmişdi. Amma yaman dalğındı. Rauf dərin fikrə getmişdi. Hər ikisi susurdu. Gecə yarısı olduğundn gediş gəliş azalmışdı. Daha bir saat kecdi. Anna mağazaların birinin yanında saxlayıb bir paket nə isə aldı. Gəlib oturub paketin içəsindən iki büküm Lays çıxardıb birini Raufa verdi. O birisini özü açıb yanındakı sandıqçanın üstünə qoydu. Onlar aeroportun yaxınlığında idi. Bayaqdan səbrlə dözən Rauf özünü saxlaya bilmədi.
–Anna biz hara gedirik.
–Burda Mərdəkanda bizim bağ evimiz var. İstəyirəm bugünku şənliyimiz yarımçıq qalmasın. 20 dəqiqədən sonra onlar qəsəbənin içərisindən keçib dəniz tərəfdən bir darvazanın qarşısında dayandılar. Uzun zəngdən sonra kiçik qapını cavan oğlan açdı. Annanın görüb darvazanı açdı. Maşın həyətə girəndən sonra çıxıb getdi. Rauf yenə sual verdi.
—Anna bu oğlan kimdir.
–Qaravulçudur. Həm də bağbandır. Ailəlidir. Onlar həyətdəki evdə yaşayırlar. Rayondan gəliblər. Bura onlar üçün sərfəlidir. Ev kirayəsi vermirlər. Üstəlik yaxınlıqda bağlarda işləyə bilirlər. Onlar olmasa bu evi bir günün içərisində dağıdarlar. Anna keçib evin işıqlarını yandırdı. Hər yan işığa qərq oldu. Birmərtəbəli kürsülü evin gözəlliyi, əzəməti indi bilinirdi. Evə keçdilər. Anna soyunmadan Raufu evlə tanış edirdi. Enli dəhlizin bir tərəfində sanitar qovşaq, digər tərəfində mətbəx,oradan istirahət otağına daxil oldular. Istirahət otağından yataq otaqlarına qapılar vardı.
–Bax bura anamın, bu isə mənim otağımdır. Hər şey əla düzəldilmişdi. Hər yanda səliqə, təmizlik vardı. Yenidən Raufu öz otağına aparıb
— Burda gözlə. Çıxıb əlində göy rəngli xalat gətirdi.
–Bu anamın ən böyük xalatıdır, bilmirəm əyninə olacaq. Paltarını dəyiş. Xalatı verəndə göz-gözə gəldilər. Getmək istəyəndə Rauf onu saxladı və bütün gücü ilə Annanı ağuşuna alıb dodaqlarını Annanın dodaqlarına sıxdı. Anna heç bir müqavimət göstərmirdi. Bu əsl sevgi idi. Romeo öz Cülyettasını tapmışdı. Rauf onu qucağına alıb başını sinəsinə sıxıb bir neçə dövrə vurandan sonra yerə qoyub
–Mənim gözəl Annam. Anna tamamilə sevinc içində idi.
–Hamam hazırdır. Əvvəlcə sən yuyun.
Rauf gülməli olmuşdu. Xalat onun bədəninə çox kiçik idi. O yuyunub gələnə kimi Anna paltarını dıyişmiş, həmdə stolun üstündə kiçik süfrə açmışdı. Annanın xalatı ağ rəngdə idi. Elə bil qu quşu idi. On dəqiqədən sonra o da yuyunub gəlib Raufun yanında oturdu. Kiçik süfrə səliqə ilə düzəldilmişdi. Anna:
–Bu gün sənə özüm qulluq edəcəm-deyib stolun üstündə olan viski şüşəsini açıb əvvəl özünün qədəhini, sonra isə Raufun qədəhini doldurdu.
Rauf viski şüşəsini Annanın əlindən alıb üzərindəki etiketi oxumaq istədisə heç nə alınmadı.
–Bu viski uzun müddətdir bizdədir. O vaxtlar Mərkəzi Komitədə işləyən bir nəfər anama hədiyyə verib. Onların işlədiyi binada mağaza varmış. Bu mağazada dünyanın hər yerindən gətirilmiş defisit mallar həmişə olurmuş. Əsl şotland viskisidir. Qədəhlərini yüngülcə bir-birinə vurub icdilər. Sonra stolun üstündəki fıstıq tumundan, qovrulmuş fındıqdan, qöz ləpəsindən, sarı qara kişmişdən həyəyə bir neçəsini yedilər. Rauf ayağa durub Annanın saçlarımı ələri ilə qarışdırıb üzünü onun üzünə sıxıb ayağa qaldırdı və qucağına alıb otağa apardı.
Onlar yuxudan oyananda saat 11 idi.Əvvəlcə Rauf, sonra isə Anna geyinib həyətə düşdülər. Yayın ortası olmasına baxmayaraq hava xoş və sərin idi. Onların yanına bir it qaçıb gəldi. Bu gözəl alman ovçarkası idi. Anna onu görən kimi:
–Hə xoş gördük mənim ağıllı qəşəng qızım. Anna onu öpüb başını sığalladı. İt sevindiyindən qaçıb bir neçə dəfə dövrə vurandan sonra yenidən Annanın yanına gəlib çöməldi və iki dəfə hürdü.
–Hə başa düşdüm. Cibindən şokolad çıxarıb itə verdi. İt şokaladı yeyib getdi. Rauf çox da böyük olmayan həyəti başdan başa gəzdi.Hər tərəf gül çiçəklə bəzənmişdi. O bu güllərin heç birisini tanımırdı. Güllərin arasındakı qazon sanki yaşıl xalı idi. Rauf fikrə getmişdi. Burda hər şey gözəl idi. Burda adam rahat olur. Bizim imkanımız pis deyil. Rayonda seçilən, sayılan beş-on nəfərdən biriyik. Niyə bizdə belə şərait yoxdur. Neçə illər ölkənin ən gözəl sanatoriyalarında olmuşuq. Evin içərisinin dizaynı, bölgüsü, stol, stullar, mebellər, işlənən, işlənməyən qablar hamısı fərqli idi. Bizim yaşayışımızla bunların yaşayışı arasında yer-göy qədər fərq var.
Annanın yanına bağabaxanlar gəlmişdi. Rauf gəlib onlarla görüşdü. Anna
–Bunlar mən gələndə sevinirlər. Anam gələndə aləm bir –birinə qarışır.
-Niyə bu qurumuş çiçəyi dəyişməmişiniz. Ağaçlar budanmayıb.
Onlara həyətdə düzəldilmiş istirahət köşkündə samovar çayı verdilər. Köşk 17 yaşlı Mariya Krillovna ilə Dubrovskini görüşdükləri köşkə oxşayırdı. Anna evdəki süfrədə viskidən əlavə nə varsa hamısını daşıyıb gətirmişdi. Rauf yenə gördüklərinə təəccüb etdi. Anna evdəkiləri süfrəyə dəvət eləmədi. Hər kəs öz yerini bilməlidir.
Anna evə qayıdıb hər tərəfi qaydaya salıb, işıqları söndürüb qapını bağladı. Bağabaxan oğlan onlara yaxınlaşdı. Anna:
–Süfrədəkilər sizindir. Sağ olun.
Yolu əla düzəltmişdilər. Bu yerlər Bakının rayonları adlanır. Əvvəlcə Xəzər, sonra Suraxanı, Sabunçu rayonlarınından keçib şəhərə çatırsan. Necə də doğma, əzəmətli adlardır. Onlar şəhərə çatanda saat iki olardı. Şəhər istidən od tutub yanırdı. Anna Raufu evinin yanında düşürəndən sonra evlərinə getdi.
Elvira İvanovna evdə yox idi. Yəqin harasa qonaq gedib. Ümumiyyətlə Elvira İvanovna indinin özündə də var gücü ilə işləyir. Bakı Ali Xoreoqrafiya Məktəbində dərs deyir. Teatrda yeni tamaşalar hazırlayır.
Anna yaman yorulmuşdu. Evə çatan kimi paltarlarını soyunub soyuq duş qəbul edib yatmaq istəyirdi. Cavan, möhkəm bədənli, qafqazlı Rauf ona səhərə kimi yatmağa imkan verməmişdi. Anna qadın idi. Bu nə vaxt olmuşdu yadına gəlmirdi. Lap çoxdan hələ 9-sinifdə oxuyanda bir dəfə sinif yoldaşının ad günündə möhkəm içibmiş. Onunla birlikdə ad günündə olan bir gənc sərxoş Annanı evlərinə aparıb işləri korlamışdı. Universtet illərində Anna hamiləlikdən və xəstəliklərdən qorxduğu üçün həmişə özünü qoruyurdu.Onun pərəstişkarları həmişə olurdu. Amma nə qədər 18—22 yaşı vardı elə bir ciddi adaxlıya rast gəlmədi. Sonra isə özü istəyirdi bir müddət azad olsun. Həyatda yaşamağın ləzzətini duysun. Ərə getmək üçün hələ vaxtı vardı. Anası onu həyata yaxşı hazırlamışdı.Onun maddi təminatı da yaxşı idi. Şəhərin ən yaxşı yerində evləri, işi vardı. Raufla münasibətlərində elə bir aydınlıq olmasa da ona dəlicəsinə vurulmuşdı. Raufun gözütoxluğu, sadəliyi xoşuna gəlirdi.
Annadan fərqli olaraq Rauf yatmağa tələsmirdi. Dünən gecəki nağıllar aləminə qayıtmışdı. Şəhrizad axşamdan başladığı nağılı səhərə yaxın qurtarmış Şəhriyarı yatmağa qoymamışdır. Rauf indiki həyatından razı idi. Anna onun bağlanmış gözlərini bu dünyaya açmışdı. Özü özlüyündə indiyə kimi rast gəldiyi qadınlarla Annanı müqaisə elədi. Yox onlar hamısı kobud, üzlü və tələbkar idilər. Onun Annası isə zərif, saf və hərtərəfli xanım idi. O məni sevir. Bundan sonra mən özümü daha yaxşı aparmalıyam. Annanın qəlbinə toxunmaq olmaz. Mələk kimi təmiz olsa da qürurludur. Tələbkar deyil, lap elə tələbkar olsa da mənim aylıq qazancım qarşısında xərclədiklərim qəpik-quruşdur.
İyul ayı idi. Rayonda bu aya qora bişən ay deyirlər. Qora üzümün xırda yaşıl formasına deyilir. İyul ayında isti o qədər güclü olur, onun təsirində qora tez böyüyüb yetişir. Axşam Rauf ata-anası ilə xeyli danışdı. Hamısı yaxşı olduğundan xəbər verirdilər. Onlar havaların bərk isti olduğundan şikəyətləndi. Böyük qardaşı lap irəli gedib
-Rauf sən ağıllı adamsan. Lap yaxşı eləyib başını götürüb kənddən getmisən. Vallah işləməkdən canımız çıxır. Qazancımız nədir. Onu da vaxtlı vaxtında alıcı tapsaq. Ordan yığıb elə sahədə dəyər –dəyməzinə satırıq. Əkəndən çox alan qazanır. Onlar iri sahibkarlardır. Özlərinin soyuducu anbarları var. Biz burda atamgilin evini təmir edirik. İstəyirik bu payız səni evləndirək. Rauf da qardaşının dediklərini zarafat sayaraq o da zarafatla
–Mən hazır. Onun pulu çox idi . İşlədiyi bu müddət ərzində 100 mindən çox pul topalaya bilmişdi. Ağ rəngli TAYOTA Lanq –qruzeri vardı.
İş həftəsinin birinci günü başlamışdı. Bu vaxtlar xəstəxanada bir az seyrəklik olur. Təsadüfi qəzaları nəzərə alınmasa yayın istisində gəlib burda müalicə olunmaq çox çətin olur. Həm xəstələr, həmdə xəstə sahibləri üçün şərait olmadığından əziyyət çəkirlər. Rauf axşamkı gecənin sehrini yada saldıqca əhvalı yaxşılaşırdı. Ağlına bir fikir gəlmişdi. Qısa müddətli məzuniyyət götürüb sərin yerlərdəki ailəvi istirahət mərkəzlərinin birində dincəlmək olardı. İşin axırına yaxın zəng edib Annanı yanına dəvət elədi. Şöbədə onların sevgi romanını hamı bildiyindən Anna Raufun kabinetinə daxil olanda durub çıxırlar. Sevgililər öpüşüb görüşdülər.
—Necəsən Anna
–Yaxşıyam Rauf.
–Anna mən istəyirəm işdən çıxıb həmişə yanında olum.
–Niyə ki.səni elə yanımdasan
–Yox elə yox, bax belə səni həmişə qucaqlaya bilim, öpə bilim. Anna mənim yeni bir ideyam var. Gəl hər ikimiz qısamüddətli məzuniyyət götürüb 15 günlüyə Qubada, Xaçmazda, İsmayıllıda, Qəbələdə və yaxud Qaxın İlisu kəndindəki ailəvi istirahət mərkəzlərinin birində dincələk. Elə Elvira Ivanovnanı da özümüzlə aparaq. Anna Raufun sadəlöhlüyünə bərkdən güldü.
–Nəyə gülürsən.
–Rauf görünür sən mənim anamı yaxşı tanımırsan. Mənim anam məşhur adamdır. Sovet balet teatrına böyük töhfələr vermiş bu xanım Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. SSRİ xalq artistidir. İndi özün fikirləş. Belə məhşur bir xanım sadə adamlar arasında necə sərbəst dincələ bilər. Doğrudur bizim istirahət mərkəzləri oralardan daha gözəldir. Bununla belə hələ çox işlər görülməlidir Avropa standartlarına uyğun gəlsin. Narahat olma. Yəqin Eldar Qasanoviç bir şey fikirləşib. Sənin təklifinə gəldikdə sabah bir söz deyərəm.
Axşam ana- bala arasında möhkəm mübahisə düşdü.
–Qulaq Anna. Birlikdə istirahətə getməyinizə etiraz etmirəm. Sən mənim yeganə övladımsan. Yeganə övlad isə eqoist, təkəbbürlü və ərköyün olur. Daha uşaq deyilsən. Mən bilmək istəyirəm Raufla sənin münasibətin necədir.
–Raufla mən dostuq. Bir –birimizi sevirik. Hələlik belə davam edir. Ola bilsin bir neçə aydan sonra evlənəcəyik.
–Axı kimdi bu Rauf. Onun haqqında nə bilirsən.
–Bilirəm ana. Rauf rayondandır. Atası, anası, iki bacısı, bir qardaşı var. Dərnəgül tərəfdə üçotaqlı evi var. Maşını var. Savadlı, bacarıqlı cərrahdır.
–Bunlar hamısı yaxşıdır. Amma mən görürəm sən bəzi şeyləri yaxşı bilmirsən. Mən 30 ildən çoxdur azərbaycanlılarla birlikdə bu şəhərdə yaşayıram. O millət ilə bizim millətin adət-ənənələri arasında çox fərq var.
Birincisi bizdən fərqli olaraq azərbaycanlı uşaqları ata –anaya çox bağlı olur, özləri hər hansı işə başlayanda sərbəst qərar verə bilmir. Bizdə isə isə bu tamamilə başqa cürdür. Əgər indi mən sənə etiraz edib, yox Anna Raufla getmə, sən Raufu sevdiyindən
-Ana mən 18 yaşında qız deyiləm. Özüm bilərəm getmək olar ya yox. Bir az dərinə getsəm, baş götürüb bu evdən gedəcəksən. Sən də, mən də səhv etdiyimizi bilsək də bunu adi qarşılayacağıq.
–İkincisi sən qadınsan. Raufdan əvvəl həyatında bir neçə kişi olub. Azərbaycanlı ailəri isə öz övladlarının qadınla yox, qızla evlənməyinə üstünlük verirlər. Ondan əlavə sən azərbaycanlı qadını deyil rus qadınınısan. Məsələ burada lap çətinləşir. Sənin arzun 1000-2000 ailədən birində reallaşır. Dediyim odur ehtiyyatlı ol. Anna:
–Ana mənim sevdiyim Rauf elə o 2000 ailədən biridir. Bununla da ana bala arasında olan söhbət qurtardı.
İcazə alınması, hazırlıqlar tam bir həftə vaxt apardı. Məsələ burasındadir sevgililərin heç biri indiyə kimi adları çəkilən bu rayonlarda olmamışdılar.İstirahət qərarını dəyişib səyahətlə əvəz elədilər.Marşrutda gəzməli ,görməli yerlərin sayının çox olmasını nəzərə alaraq 15 yox 20 günlük icazə almışdılar. Marşurutu belə müəyyənlədirdilər.
Quba, Xaçmaz, Qusar zonası –5 gün
İsmayıllı, Qəbələ zonası –5 gün
Şəki, Qax, Zaqatala, Balakən zonası-5 gün . Qalan günləri bir zonadan o birisinə gediş üçün nəzərdə tutmuşdular. Turizm şirkətlərinin birində olub Səyahətin marşurutunu, tarixini bildirib ən yaxşı otellərdə iki nəfərlik yer sifariş edib əvvəlcədən pulunu ödədilər. Raufun qəti etirazına baxmayaraq ödənişlərin yarısının pulunu Anna verdi.
–Anna axı yaxşı deyil. Sən mənimlə gedirsən.
–Burda nəvar ki, Rauf. Anam mənə pul verib. Elə özümün də xeyli var.
Raufun maşınına bələdçi monitoru quraşdırıldı. Nəhayət iyulun onunda Bakıdan çıxdılar. Anna
–Rauf indi sən Ərəb şeyxi Tarixə, mən isə ingilis qızı Saraya oxşayıram. Doğrudur onlar daha məhşur yerlərə, Parisə, Londaona, Nuyu-Yorka, Mayamiyə gedirlər. Amma eybi yoxdur. Vaxt gələr biz də o yerlərə səyahət edərik.
Sevgililər tam 20 gün yaxşıca səyahət edib Bakıya qayıtdılar. Hər ikisi sevinc icində idilər. Səyahətin gündəliyinə uyğun olaraq əvvəlcə Qubada Ahu ailəvi istirahət mərkəzində yerləşib, bələdçilərin köməkliyi ilə gəzməli –görməli yerlərin hamısında oldular. Ən maraqlısı Qubadan 57 km məsafədə yerləşın Xınalıq kəndinə çəkilmiş yolun mənzərəsi idi. Tez-tez dayanıb bu mənzərələri daha yaxından müşahidə etmək adama ləzzət edirdi. Hər ikisinin telefonu dayanmadan şəkil çəkirdi. Xaçmazda dəniz kənarı çimərlikdə olmağa üstünlük verdilər. Qusarda isə yenə maşınla gedib Qusar Yay, Qış oyunları kompleksində olub kanatla hərəkət edə-edə ətrafı bolluca seyr etdilər. İsmayıllıda, Qəbələdə olmaq da xoş idi. Azərbacanın qədim sənətkarlıq mərkəzləri olan Lahıc, Baskal kəndlərini gəzib xatirə olaraq sənətkarların düzəltdiyi hədiyyələrdən aldılar. Qəbələdə Qafqaz otelində yerləşib atla dağ cığırları ilə gəzintiyə çıxdılar. Qaxda İlisu kəndini gəzdilər. Şəkidə Xan sarayına, karvansaraya tamaşa edib, Zaqatalaya, Balakənə qədər gedib çıxdılar. Gündüzlər uzun gəzintidən sonra, axşamlar otellərdə yaxşıca dincəlirdilər. Maraqlı, xoşlarına gələn yerlərdə o qədər şəkillər çəklmişdilər qərara aldılar, iki albom düzəldib bir-birinə hədiyyə etsinlər.
Avqustun birində işə başladılar. 20 gün bir yerdə olmaları onları daha yaxınlaşdırmışdı. Hər ikisi iş gününü başa çatmasını səbirsizliklə gözləyirdi. Elvira İvanona evdə yox idi. Eldar Qasanoviç onu özü ilə Fransanın cənubuna Marsel şəhərinin yaxınlındakı portoğal bağları ilə məşhur olan kurortların birinə aparmışdı. Saatlarla dəniz sahilində oturan Elvira İvanovna buralarda özünü sərbəst hiss edirdi. 50-dən yuxarı yaşı olmasına hələ gümrah və gözəlliyini qoruyub saxlaya bilmişdi.
Şəhərdə olanlar belədir.İstədikləri vaxt məzuniyyət götürüb səyahətə gedə bilirlər. Rayonda, kənddə isə bu məsələ çətindir. Aprel may aylarında səpin başlayana qədər gərək torpaq şumlana,sonra səpin başlayır. Ona qədər ot biçimi başlayır. Əvvəlcə birinci, arpa, buğda biçimi, ikinci, üçüncü biçim, üzüm yığımı, pambıq yığımı, taxıl əkiləcək yerlərin şumlanması il qurtarırdı. Ona rayondakı adamların istirahətə getməsi həmişə alınmır.
İndi Rauf demək olar hər gün Annanın yanında olurdu. Axşamlar restoranların birində dostlarla nahar edəndən sonra hərdən Anna onu evə dəvət edirdi. Belə yaşayış Raufun xoşuna gəlirdi. O qayğısız yaşayırdı. Özünü xöşbəxt sayırdı.Bir məsələ onu narahat edirdi. Son günlər ətrafında çoxlu dedi-qodu əmələ gəlmişdi. Onların hərəkəti kimlərinsə xoşuna gəlmirdi. Bu belə davam edə bilməzdi.
Bir dəfə Annanı götürüb Moskva univermağına apardı. Xahiş elədi ona yaxşı bir nişan üzüyü seçməyə kömək etsin. Güya Raufun dostu öz nişanlısına almaq istəyir. Anna ona kömək elədi. Briliyantla işlənmiş sadə, lakin bahalı nişan üzüyünü seçib barmağına taxıb Raufa göstərdi.
–Çox gözəldir Anna. Elə bil sənin əllərin üçün yaradılıb. Anna üzüyü çıxarıb qaytardı. Üzünə kədər çökmüşdü.
Rauf çibindən pul çıxarıb beh verdi, üzüyü hələlik satmasınlar. Dostu ilə gəlib alacaqlar. Bir neçə gün sonra Rauf univermağa gedib pulunu ödəyib üzüyü götürdü.
İlk görüşlərindən 6 aydan çox vaxt keçmişdi. Sentyabrın əvvələrində Elvira İvanovna ilə Eldar Qasanoviç istirahətdən qayıdıb gəlmişdilər. Teatr mövsümü başladığından bu gunlərdə dərs deməklə yanaşı Elvira İvanovna yeni tamaşaların hazırlanmasında yaxından iştirak edirdi. Bunların eləsi vardı o baş rolları ifa edəcəkdi. Teatr Bakıda bir neçə tamaşa verəndən sonra uzunmüddətli qastrol səfərlərinə yollanacaqdı.
Rauf uzun araşdırmalardan sonra özlüyündə qəti qərara gəlmişdi Anna ilə evlənsin. Anna onu yeni yaşayış tərzinə öyrətmişdi. Onu başa düşürdü.Fədakar,qayğıkeş olmaqla yanaşı çox sevimli idi. Üzüyü iş otağındakı seyfdə saxlayırdı. Boş vaxtlarında hərdən üzüyü cıxardıb xeyli tamaşa edərdi. Həmin anlarda xəyalı çox uzaqlara gedib çıxırdı. Münasib bir vaxt axtarırdı, üzüyü Annaya təqdim edib öz qərarını bildirsin. Raufun Bakıda yaşayan Cəfər adında həmyerlisi vardı. İnşaat Mühəndisləri Universtetində dərs deyirdi. Hələ tələbəlik illərindən bir-birini tanıyirdılar. İndinin özündə də köhnə dostluq davam edirdi. Ailəlidir. Dostların evə aid mühüm bir işi olanda bir-biri ilə məsləhətləşərdilər.
–Şənbə günü axşam Cəfər də mənimlə restorana gedər, Annaya deyərəm o da rəfiqələrindən birini dəvət edər. Elə orada Cəfərin, rəfiqəsinin şahidliyi ilə üzüyü Annaya təqdim edib sözümü deyərəm.
Şənbə günü axşam 10-da məşhur restoranların birində salonun uzaq küncündə stol sifariş etdilər. Anna rəfiqəsin də gətirmişdi. Qısa tanışlıqdan sonra əyləşib sifarişləri verdilər. Şampan badələri süzüləndən sonra Rauf icazə alıb badəsini götürüb ayağa qalxdı
–Hörmətli Marya xanım, əziz dostum və qardaşım Cəfər! 6 aydan çoxdur, Anna xanımla mən dəfələrlə belə axşamları bir yedə olmuşuq. Amma bu axşam xüsusi axşamdır. Bu axşam neçə həftə öncə özlüyümdə qəbul etdiyim qərarı sizin şahidliyinizlə dünyalar qədər sevdiyim Annaya bildirmək istəyirəm. Anna mənim tapıntımdır. Anna mənim gözlərimi yeni dünyaya açmışdır. O məni XV əsrdən XXI əsrə gətirmişdir. Anna xanım zəhmət olmasa ayağa qalxın. Sonra onun əllərindən tutub
–Mənim sevimli, zərif Annam. İstəyirəm bu gündən mənim xanımım olasan.Təklif Anna üçün, elə yerdə qalanlar üçün də gözlənilməz olmuşdu. Hamısı bir neçə dəqiqəliyə susub qalmışdı.
Birinci alqış Mariyadan gəldi.
–Anna təbrik edirəm. Razı ol Rauf yaxşı oğlandır. Cəfər əvvəlcə eşitdiyindən duruxsa da son zamanlar internetdə, teleseriyyallarda belə şeyləri çöx gördüyündən ayağa qalxıb o da
–Anna mən də sizi təbrik edirəm. Razı olun. Rauf mənim yaxın dostumdur.O doğrudan da yaxşı oğlandır. Anna başını aşağı salmışdı. Eşitdikləri ona xəyal kimi gəlirdi. Rauf Annanın başını əlləri arasına alıb yuxarı qaldırdı. Anna ağlayıyırdı. Bu sevinc yaşları idi. Rauf:
–Anna dediklərimə razısan. Annanın üzünə təbəssüm gəldi. Başı ilə hə işarəsini verdi. Bərkdən eşidilən sevinc səslərinə salonda oturanların hamısı dönüb baxdı. Rauf əlini cibinə salıb Annanın bəyəndiyi üzüyü Annanın barmağına taxdı. Yenə sevinc səsləri bütün salona yayıldı. Badələri toqquşdurub içdilər. Elə həmin an bir tərəfdən Mariya, digər tərəfdən Cəfər əllərini stola döyərək:
–Öpüşsünlər, öpüşsünlər -deyə səsləndilər. Uzun və davamlı öpüş bir dəqiqə çəkdi. Hamı sevinc içində idi. Anna tez –tez üzüyünə baxırdı. Onun daxilində nə isə dəyişiklik olmuşdu. Elə bil həmişəki şən, şıltaq Anna deyildi. Hamı Raufun bu hərəkətinə əhsən deyirdi. Məclis o qədər səmimi, rəvan gedirdi ,vaxtın nə vaxt gəlib getdiyi bilinmirdi. Artıq saat birə işləyirdi. Ancaq heç kim bu gözəl məclisdən ayrılmaq istəmirdi. Heç vaxt evə belə gec getməyən Cəfər narahat deyildi. Arvad uşağı Bakının istisindən qaçıb rayona getmışdilər. Bu ara Anna ayağa qalxıb badəsini götürüb
–Dostlar Raufun təklifi Sizin kimi mənim üçün də gözlənilməz oldu. Ondan belə təklif alacağımı gözləyirdim. Çünki Rauf məni sevdiyi kimi mən də onu sevirəm. Biz bir-birimizi yaxşı öyrənmişik. Rauf məni, sizi sevindirən kimi mən də istəyirəm. Sizə şad xəbər verəm.
–Mən hamiləyəm. Bədənimdə olan Raufun körpəsi iki aylıqdır. Yenidən sevinc qışqırtıları salona yayıldı. Hamıdan çox sevinən Raufdu. O dəfələrlə Annanı qucaqlayıb üz gözündən öpürdü. Mariya ilə Cəfər bu böyük məhəbbətin əsl şahidi oldular.
Mariyanı Cəfər evlərinə apardı. Yolda aldıqları təsuratları yenidən bölüşürdülər. Rauf Annanı evlərinin qarşısına gətirəndə saat üçün yarısı idi.
Ertəsi gün nahar vaxtı ana bala çay içə-içə söhbət edirdilər. Anna
–Ana axşam biz Raufla nişanlandıq. Sonra axşam olanları əvvəldən axıra kimi anasına söylədi. Elvira İvanovna bu xəbəri sakit qarşıladı.
–Qızım səni təbrik edirəm. Xöşbəxt olasınız. Bununla belə sənə bir neçə sözü deməyə özümə borc bilirəm. Siz əsl russayağı nişanlanmısınız. Deyirsən cəmi dörd nəfər idiniz. Sənə demişdim axı .Mən 50 ildir azərbaycanlılarla bir yerdə yaşayıram. Çoxlu sayda rəfiqələrim, dostlarım var. Ad günlərinə, nişanlarına , toylarına məni də dəvət edirlər. Onlarda nişan mərasimi də elə toy kimi keçirilir. Hər iki tərəfdən qohumlar yığışıb böyük sevinclə nişanlamanı qeyd edirlər. Nədənsə mənim bu işdən xoşum gəlmədi.
—Ana sənə bir xəbərim də vardır. Onun üzündə təlaş vardı.
—O nə xəbərdir.
–Ana mən hamiləyəm. Bax xəbəri Elvira İvanovna sevinclə qarşıladı.
–Nə dedin qızım. Hamiləsən. Axır ki, qızım məni başa düşdün. Elə sən də, mən də artıq yaşlaşmışıq. Bax indidən deyirəm mənim nəvəm balerina olacaq.
–Ay ana sən nə bilirsən mənim qızım olacaq.
–Bizim nəslin tarixi çox qədimdir. Bu nəsildə oğlan uşağı nadir hallarda anadan olur. İndi qızım sizin bir məsələniz qalır. Bu eşitdiklərimi rəsmiləşdirmək. Toyu haçan etmək istəyirsiniz.
–Ana hamilə olduğumu Raufa axşam demişəm. Yəqin bir tədbir görər.
Elvira İvanovnadan fərqli olaraq Raufun işi bir qədər çətinləşdi. Nahardan sonra idi. Kabinetdə oturub nə edəcəyini fikirləşirdi. Deməli Anna hamilədir. Özünün dediyinə görə iki aylıqdır. Təcili bir aya və yaxud ən uzağı iki aya toy eləmək lazımdır. Yoxsa kollektiv arasında biabır olarıq. Rauf öz qərarında qəti idi. O Annanı sevirdi. Çox götür-qoydan sonra
–Mənim seçimimdə elə bir səhv yoxdur. Bura böyük şəhərdir və hər kəsin problemi özü üçündür. Bacı, qardaşlarım cavandır, özləri də ziyalı ailəsində böyüyüblər məni başa düşərlər. Atam, anam hər il sanatoriyalarda olanda çoxlu rus ailələri ilə tanış olub, bir yerdə istirahət ediblər. Bir dəfə olsun onlardan gileylənməyib. Qaldı toy məsələsinə. Mənim kifayət qədər pulum var. Toy eləməyə gücüm çatar. Beş on gün keçsin valideynlərimə deyərəm yoluna qoyarlar.
Müəllifdən
Uzun həyat təcrübəmdə bəzi məsələlər var, mən özüm də bilmirəm bu necə olur. Birdə görürsən evdə, işdə və yaxud sağlamlığımda bir problemim olu , özümü narahat hiss edirəm. Elə bu vaxt əvvəllər anam, indi isə bacılarım, qızlarım məndən yüz kilometrlərlə uzaqda olmalarına baxmayaraq səhər tezdən zəng edirlər. Anam oğul, bacılarım qardaş, qızlarım ata deyib
–Bəs bu gecə yaman narahat yatmışıq , necəsən, salamatçılıqdır. Mən öz vəziyyətimi izah edib
–Narahat olmayın ötüb gedər-deyə onları sakitləşdirirdim.
İndi Raufun da başına belə bir iş gəldi.Təkbaşına bu işləri həll edə bilmədiyindən keçən həftə çox dilxor idi. Növbəti iş həftəsinin birinci günü səhər saat səkkizdə ona zəng gəldi. Rauf telofondakı nömrəni tanıdı. Böyük bacısı idi. Tez düyməni basıb telofonu açdı.
–Alo .Qardaş salam sabahın xeyir. Necəsən Rauf. İşin, gücün canın, başın necədir. Bu arvad tezdəndən məni çağırıb qoymur işimizi görək, bəs Raufa zəng elə gör necədir. Yaman narahatam. Ürəyim az qalır yerindən çıxa.
–Yaxşıyam bacı. İşlərim də qaydasındadır.
–Olsun, olsun. Rauf bəlkə bir iki günlüyə buralara gələsən. Evimizi təmir elətdirib qurtarmışıq. Atam istəyir yeni ilə qədər səni evləndirsin. Üstəlik sənə qız tapmışıq. Yadına düşür 1 nömrəli sovxozun direktoru Babayev Kazım. İndi o da atam kimi iş adamıdır. Onun kiçik qızi Nurcan Gəncə Pedaqoji Universtetini bu il qurtarıb. Yanmış elə gözəldir. Yüz faiz bilirəm xoşuna gələcək. Qıza da bəzi mesajlar demişik. Atam deyir Raufu çağırın qoy bir söz desin.
–Bacı sən nə danışırsan. Nə qız ,nə evlənmək. Bu kişi də deyəsən lap xarab olub. Əvvəlki direktorluğu yadında qalıb. Elə bilir evlənmək də əmrlə, qərarladı. Mən də onun işçisiyəm. Əmr verdi qurtardı. Bilirsən bacı sənə bir söz deyəcəm. Diqqərlə qulaq as. Mən nə kəndə gələnəm. Nə də o qıza baxacam. Burada özümə rus qızı tapmışam. Mənimlə bir xəstəxanada işləyir. O da mənim kimi həkimdir. Bir həftə olar nişanlanmışıq. Toyun vaxtını dəqiqləşdirib Sizə xəbər edəcəm. Beş-on nəfər biz tərəfdən, bir o qədər də qız tərəfdən və dostlarım restoranların birində yəğışıb toy edəcəyik. Bununla da mənim evlənməyim başa çatacaq.
–Deməli Rauf səni tora salıblar. Yazıq arvad elə buna görə də narahatmış. Sağ ol qardaş. Amma bizi el içində yaman xar elədin.
Daha iki gün keçdi. Gündüz saat üç idi. Rauf oturub xəstələrin anketlərini yazırdı. Qapı döyüldü və içəri üç nəfər girdi. Rauf lap məəttəl qaldı.Gələnlər atası, anası və böyük bacısı idi. Rauf tələsik ayağa qalxıb onları qarşıladı. Anası, bacısı onun qucaqlayıb üz gözündən öpsədə, atası onun əlini kənara itələyib keçib otaqda olan divan, kreslolarının birində oturdu. Rauf onları diqqətlə nəzərdən keçirdi. Hər üçü zövqlə geyinmişdi. Ana bacısı başlarına nazik enli şərf bağlamışdı. Atasından başqa üzlərindən səmimilik, doğmalıq yağırdı. Heç bir makiajdan, rəngdən istifadə etməmişdilər. Elə təbii idilər. Birinci Rauf başladı.
–Xeyir ola, niyə belə xəbərsiz yığışıb gəlmisiniz. Atası:
–Gəlmişik sənin gözəlçənlə tanış olaq. Demirsən nişanlanmışıq. Mən axşam eşitmişəm. Mən həmişə uşaqlarım içərisində ən ağılısı səni hesab eləmişəm.Amma deyəsən səhv etmişəm. Sən demə ən axmağı sən imişsən.
–Ata səndən xahiş edirəm bir az yavaş danış, Bura xəstəxanadır. Mənim iş yerimdir. Bir az o tərəfdə ağır xəstələr yatır.
–Cəhənnəmə olsun sənin iş yerin. İş yerinə hörmət edən o qələti eləməz.
–Ata gəlmisiniz yaxşı eləmisiniz. Alin bu açarlarları. Gedin evə . Mən də işlərimi qurtarıb bir azdan gələrəm. Axşam restoranların birinə gedərik. Annanı ora dəvət edərik. Əməlli başlı tanış olarsınız. Restoran ,Anna adlarını eşidən Məmməd kişini od götürdü.
-Ə heç utanırsan indi də ağbirçək ananı, xalxın arvadı bacını restorana aparıb qarşılarına da bir şampan qoyacaqsan. Niyə xaraban yoxdur. Biz heç hara getməyəcəyik. Deyirmişsən səninlə bir yerdə işləyir. Zəng elə gəlsin tanış olaq. Bəlkə doğrudan da gözəldir. Rauf Annada heç bir noqsan olmadığını bildiyindən Annaya zəng etdi.
–Anna zəhmət olmasa beş –on dəqiqəliyə yanıma gəl. Anna gəlincə Rauf nə qədər çalışdısa söhbət alınmadı.Sadəcə Anna haqqında anasına bir neçə söz deyə bildi.
–Ana məsələ təkcə Annanın xarici gözəlliyində deyil. O yaxşı insandır. Qayğıkeşdir. Biz bir –birimizi çox sevirik. Ata səni xəbərdar edirəm Anna azərbaycanca yaxşı bilir.
Anna gəlib Raufun otağına girəndə üzündə sevinc vardı. Amma içəridə olanları görəndə bir az tutuldu. Hamiləlik az da olsa hiss olunurdu. Gözlərində, sifətində dalğınlıq vardı. Yorğun görünürdü. Üstəlik iş paltarı onun bir az yaşlı olmasını da gizlədə bilmirdi. 29 il az yaş deyil . Rauf Annanın yanına gəlib rusca
–Anna atam, anam və bacımdır. Gəliblər səni görüb tanış olsunlar. Annanın yenidən üzünə sevinc gəldi. O da rusca
–Doğrudan. Nə yaxşı. Xoş gəliblər. Oturanlardan Məmməd kişidən başqa Annanın dediklərini başa düşmədiyindən hər hansı cavab gəlmədi. Rauf ana, bacısına Anna dediklərini tərcümə elədi.
–Ana, Anna Sizi salamlayır, deyir xoş gəmisiniz. Bacısı durub Annanı qucaqlayıb üzündən öpdü. Anası qalxmaq istəyirdi, amma Məmməd kişinin hirsli baxışlarını görəndə qorxusundan yerində oturdu. Məmməd kişi bomba kimi partladı
–Hə hörmətli, adlı-sanlı doktor budur sənin tutduğun iş. İndi biz neyləməlik. Evimizin içində tərcüməçi tutmalıyıq bu gözəlçə ilə danışa bilək. Mən bunları yaxşı tanıyıram. Sovetin dövründə bütün sanatoriyalarda olmuşam. Bir dınqıltı olan kimi tanıdılar, tanımadılar durub düşəcəklər ortaya. Birisi də gəlib ikiəlli yapışacaq belindən, başını qoyacaq gözəlçənin çiyninə, dodaqları yavaşça qulaqlarına nəsə pıçıdayacaq. Ə sən nətəhər kişisən. Bax onda utanıb, ölmüyəcəksən. Sənin heç qeyrətin, namusun yoxdur.
Məmməd kişi ayağa qalxdı.
–Evin açarını ver. Bu sən, bu da -əli ilə Anna göstərib
–Bu da……..gözəlçən. Biz getdik. Məmməd kişi nə özünə, nə Annaya yaraşmayan ağır söz demişdi. Rauf atasına
–Ata ayıbdır. Onlar çıxıb getdilər. İş otağında ikisi qaldı. Anna eşitdiklərindən şoka düşmüşdü. Yavaş—yavaş halı pisləşirdi. Otağa bir iki qadın girdi. Anna sakitcə dayanan Raufa yaxınlaşıb sağ əli ilə onun üzünə möhkəm bir sillə vurdu.
–Anam məni xəbərdər etmişdi. Siz doğrudanda kobudsunuz—deyib barmağındakı üzüyü çıxarıb stolun üstünə qoyub getdi.
Rauf onun arxasınca koridora cıxıb
–Anna. Anna deyə çağırdısa xeyri olmadı. Koridor adamla dolu idi. Bərkdən danışan Məmməd kişinin səsi bütün koridor boyu yayılmışdı. Hətta ayaqüstə gəzə bilən xəstələr palatadan çıxıb tamaşa edirdi. Rauf biabır olmuşdu. Daha burda qala bilməzdi. Paltarını geyinib aşağı düşdü. O qədər fikirli idi ki, öz maşını da yadına düşmədi. Qapının yanındakı taksilərin birinə oturub
– Sür- dedi. Sürücü təcrübəli idi. O da maşını işə salıb şəhərdə xeyli hərləndi. Bilirdi müştərisi fikirlidi. Yarım saat keçmişdi.
–Hə qardaş indi deyə bilərsiniz hara gedirsiniz. Şoferin səsinə fikirdən ayılıb yadına düşdü ki, maşındadır. Hara gedəcəyini özü də bilmirdi.
—Dəniz kənarına sür. Bir az tək qalmaq istəyirəm. Sürücü onu gətirib Şıx cimərliyinin yanında düşürdü. Rauf onun pulunu verdi.
–Qardaş nə olub. Bəlkə bir kömək lazımdır. Mən hazır.
–Yox ,Yox lazım deyil.Narahat olmayın bir balaca əsəbləşmişəm.
Rauf dəniz kənarında bir saat boş –boşuna o tərəf bu tərəfə gəzəndən sonra bir az sakitləşdi. Yavaş –yavaş gəlib böyük mağistral yolun kənarında olan kafelərin birində su içmək istədi. İçəri daxil olanda buranın əla düzəldilmiş bar olduğunu gördü. Amma fikrini dəyişib barın qarşısındakı hündür oturacaqda oturub bir stəkan kokteyli konyak içdi. İçki ona yaxşı təsir etdiyindən əlavə birini içib oradan birbaşa öz evinə gəldi. Həyətdə maşınını görməyəndə, sonra yuxarı qalxıb əlini cibinə salıb açarları tapmayanda, indi yadına düşdü işə maşınla gedib, açarları da atasına verib. Qapını döyüb içəri girəndə ana bacısının hərəyə bir yastıq qoyub elə quruca xalçanın üstünə uzandıqlarını, atasının isə onun çarpayısında yatdığını gördü. Onlar onu görən kimi tez ayağa qalxıb qucaqlayıb öpdülər. Keçib böyük otaqda oturdular. Bacısı gedib rayondan gətirdikləri bağlamanı açıb bir iki şirniyyat tapıb gətirdi. Anası:
–Rauf sən allah atana acığın tutmasın. O da, məndə, elə hamımız istəyirik sənin gələcəyin yaxşı olsun. Bax bayaqdan gəlmişi. Biz bu evdə bir stəkan çay tapmamışıq içək və yaxud soyuducuda bir tikə yemək yoxdur, yeyəsən. Çörək qabında çörək, çaynikdə çay kiflənib. Qab – qaşıq, soyunduğun paltarlar aylarla yuyulmur.
-Neyniyim ee. İndiyə kimi qız tapmırdım. İndi tapdığımı da sağ olun yaman bəyəndiniz.
-Ay bala o da valideyndi. İstəyir sən yaxşı olasan. Sənə yaxşı yerdən qız bəyənmişik. Əsilli, nəsilli ailədirlər.
–Artıq gecdir ana. Bir neçə aydan sonra bizim qızımız dünyaya gələcək. Bayaqdan səsə oyanan və gəlib qapının yanında durub onların söhbətinə qulaq asan Məmməd kişi içəri girib. Onu görən kimi üçü də ayağa qalxdı.
-Nə dedin. Qızın olacaq. Ay maşallah. Afərin oğlum. Sonra əllərini göyə qaldırıb
–Hardasan ay Allah. Niyə məni öldürmüsən. Mənim kiçik oğlum yüz illərlə davam edən nəslimizə yenilik gətirib. Toysuz, filansız, şəriyyətin, hökümətin qanuni kağızı olmadan dünyaya uşaq gətirirlər. Yaxşı sənə bir məsləhət verim. Bir qələtdir eləmisən. Hələlik onu özünə məşüqə elə. 5-10 min pul verərsən. Bir az vaxt keçsin sonra çıxıb gələrsən səni rayonda özüm evləndirəcəm.
Rauf atasından bu sözləri eşidəndə dəli oldu. Ayaqlarını yerə vurub.
Ata! Daha bəsdir. Sən bu gün iki dəfə mənim sevgilimi təhqir etmisən. Biri xəstəxanada Annanı ….. adlandırdın. İkincisi burda onu məşüqə deyə təhqir etdin. Sənin beş –on hektar torpağın var deyin elə bilirsən varlısan. Ay yazıq. Annanın sürdüyü ağ BMV-nin qiyməti 100 mindən çoxdur. Evləri dəniz kənarındakı binaların birindədir. 2-3 milyon manatdır. Hələ Mərdəkandakı bağ evlərini demirəm. Anası Elvira İvanovna SSRİ xalq artistidir. Dövlət mukafatları alıb. Bəs siz kimsiniz. Çıxın gedin burdan. Daha Sizin mən adda oğlunuz yoxdur. Siz mənim arzularımı ürəyimdə qoydunuz. Məni məhv etdiniz. Bir iki günə işlərimi qurtarıb evin açarını da 20 yanvar dairəsindən taksi ilə yollayacağam. Əlvida .
Məmməd kişi oğlunun sözündən alındı, amma özünü o yerə qoymadı.
–Deməli bizi qovursan. Yaxşı eliyirsən bala. Amma mən də elə belə kişi deyiləm aaa. Bundan sonra mənim də sən adda oğlum yoxdur.
–Dedim ki ,çıxın gedin burdan. 10 dəqiqədən sonra o evdə tək oturmuşdu. Başı bərk ağrıyırdı. Dərman atmaq istədi. Evdə yox yox idi. Soyuducuya baxdı. Burda yarımçıq viski vardı. Götürüb elə birbaşa şüşədən nə varsa hamısını içdi.
Onu yuxudan telofon zəngi oyatdı. Şöbə müdiri idi.
-Alo Rauf mənəm Şahlar həkim. İşə niyə gəlməmisən. Burda səni gözləyənlər, xəstələrin var. Rauf səhv etmişdi. İşə getməyəcəyi qərarını dünən dənizin sahilində tək olduğu vaxt qət etmişdi. Amma gərək iş yerinə xəbər edəydi. İndi yalandan özünü xəstə kimi göstərərək
–Doktor bir balaca nasazlamışam. Günortadan sonra yanınızda olacam.
Rauf bundan sonra nə edəcəyini artıq müəyyənləşdirmişdi. İşdən çıxıb Moskvaya gedəcəkdi. Tələbə yoldaşlarından biri orada işləyirdi. Yaxşı münasibətləri vardı. İşdən çıxması, xarici pasport almağı, maşınını satmağı azı on gün çəkəcəkdi.
Günortadan sonra onu birinci xəstəxananın qapıçısı Sadıq kişi qarşıladı.
–Ay bala hardasan bu maşına görə bütün gecəni yatmamışam. Rauf cibindən pul çıxarıb kişiyə yaxşıca hörmət elədi.
–Yadımdan çıxıb Sadıq kişi elə bilmişəm maşını evdə qoyub gəlmişəm. Sonra Şahlar həkimlə görüşüb işdən çıxmaq haqqında qəti qərarını və dünən ata-anasının gəlib iş yerində onu, Annanı təhqir etmələrini söylədi. Şahlar həkimim onların romanından xəbəri vardı.
–Rauf biz səni tanıyırıq. Sən yaxşı həkim olmaqla gözəl insansan. Qərarın da düzgündür. Mən də olsam belə edərdim. Dünənki hadisədən sonra burda qalıb işləməyin yaxşı olmaz. Yəqin xəbərin yoxdur. Anna sənin yanından çıxandan öz şöbələrində üçüncü mərtəbədə halı pisləşir. Huşunu itirib yıxılır. Haraya gələn Elvira İvanovna məşhur klinikaların birinə aparır. Deyirlə indi bir az yaxşıdır. İndi belə edərsən. Baş həkimin adına işdən çıxmağın haqqında ərizə yazarsan. Xəstələrin sağalana qədər işə elə belə gəlib gedərsən. Yeni xəstələr qəbul etməzsən.
Rauf Annanın iş yerinə çıxıb onun necə xəstələnməsini və haraya aparıldığını öyrəndi. Annanın yatdığı xəstəxanada onun kimliyini soruşdular. Rauf olduğunu bilən kimi
–Sizə Anna Andreyevna ilə görüşməyə icazə verilmir. Bu Elvira İvanovnanın xahişi ilə baş həkimin tapşırığıdır.
Raufun işlərinin qurtarmağı on gündən çox oldu. Ona qədər Rauf tələbə yoldaşı və dostu Rəşad həkimlə danışdı. Rəşad həkim onun təklifini sevinclə qarşıladı. Amma məsləhət gördü iş yerində özü haqqında xasiyyətnamə gətirsin .Ona köməyi dəyər.
Raufun əlində xeyli pulu vardı. Maşınını da yaxşı qiymətə satmışdı. Heç bir il işləməsə də yaşayışına bu pul bəs edərdi. Pullardan ilkin ehtiyacı üçün bir az götürüb qalanını Moskva banklarının birinin hesabına köçürüb bank kartı aldı. Bircə məsələ onu narahat edirdi. Anna ilə görüşə bilməməsi.
Getməmişdən əvvəl evdə oturub Annaya məktub yazdı. Məktub çox uzun idi. Rauf Anna ilə tanışlığını yada salır, onu möhkəm sevdiyini və bu sevgini heç vaxt unutmayacağını yazdı. Məktub belə qurtarırdı
–Əzizim Anna. Mən bu şəhərdən baş götürüb gedirəm. Ancaq səndən bircə xahişim var. Bu elə vəsiyyətnamədir. Qızımızın adını Sabina, soy adını isə Quluzadə yazdırarsan. Əlvida. Səni dünyalar qədər sevən Quluzadə Rauf. Sonra tarix qoydu:
02 oktyabr 1998-ci il.
Sabah saat üçdə Moskvaya uçacaqdı. Ertəsi gün o səfərə tam hazır idi. Səhər tezdən evdən əşyalarını götürüb birdəfəlik çıxdı. Taksi çağırdı. Onun iki işi vardı. Biri 20 yanvar dairəsinə gedib rayonlarına gedən taksilərdən birini tapıb evin açarını göndərəcəkdi. İkincisi isə Annanın iş yerinə gedib Annaya yazdığı məktubu etibar etdiyi qıza verəcəkdi, Anna işə qayıdanda ona versin. Taksi gəlib çıxdı.Sürücü Raufun xoşuna gəldi. Açarı ,məktubu verəndən sonra Rauf
-Qardaş bu gün Moskvaya uşuram. Səndən bir xahişim var .Təyyarə saat üçdə uçaçaq. Saat ikidə aeroportda olmalıyıq. Hələ vaxtımız var. Kim bilir mənim yolum birdə bura düşəcək ya yox.Həyatımın 10 ildən çox hissəsi burda keçib. Deyirəm bir vida gəzintisi edək. Şəhərin ən gözəl yerlərini birlikdə fırlanaq. Elə edərsən nahar da edərik. Əvvəlcə tanış olaq.
–Rauf
–İlkin. İlkin gəzintiyə Bibiheybət məscidindən başladı. Yol boyu görduyü köhnə və təzə binalar memarlıq cəhətdən möhtəşəm idi. Bibiheybət məscidi, Bayraq meydanı, Kristina konsert arenası, İdman kompleksi, Könnə İnturist, Funikulyor, Neft şirkəti, H.Əliyev fondu, Qız qalası, Hacınskinin binası, Yen İnturist, Hökümət evi, Abşeron mehmanxanasI, Koroğlu körpüsü, D\yol körpüsü, H.Əlyev Mərkəzi,Qaqarin körpüsü, Yeni Neft şirkətİ, Kopoğlu dairəsi, Olimpiya kompleksi hamısı gözəlidi.
Vaxta az qalırdı. Kafelərin birində nahar etdilər. Elə burada İlkinin bütün etirazlarına baxmayaraq pulunu artıqlaması ilə ödədi. Təyyarə saat üçdə havaya qalxdı və bu uçuşdan nə az, nə çox düz 20 il keçdi.
Mən Tağıyev Qismət Nəsib oğlu (Seyid Qismət Nəsiboğlu) 20 oktyabr 1949-cu ildə Füzuli rayonun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşam.1967-ci il kənddə yerləşən orta məktəbi əla qiymətlərlə bitirərək elə həmin il Azərbaycan Politexnik İnstitunun İnşaat fakültəsinə qəbul olunmuşam.5 il əyani təhsil alaraq 1972-ci ildə institutu bitirib, ali təhsilli inşaat mühəndisi kimi Beyləqan şəhərində olan tikinti idarəsində işə başladım. Uzun illər tikinti idarələrində müxtəlif vəzifələrdə işləyəndən sonra 2016-cı ildə təqaüdə çıxmışam.Hələ uşaq yaşlarımdan kitab oxumağı çox sevirdim. Oxuduğum kitablar həyatımda çox böyük dəyişiklər edərək bir insan kimi formalaşmağıma kömək etmişdir. Topladığım böyük söz ehtiyyatı , müşahidə qabilliyətim imkan yaratdı, mən də bədii əsərlər yaza bilim. Yazdıqlarımdan bir üç kitabda nəşr etdirərək oxuculara paylamışam. Kitabların adı belədir.
1.Bizim zəmanənin nağılları- 4 povest
2.Aldanmış qadın 4 povest.
3.Azərbacan faciəsi 3 povest.
Hazırda Beyləqan şəhəri, Sərdar İmrəliyev 154 saylı ünvanda yaşayıram, ailəliyəm, üç övladım , altı nəvəm var.