Tag: NƏCİBƏ İLKİN

NƏCİBƏ İLKİNİN KİTAB TƏQDİMATI OLACAQ

No Comments

Nəcibə İLKİN – “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru,  şairə.

Yazarlar.az xəbər verir ki, iyulun 22-si, saat 14:00-da  “AZƏRKİTAB” kitab  təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru,  şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.

Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin  60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.

NƏCİBƏ İLKİNİN KİTABLARI

Qeyd edək ki, hər iki kitabın redaktoru tanınmış yazıçı Elçin Hüseynbəylidir.

Nəcibə xanıma yeni yaradıcılıq uğurları və necə gözəl doğum günləri qeyd etməsini arzulayırıq.

NƏCİBƏ İLKİNİN DİGƏR YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR – 55

No Comments
ƏSƏD CAHANGİR – 55

ƏSƏD
(Dəyərli tənqidçimiz Əsəd Cahangirin 55 iliyinə)

Dərsindən aldığın qoşa beşləri
Ömrünün tağına düzmüsən Əsəd.
Fələyi “aldadıb” müəllim əvəzi,
Özünə “qoşa beş” yazmısan Əsəd.
* * *
Hər beşin gül ətri, gül çəməni var,
Göz ol, bu ömürün fələk dilindən.
Zaman da bir ogey anaya dönüb,
Xatirə dəftəri düşmür əlindən.
* * *
Bu “qoşa beş”lərin qoşa çinardı
Yığıb kölgəsinə sözü, kəlamı.
Nəğməyə dönübdü könül bulağın,
Durub səcdəsinə dincəlir hamı.
* * *
Bu kağız ömürün, bu yaz ömürün,
Günəş nəfəsindən doymaq çətindi.
Sən sözün tanrısı, sözün mələyi,
Səni Tanrı qədər duymaq çətindi.
* * *
Sözün bağrın yarıb qoydun mizana,
Mizanın gözünü əymisən bu gün.
Bəzəyib dünyanı söz atəşinə
Sözün libasını geymisən bu gün.
* * *
Əlli beş aldığın ömür payından,
Hər kəsin yoluna bir işıq saldın.
Tanrıya çox şükür, bu gəlişinlə
Ədəbi aləmə yaraşıq saldın.
Müəllif: Nəcibə İLKİN

ƏSƏD CAHANGİRƏ
(İnsan mənzərələri silsiləsindən)

Səni bir şəhər tanıdım,
küçəsi, xiyabanıyla…
Səni bir şəhər tanıdım,
çayı da axar yanıyla.
* * *
Çayqırağı söyüd, çinar,
küçəsində göyrüşləri,
Gecə başına yığışar,
abdalları, dərvişləri.
* * *
“Səs”di, “Söz”dü, “Rəng”di deyim
şəhərin xiyabanları…
Cin iynədən qorxan kimi
qorxutdun qulyabanları.
* * *
Heç kəslə işin olmadı,
özün özünlə çarpışdın,
Sən həmişə yükümüzün
ağır tayından yapışdın.
* * *
Köçün köç içindən keçər,
köçün köçlərə qarışmaz,
Özünü yorma! – bilirsən
qar ilə günəş barışmaz.
* * *
Qələmin döyüş atıdı,
kimi qorxdu, kimi ürkdü.
Kümbəzin quşqonmazında
cah-cəlalın mübarəkdi.
* * *
Göydən hansı qatdan gəlir,
yazıb hansı qatda qoydun?!
Dədəmiz Qorqud namıyla
yazarlara ad da qoydun.
* * *
Sənə “Dayanma!” söyləyən
o Allahın zalım olsun!
Qələmin üstünə düşən
kölgəliyi qalın olsun!
30.06.2021.
Müəllif: İlham QƏHRƏMAN

QAYTAR MƏNİ DƏNİZLƏRƏ
(Əsəd Cahangirə)

Ulu Tanrım, dünya məni
Gəlişimə kiritmədi.
Duzlu olur dəniz suyu,
Saxladığın çürütmədi.
Qaytar məni dənizlərə.
* * *
Göy suların arasında
Əzizləsin yosun məniə
Gözlərimin qarasında
Su pərisi yusun məni.
Qaytar məni dənizlərə.
* * *
Çay olmağı diləyirəm,
Sal qayalar yar-yara.
Mən qovuşmaq istəyirəm
Dəryalara, ümmnalara.
Qaytar məni dənizlərə.
* * *
Hər nə olum, hər kim olum,
Bezmişəm Yer deyiləndən.
Balığına qoy yem olum
Adamların əyiləndən.
Qaytar məni dəzinlərə.
* * *
Təmizliyin itiriməyir,
İstəyirəm təmiz olum.
Suyu çirkab götürməyir,
İstəyirəm dəniz olum.
Qaytar məni dənizlərə,
Qaytar məni dənizlərə.
Müəllif: Bəhram FƏRMANOV

İlham QƏHRƏMAN və Əsəd CAHANGİR

NƏCİBƏ İLKİN , İLHAM QƏHRƏMAN , BƏHRAM FƏRMANOV və
ƏSƏD CAHANGİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru