Author: Mahmud Ustaclu

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! – ZAUR USTAC

No Comments
Ad gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz

ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı

Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

AKİF ABBASOV – ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK MÖVZUSU

No Comments

ADİLƏ NƏZƏRİN YAZILARI

ADİLƏ NƏZƏR YARADICILIĞINDA VƏTƏN, VƏTƏNPƏRVƏRLİK

                                                 MÖVZUSU

Müqəddəs hiss – vətənpərvərlik! Doğma yurda, torpağa, bayrağa, ocağa  məhəbbət! Vətənin taleyi üçün narahatçılıq hissi keçirmək! Vətənin maddi və mənəvi sərvətlərinə, zəhmətkeş və fədakar insanlarına, elm, mədəniyyət, incəsənət xadimlərinə, vətənin dünya şöhrətli tarixi şəxsiyyətlərinə görə iftixar və qürur hissi yaşamaq!

Budur vətənpərvərlik!

Vətənpərvərlik, Vətənə bağlılıq, Vətən eşqi insanın damarlarına çökür, qanına qarışır. Biz, hər birimiz doğma adamlarımıza bəslədiyimiz duyğuları  eyni zamanda Vətənə münasibətdə ifadə edirik.

                   Vətən mənə oğul desə, nə dərdim,

                   Mamır olub qayasında bitərdim. (Məmməd Araz)

Şairə Adilə Nəzər isə deyir:

                    Günəş olmaq istəyirəm, Vətən!

                    Hər səhər üzünə işıq gətirim deyə.

                   Qarış-qarış torpağına

                   İsti nəfəs ötürüm deyə .

                   Gözlərin olmaq istəyirəm, Vətən!

Adilə Nəzər niyə Vətənin gözləri olmaq istəyir? Bu suala “Vətən” şeirində özü  cavab verir: dünyanın gərdişini, əyrini, düzü,  yaxşını, pisi görmək üçün:

                   Öz şərəfsizliklərini,

                   Görməmək üçün gözlərini bağlayanları,

                   Gözlərimdən itirim deyə!

Adilə Nəzər öz şeirlərində bir çox sosial problemləri, adət-ənənləri, inancı, sevgi, məhəbbət mövzularını şair səriştəsi ilə qələmə alıb. Fəqət vətənpərvərlik, Vətən onun ən çox müraciət etdiyi mövzulardandır. Mən deyərdim ki, bu xanım, bu vətənpərvər şair Vətənə qırılmaz tellərlə çox bağlıdır. 

Bu yazımda mən onun digər gözəl şeirləri üzərində deyil, yalnız Vətən soraqlı, vətən sevgili şeirləri üzərində dayanmaq istəyirəm.

Adilə Nəzər filologiya üzrə fəlsəfə doktorudur. Bir neçə elmi kitabı işıq üzü görüb, bu istedadlı xanım eyni zamanda bir sıra şeir kitablarının nəşrinə də nail olub və həmin əsərlərdə vətənpərvərlik, Vətənə məhəbbət, ölkəmizin gözəllikləri, xeyirxahlıq, səmimiyyət,  şəxsiyyətlərarası qarşılıqlı gözəl münasibətlər, dostlar, sevgənlər arasındakı məhəbbət sevə-sevə vəsf olunub. Mənfi hallar, naqis tərbiyə üsulu tənqid olunub, düşmənə nifrət hissi alovlanıb.

Biz Adilə Nəzərin Vətən, vətənpərvərlik, yurda bağlılıq, Vətənin müdafiəsi ilə bağlı şeirlərini iki yerə ayırardıq. 2020-ci ilin 27 sentyabrına qədər olan dövr  (torpaqlarımızın işqal altında olduğu illəri əhatə edən, qəm-qüssəli dövr, nisgilli bir yaşantı); 2020-ci il sentyabrın 27-dən, xüsusən noyabrın 8-dən, 10-dan sonrakı bir dövr (zəfər, qələbə, sevincli günlər).                

Adilə Nəzər bir zamanlar ərazisinin beşdə bir hissəsi işğal altında olan Vətənin ağrı-acısını yaşayır, lakin özünü ələ alaraq ona ürək-dirək verirdi:

                   Gün gələcək səbrim qalxıb coşacaq,

                   Nifrətin sel olub aşıb-daşacaq.

                   Bağlı olan bütün sədlər aşacaq,

                   Mübarizə qürur verər millətə!

Adilə xanım sözlərində haqlı idi. “Mübarizə qürur verdi millətə.” Vətən deyilən Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Füzulu, Qubadlı, Zəngilan silkələnib ayağa qalxdı.  Qarabağ  Azərbaycan idi, Azərbaycan oldu.

30 ilə yaxın idi ki, torpaqlarımız erməni-faşist işğalçılarının əsarəti altında idi. Bu, hər bir azərbaycanlı kimi Adilə xanımın da dincliyini, rahatlığını əlindən almışdı. Yana-yana deyirdi:

                  Bilərək Vətənin can olduğunu,

                   Heyif ki, asanca itirdik onu.

                   Bu zülmün-zillətin yoxmu bir sonu?

                   Sən özün bir əlac eylə, Allahım!

Adilə xanım bu sətirləri 2012-ci ildə yazmışdı. Allah onun haqq səsini eşitdi, səsinə səs verdi.

44 günlük Vətən müharibəsi ötən il uğurla başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı və müzəffər ordumuzun fədakarlığı, cəsurluğu və igidliyi ilə düşmən – erməni ordusu darmadağın edildi. İşğal altında olan torpaqlarımız – şəhər, rayon və kəndlərimiz azad olundu.

Bütün vətənpərvərlərimiz, soydaşlarımız  kimi  Adilə xanımın da sevincinin həddi-hüdudu olmadı.

         Şair torpağın qədrini bilməyi, hər zaman ayıq-sayıq olmağı, yurdu-yuvanı qorumağı vacib sayırdı. Şairin şeirlərində dediyi bu idi ki, vara-dövlətə uyub arxayınlaşmayın, Vətənin qədrini bilin. Torpaq, ərazi əldən gedəndə xoşbəxtlik də yoxa çıxır, var-dövlət də:

                   Sevinməyin boş yerə,

                   Malınıza, pulunuza,

                   Hələ kim olacağını

                   Bilmədiyiniz övladınıza.

                   Heç kimin olmayacaq bu dünya,

                   Siz uymayın tamaha.

Bunları diqqət mərkəzinə gətirən şair axırda aşağıdakı qənaətə gəlir:

                   Qürurunuz, bayrağınız,

                   əbədi yatdığınız

                   torpağınız olacaq.

                   Qoruyun bu torpağı,

                   Qoruyun Qarabağı.

           Yaman günün ömrü az olar deyərlər. Bu yaman günün ömrü amma uzun çəkdi – 28 il. Fəqət “Ədalət zəfər çaldı!”  Azərbaycan diplomatiyası, Azərbaycan ordusu qələbə qazandı. Azğınlığı, vəhşiliyi, qəddarlığı, xəyanətkarlığı, satqınlığı, yaltaqlığı, namərdliyi ilə Yer üzündə misli-bərabəri olmayan düşməni – erməni faşist işğalçılarını diz üstə çökdürdük.

Qüssə-kədəri bir yana atıb sevinc donuna bürünən Adilə Nəzər qələmə sarılıb  “Bu zəfər bizimdir” şeirində yazdı:

Bilir yalçın qaya, bilir Babadağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Gözün aydın olsun, anam Qarabağ,

Bu zəfər bizimdir, bu zəfər bizim.

Qarabağsız necə gülüm?- deyirdi,

Uşaq, böyük “bitsin zülüm” deyirdi.

“Ya Qarabağ, ya da ölüm” deyirdi..

Bu zəfər bizimdir, bu zəfər bizim.

Vətən bütövləşdi. İnsanlarımızın gözləri güldü,  sevinc, xoşbəxtlik tapdılar. Şanlı ordumuza alqış dedilər. Adilə Nəzər kimi:

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

Başın uca olsun, ay gözüm, canım,

Sayəndə güləcək Azərbaycanım,

Vüsala yetişdi könül sevdası,

                              Gəldi Qarabağın o xoş sədası.

                                                           (“Azərbaycan əsgərinə” şeirindən)

    2020-ci il dekabrın 10-da Azadlıq Meydanında Zəfər bayramı qeyd olundu. Minlərlə insan meydana axışdı. Ordumuzun paradı keçirildi.

Bu il Zəbər Bayramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edib qələbə münasibətilə xalqımızı təbrik etdilər.

             Adilə Nəzər də bu böyük günün şəninə“Zəfər günü Bakı Bulvarı” şeirini yazdı:

Bu gün Bakı bulvarı Zəfər rəngində idi.

Köklənmişdi hər yerdə “Cəngi”yə sazın simi,

Axırdı insan seli coşqun dağ çayı kimi.

Kimi təlaşlı idi, əlində şanlı bayraq,

Kimi xəyallarında ovuclayırdı torpaq…

         Adilə Nəzərin Vətən mövzulu şeirləri saysız-hesabsızdır. Onların hamısını diqqət mərkəzinə gətirmək imkanımız xaricindədir. Onun “Vətən, sənin köksündə gül tək bitəm” şerinə müraciətlə bu istedadlı şairə uğurlar diləyirəm:

                            Keşiyində bir ömür ayıq və sayıq olam,

Qoruyam öz yurdumu, canıma tən saxlayam.

Gərək gözümün üstə, şanına layiq olan,

Azərbaycan adında ana Vətən saxlayam.

Adilə Nəzər şeirinə, şeiriyyətinə hörmətlə, Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

ADİLƏ NƏZƏRİN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

XALQININ TALEYİNƏ GÜNƏŞTƏK DOĞULMUSAN! – CAVANŞİR ATƏŞİ

No Comments

Cavanşır ATƏŞİ – şair, yazar.

Xalqının taleyinə günəştək doğulmusan!

Fəth etdiyin zirvədən uca zirvə yox daha,
İndi həmin zirvədən xalqın baxır sabaha!
Xalqın bütöv bir ordu, Sən Alı Baş Komandan!
Tarixdə ən möhtəşəm Zəfəri Sən çalmısan!
* * *
Sən ey Ölkə Rəhbəri, Sən ey Dövlət Başçımız,
Başımızda əbədi qalibiyyət tacımız!
Sən ey Odlar Yurduma Yeni Bir Tarix Yazan,
Sən ey əbədiyaşar, cahanşümul Qəhrəman!
* * *
Heydər dühası olub əsrə yol xəritəmiz,
Qəlbimizdə yaşayan ən əziz xatirəmiz!
Xalqının taleyinə günəştək doğulmusan,
Əzminlə sübut etdin, Ulu Öndər oğlusan!
* * *
…Şöhrətin sığan deyil bir şeirin çərçivəsinə,
Milyonlar qoşulacaq Atəşinin səsinə!
Sən bütün varlığınla Vətəninə bağlısan!
Güclüsən, çünki daim ədalətlə, haqqlasan!

Müəllif:Cavanşir ATƏŞİ (Qocayev)

CAVANŞİR ATƏŞİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Sona Abbasəliqızı “Sözün xaqanı” kitabını təqdim edib

No Comments

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

Bu gün Sona Abbasəliqızı (İsmayılova) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Sözün xaqanı” adlı yeni kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbir həm də Sona xanımın 60 illik yubileyinin qeyd olunduğu ad gününə təsadüf etdiyindən tədbir iştirakçılarının olduqca səmimi çıxışları və yubiliyar müəllifə xoş arzuları ilə yadda qalıb. Sona xanımın Xaqani Şirvaninin həyatından bəhs edən bu kitabı ətrafında baş tutan diskusiyaları ümumilikdə Nizami ilinin yekunu kimi də qiymətləndirmək olar. Bu xüsusda Sayman Aruzun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə qonaqlardan Lütviyyə Əsgərzadə, Südabə Sərvi, Sevda İbrahimova, Elşad Barat, Vahid Çəmənli, Əli Vəliyev və başqaları iştirak ediblər. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac klassik irsimizin təbliğində uzun illər səmərəli fəaliyyətlərinə görə cənab Sayman Aruza və xanım Sona Abbasəliqızına “Nizami Gəncəvi” diplomu təqdim etmişdir. Sonda Sona xanım qonaqlara öz təşəkkürünü bildirmişdir. Tədbirdən fotolar:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Categories: ZAUR USTAC

Pərviz Yəhyalı – Dekabr qarpızı

No Comments

    Dekabr qarpızı

                               (Hekayə)

Görünür, yaxşı sürücü olmadığımdandır ki, heç nə hiss etməmişəm.Yanımdan ötən maşın qəza işıqlarını yandırıb-söndürdü və daha sonra sürücü sükan arxasından əli ilə nə isə işarə etdi. Maşını yolun kənarına verib saxladım. Arxa sağ təkərin havasız olduğunu gördüm.Təbii ki, ilk olaraq ehtiyat təkəri çexolundan çıxarıb, təkər açmaq üçün açarı və domkratı yük yerindən götürdüm. Təəssüf ki, ehtiyat şində də hava yox idi. Nasos isə ümumiyyətlə maşınımda olmadığı yadıma indi düşdü.

Məndən təxminən otuz-qırx metr irəlidə ağ rəngli jiquli maşını dayanmışdır. Adətən belə sovet maşınlarında nasos olur deyə yaxınlaşmağa qərar verdim. Üz-gözündən nüranıliyi ilk andaca sezilən yaşlı kişi yolun kənarında qarpız satırdı. Onun piştaxtasının üstündə on-on iki qarpız vardı.

-Salam ağsaqqal,bazar olsun!- dedim.

-Çox sağ ol oğul -deyə cavab verdi və əlavə etdi:- Texnika şıltaqlıq edir?

-Hə ağsaqqal. Nasosunuz olmaz?

-Yox oğul! Qabaqda Sığırlı kəndinə yaxın təkər təmiri yeri var.

-Axı necə…

– Problem deyil, mən aparıb hava vurduraram, altı-yeddi klometr ola-ya olmaya

-Dayı can, xəcalət verirsiz ,amma başqa secimim də yoxdur- dedim.

Ehtiyat təkərimi baqajında qarpız olduğundan maşının salonuna yerləşdirdim.

-Narahat olma, bu saat hava vurdurub qayıdacam.Əgər kimsə saxlayıb qarpız istəsə kilosu iki manatdır. Hamısı standart on kiloluqdur. İyirmi manat!

-Arxayın olun, dayı – dedim.

Heç ağsaqqalın maşını uzaqlaşmamış bir AMC markal mersedes saxladı. Salamsız-kəlamsız qarpız neçəyədir soruşan gənc oğlana bir anlıq tərəddüdən sonra iki manat cavabını verdim.

-Yəni biri iki manata?

-Xeyir kloqramı,biri iyirimi manata

-Bu dekabr soyuğunda qarpızı kimdi alan. Birinə beş manat verim?

-Sahibi mən deyiləm. Mənə tapşırıb ki,birini iyirmi manata verərsən.

Gənc oğlan, heçnə demədən, sükan arxasına əyləşib sürüb getdi.

Bir az keçmişdi, solğun yaşıl rəngli vaz “011” markalı köhnə maşın saxladı. Maşının vəziyyətindən hiss olunurdu ki,o yalnız ayağı yerdən üzməyə yarayır.Sürücü 30-35 yaşlı, qarayanız gənc idi. Maşının arxa qapısı da eyni vaxtda açıldı. Solğun bənizli gənc xanım düşəndə zənn etdim ki, onlar ər-arvaddır. Qarpız seçmək üçün ikisi də piştaxtaya yaxınlaşacaq. Amma zənnimdə yanılmışdım. Xanım maşının arxasına keçdi. Mənə elə gəldi ki,onun sifəti avazımış, üzündə ləkəyə bənzər qızartı vardı. Diqqət yetirməyin etik normalardan kənar olduğunu anlasam da, ancaq onun ögüməyini hiss etməmək mümkün deyildi.

-Salam qardaş! Bazar olsun! Qarpız neçəyədir?

Tutuquşu kimi ikinci “müştərimə” də cavab verdim.

-Bu soyuqda qarpızı heç kim kefindən almaz- deyə o, maşınına tərəf döndü.

Qeyri-ixtiyari əlini dəsmalla ağzına tutan xanıma baxdım. O, maşından iki-üç metrlik məsafədə idi. Çevrilib əyləşmək istəyəndə ilk olaraq sol ayağını atdı. Anidən,haradan yadıma düşdüyünü anlamadım ki,axı qadınlar əsasən yeriyəndə sağ ayağı birinci atır. Bəlkə də bu xanım boyludur fikirləşdim.

-Qardaş bəs siz neçəyə istəyirsiz?

Gənc:

-Beş manatım var,verərsiz?

-Əlbəttə! Buyurun götürün!

Ağsaqqal naşı olduğumu görüb, təkərin dəyişdirilməsini də özü etdi. Xüdafizləşmək məqamı çatanda, cibimdən iyirmi manat çıxarıb:

-Siz gələnəcən bir qarpızınızı satmışam -dedim.

-Nə yaxşı, ay oğul. Elə olur ki, heç mən üç gündə bir qarpız sata bilmirəm.

Sonra isə onun “qonaq olun” deməsinə baxmayaraq, bir qarpız da özüm üçün aldım.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Leyla Yaşar – Gecikən ümid

No Comments

Leyla YAŞAR

GECİKƏN ÜMİD
Külək şəhəri silib süpürürdü. Süpürdüyü tozla yerlə göy arasındakı əlaqəni kəsmişdi. Göz – gözü görmürdü. Eşidilən ugultu qulaq batırırdı. Agaclar küləyin gücündən yıxılmamamaq üçün baş – başa verib inildəyirdilər. Yerə dəyən əşyaların nə oldunu belə aydınlaşdırmaq mümkün deyildi. Gündüzün saatı gecəni xatırladırdı. Göy qaşqabagını sallayıb, susqun qəzəbli baxışlarıyla küləyi izləyirdi. Yerində dinc dayana bilməyən külək buludlarla gizlənqaç oynayırdı.
Küləyin səsi şəhərin sakitliyini pozmuşdu. Ugulduyan külək qəzəbini yer üzündən çıxırdı.
Agaclara verdiyi əmrlə evlərin pəncərələrini döyür, bəzilərini sındırmaga nail olurdu.
Şəhər dünən başlayan, tügyan edən külək üzündən insan nəfəsinə həsrət idi. Hər kəs qapısını bərk – bərk baglayıb, hökümranlıq edən küləyin kəsəcəyi saatı gözləyirdi.
Tində axsaya – axsaya gələn qaraltl göründü. İnsan ya heyvan oldugu bilinmirdi. Sanki küləklə təkbaşına döyüşə çıxan bu canlı küləyə meydan oxuyurdu.
Qalibiyyətini sübut etmək üçün küləyin gücünə qarşı çıxır, yıxılır – durur, yenidən yoluna davam edirdi.
Küləyin artıq taqəti kəsilmək üzərə idi. Son nəfəsini alırdı. Artıq hakimiyyəti qovdugu buludlar ələ almışdı. Şəhərin küləyin ərköyünlüyündən, hikkəsindən yaratdıgı halı onları məyus etmişdi. Çox keçmədiki bu vəziyyət onları aglatmaga başladı.
Budur küləyə qalib gələn qoca, yagışla mübarizəyə başladı. Birtəhər daldanacaq tapıb gizləndi. Başını yuxarı qaldırıb dodagının altında deyindi bir az. Sonra sakitlışib sınıq bir stul tapıb oturdu.
Xəyalların aguşununa atdı özün. İllər öncə doguldugu, tərk etdiyi şəhər. Daha dogrusu tərk etməyə məcbur oldugu şəhər…
Əlləri əsə – əsə paltarının cibindən əzilmiş, bir az da islanmış siqaret tapdı. Yandırıb tüstüsünə büründü.
Taleyin yükü qəddini əymiş, amma sındıra bilməmişdi. Qəm yükünü illərlə özüylə dostcasına daşıyan bu qoca həyatda qalma səbəbini anlaya bilmirdi. Bədbəxt hadisələrin hədəf nöqtəsi olsa da taleyi onu xilas edə bilmişdi. Dəfələrlə uçurumun kənarından yıxılmaq anında hansısa bir əl onu götürüb kənara qoymuşdu.
Günlərlə küçələrdə ac -susuz qalan bu qoca ölümlə üz – üzə, göz – gözə gəlmiş, gülümsəyib keçmişdi.
Neçə gündür ki ac -susuzdu. Həmdəmi olan xəyal da onu tək qoyub artıq.
Sürünə – sürünə yagışın altına uzandı. Yagışın damcıları üzünə düşdükcə taleyinin üzünə gülümsünür, göy üzünü salamlayırdı.
Yagış bu misgin qocanı ayıltmaq üçün hərdən səngiyir, damlalarıyla ona həyat verməyə çalışırdı.
Qoca gözü göy üzündə ruhunu işıqlandlran günəşi axtardı. Son dəfə onu görmək istəməyən günəşi görmək istədi.
Artıq həyat nəbzinin son ritmini vurdugunu hiss edən qoca ətrafa baxdı. Uzaqda sönük bir parıltınının ona yaxınlaşdıgını gördü. Üzünü çevirib gülümsündü.

– Gecikmisən, dostum!
Qoca son sözünü deyib, gözlərini yumdu.
Gecikən ümid yavaş- yavaş kiçilib sonsuzluga qərq oldu …. 04.08.2021.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Məlahət Hümmətqızı “Ziyadar” Mükafatı ilə təltif olunub

No Comments

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ 15 dekabr 2021-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış həkim-yazar Məlahət Hümmətqızı “Ağ libaslı mələk” adlı yeni, sayca beşinci kitabını təqdim edib. Tədbiri giriş sözü ilə açan Rəşad Məcid moderatorluğu Arifə Arifqızına həvalə etdikdən sonra Əflatun Amaşov, Nəcibə İlkin, Xalidə Hicran, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Yusif Nəğməkar, Ayaz Arabaçı, Zaur Ustac, Narıngül Nadir, Rəfiqə Qasımqızı və digər qələm adamları müəllif haqqında xoş sözlər deyib, yeni-yeni nailiyyətlər arzulayıblar. Tədbirin gedişində Məlahət xanıma Mətbuat Şurası adından Əflatun Amaşov və Rəşad Məcid tərəfindən “Mətbuat Şurasının Diplomu”, Zaur Ustac tərəfindən isə “Yazarlar” jurnalı adından yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Olduqca maraqlı və yaddaqalan keçən tədbirin sonunda kitablar imzalanıb, xatirə şəkilləri çəkilib. Tədbirdən fotolar:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

ELŞAD BARAT “ÖLÜMSÜZLƏR” KİTABINI TƏQDİM EDİB

No Comments

Bu gün AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda şairə “Ziyadar” Mükafatı təqdim olunub.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

İBRAHİM YUSİFOĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

No Comments

Tanınmış şair İbrahim Yusifoğlu “Mənə bircə gilə göz yaşı bəsdi” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Bu münasibətlə İbrahim müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik!

İBRAHİM YUSİFOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Fəridə Abdul – Sənsizlik

No Comments

Fəridə ABDUL – şair, yazar, filoloq

SƏNSİZ ŞƏKİLLƏR
Hər şey susanda, gözlər danışır
Qəlbimdə buraxdın izlər,danışır
Danışır xatirələr,danışır keçmiş
Kədərlə boynuma sarılır bəzən
Sənsiz çəkdirdiyim bütün şəkillər.
Deyrlər hanı o?niyə təkiy biz
Yanında niyə yox ,tutmur əlini,
Məgər ağladığın o zalım oğlu
Tək çəkir çəkdiyi şəkillərini?
Bütün şəkillərində əsmər görünür
Üzdən xoşbəxtdi,sənə oxşayır
Onun da saçları sən tək boyalı,
Onun da saçları dibdən toxunur.
Bəxti sən deyilsən,daha xoşbəxtdi
Sənin həsrətindən yandığın əclaf
İndi o əsmərin evinə baxtdı.


ATASIZ QIZ
Atasız qızların  dərdi çox olur
Onlaran biriyəm,yarımdı canım
Ata sən gedəndən qolum,qanadım
Taqətsiz dizlərim,yaradı canım.
Kövrəyəm nədənsə mən hər görəndə
Ataya sarılan,bir qız görəndə
Boşalır əllərim,qırılır qolum
Deyirəm olmazdı kaş əlim,qolum
Olardı sarılan tək atam mənim.
Olardı sevgisiz  daşdan ürəyi
Bilərdim yaşayır,o nəfəs alır
Kaş daş olan qəbri deyil də
Razıyam olardı daşdan ürəyi
5 yaşım olardi,çox uşaq idim
Dərdi ilmə ilmə qəlbə toxudum
Hər kəs sarılanda,ata deyəndə
Mən  gül gətirdim,dua oxudum.
İndi sevilmişəm,xoşbəxt olmuşam
Hər şeydən tam olsam,5 yaşdan bəri
Ata sevgisindən nakam qalmışam.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC