Author: Mahmud Ustaclu

Ülkər Nicatlının şeirləri

No Comments
Ülkər Nicatlı

BAYRAQ
Bir üzü Turandı,bir üzü Quran,
Qalalar endirən,sərhədlər quran,
Oğul qəbri üstə səssizcə duran,
Şəhid anasının gözüdür bayraq.
* * *
Şanlı zəfərinlə, Vətənim, tanın,
Şəhid ətirlidir damarda qanın,
Qələbə soraqlı Baş Komandanın,
Yurdda dalğalanan sözüdür bayraq.
* * *
Daglarda qalmayıb nə duman nə çən,
Şöhrətin boy verir zirvələrəcan.
Bu torpaq uğrunda canından keçən,
Şəhid oğulların özüdür bayraq!

YAĞIŞ
Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.
* * *
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm,səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.
* * *
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

YUXUSU ÜŞÜYƏN KÖRPƏ
Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili ustə, ilahi,
“Ata” sözün qoxusuna qar yağır.
* * *
Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin
Başqa dili anlamaz o,bilməz o,
Bu körpəni yurd dilində dindirin.
* * *
Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
* * *
Ta oxşamaz bu körpənin boyunu,
Döyüsdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.

SEVGİNİN PAYIZI
Canım gözüm ayrılıqlar içindən,
Keçib gedən o qız sənə tanışmı?
Bəxt dalınca göndərdiyi ümidi,
Qayıtsa da xəcalətdən danişmır.
* * *
Kirpikləri yarpaqlayır hər gecə,
Duaları daha payız qoxuyur.
Ayrılığın əlifbasın öyrənib,
Ovcumdakı ürəyini oxuyur.
* * *
Ləpirləri güzgüsüdü yolların,
Tellərini öpüb qaçır küləklər.
Bəyaz-bəyaz varaqlarda ağlayır
Arzu-arzu çiliklənən ürəklər.
* * *
Unudubdur doğmalığın dadını,
Bir yaxın gəl öp uzündən o qizın.
Bu şəhərin yaddaşına sevgi səp,
Könlünü al doluxsunan payızın.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

20 Yanvara aid şeirlər – Zülfiyyə Vəliyeva

No Comments

ZÜLFİYYƏ VƏLİYEVA – 20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ – QAYSAQ TUTMAYAN YARAMIZ…

20 YANVARA AİD ŞEİRLƏR

20-YANVAR UMUMXALQ  HÜZÜN  GÜNÜ

QAYSAQ TUTMAYAN YARAMIZ

  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq  32  il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  ümumxalq hüzn günü!  Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından  Qarabağımızın xilası,  Qələıbə müjdəsi ilə gedirik!

20 YANVARA AİD ŞEİRLƏR

Gözün aydın Azərbaycan Dünyası!

Qələbə müjdəsini verən oğullar!!!

Sizlərlə Qururludu Vətən Oğullar!!!

Tarixinə sahib çıxmaq zamanıdır!!!

Bunun üçün şəhid olub oğullar!!!

Mənfur düşmənin belini qıran,

Düşməni diz çökdürüb,qan uduran,

Qələbə çalalan  Oğullar!!!

Qanınızı  aldılar,  ŞƏHİDLƏR!!!

Qarşınızda baş əyirik!!!

Haqqınız boynumuzadadır!!!

Sizlərə rəhmət deyirik!!!

Sizləri unutmayağa haqqımız yox!!!

Dəmir Yumruquq tək birləşib!

Əldə Qılınç Ali məqsədə çatmaq!!!

Tarıxi torpaqlarımıza sahib olmaq!!!

Qətiyyətıli Ali Baş Komandanın!!!

Var gücü ilə hayqiran Körpələrin!!!

Vətən sevdalı müəllimlərin var!!!

Yetirmələri ilə qürür duyurlar!!!

Yeni Əsr, Yeni Era Türk Erası!

Sınanır Türk Dünyası!!!

YARANIR TURAN DÜNYASI!!!

GÖZÜN AYDIN TÜRK DÜNYASI!!!

Dünya nizamına atılan İmza!

Azərbaycan- Türkiyə İmzası!!!

UNUDULMAZ  “QARAYANVAR”

BAŞINSAĞOLSUNVƏTƏN!

Yer yiyəsiz olanda, millət başsız olanda,

Düşmən qansız olanda necə müsibətolar?

Beləqiyamətolar:

– İnsan oğlu şəhid olar, torpaq qanla suvarılar.

Millət oyansın  deyə, ayağaqalxsın deyə,

Şəhid olub oğullar!

İnsanların qəlbində daim sağdır şəhid olan oğullar.

Tarixüçün abidədir daşlaşan, heykəlləşən oğullar,

Vətənüçün qurban  gedən oğullar!

Yerdə qalmaz şəhid qanı.

Bu qan mütləq alınacaq, yatmışlarda oyanacaq!

Unutmayacaq: – yatmır şəhid anaları,

Odsuz-ocaqsız yanır, bacılar qara bağlayır,

Sızıldayır, ağlayır.!

Bəy otağı bağlı qalıb,  gəlininsə bax, əlləri xınalı!

Ataların əlləri göydə qalıb.

Qurban deyib bircə qola analar,

Bala deyə zar-zar ağlarlar.

Uşağın nə günahı var, qocanın nə günah?

Şəhid olan alimin nə günahı?

Yerdə qalmaz vallah ahı bu günahsız millətin!

Öz haqqını alacaqdır millətim!

Şəhidlərin qarşısında öz borcunu verəcək,

Yada şəhid olacaqdır millətim!

Yaşamağa layiq olan millətim!

Yaşayacaq, yaşadacaq millətim!

Yumruq tək birləşəcəkəzəcəkdir

Odüşmənin başını!

Şəhid olan torpağının o, yiyəsi olacaqdır!

Azad olan Qarabağda nakam ölən oğullarçün

Otoybüsat quracaqdır!

Şərq ilə  Qərbarasında Qapı olan,

Dünya üçün Böyük İpək yolu olan,

Sinəsində şəhidlərin qanı olan,

Məmləkətdir AzərbaycanmüstəqildirAzərbaycan!

Gələcəyi daha parlaqdaha uca Azərbaycan!

Dünya böyük mərkəzində Azərbaycan!

İgidlərin can verib, can!

Azərbaycan, Azərbaycan!

Qoca Şərqin  Qapısısan!

Başını  dik tut Vətən!

Başın sağ olsunVətən!

Qurbanı vardan vermisən,

Sonsuz deyilsən Vətən!

Bilki, haqla qorunmusan, yenə haqla qorunarsan.

Zaman-zaman sınanmısan,

Sınaqlardan sən üzü ağ çıxmısan!

Bu gündə sınaqdasan!

Bu sınaqdan  çıxacaqsan,  intiqamın alacaqsan!

Torpağının  sən yiyəsi olacaqsan!

Övladına arxadayaq,

Sən dünənsənhəmdə sabah.

Daha nurlu gələcək sənin sabahın!

Odlar yurdu diyarım mənimAzərbaycanım!

Nə yaxşı ki, günahsız olan xalqın

Ahı yerdə qalmadı.         

Dağıldı, tarimar oldu, SSRİ qalmadı!

Şəhidlərin arzuları gözlərində qalmadı!

Bir zaman endirilmiş bayraq yerdə qalmadı!

Müstəqil olsun Vətən, bu əsrin əvvəlində,

Müstəqi lolan Vətən,  buna imkan yarandı!

Şəhid oldu bunun üçün oğullar!

Qurban getdi oğullar!

Bakının mərkəzində onların xatirəsinə

Bir abidə yaradımış, “ŞəhidlərXiyabanı”adlanmış!

Qanlı cinayətlərə ŞahidlərXiyabanı!

Millətin yaddaş yeri, insan üçün and yeri!

Şəhidlərin gor yerimüqəddəs ruhlar yeri

Şəhidlər XiyabanıŞahidlərXiyabanı!

          VƏTƏN ŞƏHİDLƏR ÜÇÜN

Şəhidlərsırasındasinda İlhamla  Fərizə var.

İlqar ilə Larisa, Mehman da, Rauf da var.

Ölənlərin içində üç görkəmli alim var!

Meydanda olanda var, evində olanda var,

Lənkəranda,  Neftçalada olan var!

Gələn qoşun içində xüsusi qrupda var.!

İntiqamın alırdı!

Günahsız olanları, silahsız olanları,

Rastına çıxanları qırırdı, intiqamın alırdı!

Buna imkan yaradanlar varidi!

Düşməndən də alçaq olanlar varidi!

Bu millətdən bilin, deyillər onlar,

Ermənidi,  yada ondan dönmədi!

Bax,  görürsünüz heç birisi ölmədi!

Onlar yoxdu  Vətən wçün!

Şəhidlər var Vətən wçün!

Vətən var Şəhidlər üçün!

Gülərsən, güləbilsən, gözyaşın siləbilsən.

Başını dik tutarsan intiqamın alabilsən.

Bilin, günahkar olarıq,

Günahlara biz batarı qnəticəçıxarmasaq!

Olanları yaddaşlarda yaşatmasaq!

Torpaqları   qaytarmasaq!

Şəhidlər  üçün Qarabağın mərkəzində

Biz abid  əyaratmasaq!

Odsuz-ocaqsız yanar şəhidlərin yataqları.

Heç zaman bağışlamaz bizi şəhid ruhları.

Biz Yumruq tək düyünlənib,

Bir məqsəd üçün birləşək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!

Bir olmaq üçün gəlin, bu gün and içək.

Daha nurlu sabahlara

Alnıaçıq,  gəlin üzü ağ gedək!!!

AĞILAR

Əziziyəm laylalar,

Bayatılar, laylalar.

Ağı üstə deyiləcək

Bu gün burda laylalar.

Zülümlə böyütdüyüm,

Ərsəyə yetirdiyim,

Toyunu görmədiyim

Balamlaylay, alaylay.

Gəl, ağlamasənhələ,

Qoyağlayımmənbelə,

Təzəcə toy etmişdim,

İli olmayı hələ.

Demə üzü bərk mənə,

Ürəyi kövrək mənə.

Dözümümə heyrət et –

Qəbri qoşa qazıram,

Sən gücünə heyrətet.

Bu oğlan nə gözəldi,

Baxan İİham alardı.

Xiyabanda siz bilin,

İlham,  ilk sırada yatandı.

Əzizimiz belə olmaz,

Qan olmaz, qadaolmaz.

Görüşə çağırdın məni,

Görüş yeri beləolmaz.

Ah-nalə belə olmaz,

Bəy evi belə olmaz.

Gəlinin yatan yeri

Daş olmaz, torpaq olmaz.

Əziziyəm anası,

Şəhid bəyin anası.

Odsuz-ocaqsız yanır,

Göyə qalxır naləsi.

Əzizim baxmaq olmaz,

Yaşı saxlama qolmaz.

Şəhidin balasının

Üzünə baxma qolmaz.

Daşdı, daş.

Torpaqdakı yaşdı, yaş.

Gözəl, cavan  oğlanlar,

Torpağa yaraşdı bax.

Gül dənizi, olardı gül dənizi.

Toylar üçün gül dənizi,

Küçələrdə gü ldənizi.

Yollar boyu gül düzülür,

Düşmən heyrətə gəlir.

Gəlin necə incədir,

Bəyin  ürəyincədir.

Xiyaband aİlhamla

Qoşa olan Fərizədir.

Körpədir balam mənim,

Körpə İlqarımm ənim.

Fələk gözümdəq oydu

Allah, muradım mənim.

Gözün aydına ay ana

Muştuluğun ver s ənə.

Bircə qolu tapılıb,

Yusifinin ay ana.

Laylasını asta çalaq,

Gəlin, muğam üstə çalaq,

Yanıq Kərəm üstə çalaq,

Yanıqlı layla çalaq.

Bəy bacısı,

Qardaşa qurban bacısı.

Bağlı qalıb bəyqapısı,

Yaşiçində bəy bacısı.

Gəlin, gəlin, aygəlin,

Nə xoşbəxtsən ay gəlin.

Bəylə qoşaya tırsan

Xiyabanda sən gəlin.

Hər tərəf gülə bələnir,

Güllərdə  ağıdeyilir

Bu cansız cavanlara,

Bu günahsız olanlara.

Ağlar gördük gülləri, əyilmişdi qəddləri.

Güllələnmiş qəddləri, didilmiş cəsədləri

Gəlib görən ağladı:

Göydə quşlar, yerdə güllər ağldı.

Allahın dərgahındahamı birdi deyirlər,

Yoxdur  millət, din fərqi söyləyirlər.

Xiyabanda birgə yatır Sahidlər,Şəhidlər!!!

Yoxdur burda din fərqi,

İnsanlar bunu görürlər.

ŞƏHİD OĞULLAR DOĞULUR

Baş verən necə müdhiş, necə ağır cinayət.

Cinayətdən çıxış yolu xəyanətdir, xəyanət!

Necə  olsun, partladılsın!

Dağıdılsın televiziya, qoy efir də susdurulsun!

Bilinməsin bu cinayət.

Həmin günlər bircə ümid Tanrıya,

Bir də, bir də Mirzə Xəzərə qaldı.

Mirzə Xəzər eşidirsən?

Eşitdir sən, bütün dünya gərək bilsin;

Tökülür qan, didilir can,

Dinc əhali olur güllə-baran.

Şəhid oğullar doğulur!!!

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR.

No Comments

TƏQVİMDƏ BU GÜN: – 17 Yanvar – İCTİMAİ-SİYASİ XADİM, TANINMIŞ AKTYOR SƏMƏD HƏTƏMOVUN AD GÜNÜDÜR. – BU GÜN MÜNASİBƏTİ İLƏ SƏMƏD MÜƏLLİMİ TƏBRİK EDİR, İCTİMAİ – SİYASİ İŞLƏRİNDƏ VƏ YARADICILIQDA  UĞURLAR ARZU EDİRİK… VAR OLUN…  UĞURLARINIZ BOL OLSUN….

QISA  ARAYIŞ:

17 Yanvar 1963 – də Ağdam rayonu,  Yusifcanlı kəndində anadan olub.   1980 – ci ildə, Yusifcanlı kənd orta məktəbindən , 1984 – cü ildə isə    Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetindən – Dram və Kino Aktyoru – məzun olan, Səməd müəllim hal-hazırda Ümid Partiyası sədrinin müavini vəzifəsində çalışır. Səməd müəllim eyni zamanda olduqca müxtəlif mövzulu sənədli  filimlərin səsləndirilməsi sahəsində fəaliyyət göstərir.  Beləki, bu qəbildən olan flimlərin sonuda oxuduğumuz və ya eşitdiyimiz – səsləndirdi : Səməd Yusifcanlı  imzası, məhz Səməd müəllimə məxsusdur.  Səməd  Hətəmov evlidir.  Üç övladı, iki nəvəsi var. Bakı şəhərində yaşaır.

YAZARLAR.AZ olaraq, bugünkü təbriklərə qoşuluruq, bir daha  Ad gününüz mübarək, Səməd müəllim… Uğurlarınız bol olsun… Var olasız…


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

İlhamə Dağlı – Pyes

No Comments

İLHAMƏ DAĞLI

İLHAMƏ    DAĞLI

TOBIKTIDA     GUNƏS    DOĞDU

(pyes)

                                      İSTRAK   EDƏNLƏR:

         A b a y   –  İbrahim Kunanbayev.

         K u n a n ba y  – Abayın atası, qəbilə basçısı, ağa – sultan.

         U l j a n  – Abayın anası

         Z ə r i – Abayın nənəsi

         T a k e j a n,  O s p a n,  İ s h a q  –  Abayın qardasları.

         M a y b a s a r   –  Abayın əmisi

         Syundk, Boje, Karatay, Baysal – qəbilə başçıları.

         T o q j a n – Syundikn qızı, Abayın ilk sevgilisi.

         D i l d a   –  Abayın birinci arvadı

         A y k ə r i m  – Abayın ikinci arvadı.

         Y e r b o l  – Abayın dostu

         D a r k e m b a y  – sadə kasıb kəndli

         M a k i ş  – Abayın bacısı

                                               BİRİNCİ  HİSSƏ

                                               BİRİNCİ  ŞƏKİL

            1845- ci ilin isti avqus ayı. Qazaxstanın Jidebay  (Semey – Sempalatnsk) qəzasında Tobıktı tayfasının ağa-soltanı, İrgizbaylar qəbiləsinin başçısı Kunanbayın ailəsndə böyuk aulda  uşaq dünyaya gəlir. Dunyaya uşaq gətirən Kunanbayın ikinci arvadı Uljandır.  Uljanın ətrafında mamaça qadınlar uşağın doğulmasına yardım edirlər. Doğuş zamanı huşunu İtirən Uljana qeybdən bir əl uzanır.  O, Uljanı ucsuz-bucaqsız qaranlıq yoldan aydınlığa çıxarır və həlim xasiyyətli Uljana bir qopuz uzadır. Uljan qopuzu alır, qeybdən gələnin kim olduğunu öyrənir. Qeybdən gələn adam bütün turklərin ağsaqqalı, qopuz çalıb, söz qoşan Dədə Qorqud  olduğunu bildirir.

         D ə d ə Q o r q u d. Qızım, al bu qopuzu indi dunyaya gələn oğluna ver.  Sənin bu saat dunyaya gətirdiyin oğlun əsl el ağsaqqalı, xalqın dərdinə yanan bir insan olacaq. O,  aglı, mərifəti, ədaləti ilə xalqın sevimlisinə cevriləcək. Söz deyəcək, nəgmə qoşacaq, könullər oxşayacaq.  Haqqı nahaqqa  verməyəcək.  O, xalqı, xalq da onu əsrlərlə yaşadacaq. O, övladlarının ən mərhəmətlisi, ən ədalətlisi, ən agıllısı olduğu üçün sən onu daha çox əzizləyəcəksən və ona: “Abay, Abayım”, – deyəcəksən. Bu qaranlıq yoldan   səni  işığa çıxardım, bil ki, Sənin Abayın da xalqı belə aydınlığa çıxaracaq.

         U l j a n.  Dədə, mən çalışacağam onun tərbiyəsi ilə özüm və mərhəmətli, ağıllı qayınanam Zəri ana məşğul olsun. Zəri ana öz mərhəməti ilə butun mahalda hörmət qazanıb.  Mənim Abayım onun nəsihətlərinə qulaq assa, onun tərbiyəsini alsa, əminəm ki, sizin dediyinz bir insan olacaq.

         D ə d ə  Q o r q u d. Qızım, belə bir övladı  Allah sənə əmanət, qazax xalqına mükafat   verir.  Allahın  əmanətini  göz bəbəyin kimi qoru, onun heç bir istəyinin ziddnə getmə. İndi isə aç gözlərini, balanı qucağına al, onu əzizlə.

         Dədə Qorqud gedir, Uljan Dədə Qorqudun ona verdiyi qopuzu  bağrına basırmiş kimi gözlərini açır. Gözlərini açan zaman mamaçalar onun qucağına ay parçası kimi gözəl  uşaq verirlər. Uljan uşağı alanda mamaçalardan heç nə soruşmadan  “ mənm Abayım” , – deyə körpəsini bağrına basır. Mamaçalar  qadının bu hərəkətnə məəttəl qalırlar. Çunki uşaq doğulanda Uljan ağrının təsirindən özündən getmişdi. O, dunyaya gələn körpəsinin oğlan və ya qız olduğunu bilmədyi halda, necə ola blərdi ki, balasına Abay desin?!

                                      İKİNCİ  ŞƏKİL

         Abay şəhərdə molla yanında təhslini yarımçıq qoyub atasının tapşırığı  ilə aula gəlib. Neçə vaxtdan bəri doğmalarını görməyən Abay  doğmalarını gördükdə çox sevinir.  Ancaq atasının onu yarımçıq məktəbdən geri çağırmasından şübhələnir.  Onun şübhələri düz çıxır. Atası Kunanbay ağa-soltan olduğu üçün gunahsız Kodarın ölümünə bais olur.  O gündən Abayın kövrək uşaq qəlbndə  günahsız, köməksiz  insanlara rəhm yarandı, qəddar, zalım, qaniçən qatillərə qarşı isə, kin, nifrət, qəzəb coşmağa başladı.

            Kodarın faciəsindən sarsılan Abay xeyl müddət xəstə yatır. Onun bu halını görən anası Uljan və nənəsi Zəri cox narahat olmağa başlayır. Zəri nəvəsinin nağılları, əfsanələri, mahnıları, şeirlər çox sevdyi üçün ona bildiyi nağıl və əfsanələri dəfələrlə danışır. Anası isə oğluna qədim turkəçarələr eləyr. Lakin bunların heç biri Abaya məlhəm olmur. Bir gün təsadüfən aula Dulat adlı bir akın (aşıq) gəlir. O, bir neçə gün aulda qalıb, gecə-gündüz mahnılar oxuyur. Dulatın mahnıları Abayı həyata qaytarır. Dulatın satirik şerləri Abayın düşüncələrini dəyişir, onun gələcəyin mütəfəkkiri olmağına təkan verir.

                                      ÜÇÜNCÜ  ŞƏKİL

         Çingiz dağlarının ətəyi. Syundikin aulu. Abayın yeniyetmə vaxtları. Abay atası Kunanbayın tapşırığını yerinə yetirməyə gəlib. O, jigiteklər qəbiləsinin başçısı Syundiklə  nəinki atası Kunanbay kimi kobud  danişir, hətta yeniyetmə kimi deyl, müdrik bir adam təsiri bağışlayır. Abayın belə ağıllı rəftarını Syundikin ailəsi bəyənir . Həmn gün Abay Syundikn qızı Toqjana vurulur.

            Abay Syundikin aulundan qayıtdıqdan sonra bir gün də olsun Toqjanı unutmur. Onun gənc qəlbini məhəbbət alovu yandırıb külə döndərir. O, Toqjana öz sevgisini dostu Yerbolun vasitəsi ilə çatdırır.( Həmin vaxtlar Kunanbay ilə Syundik bir-biri ilə düşmən mövqeyində idilər.) Abay sevgilisi Toqjanla görüşür, ona öz sevgisini etiraf edir.

         A b a y: Toqjan, mənim əzizim, səni gördüyüm ilk gündən özümə heç yerdə yer tapa bilmirəm,  Hara gedirəmsə səni görürəm. Hansı alaçıqda oluramsa, sənin ipək kimi saçlarına taxılmış şolpalarının səsini eşidirəm. Harda nəğmə səsi eşidirəmsə, orda sənin məlahətli səsini eşidirəm. Yuxuda  da səni görəndə qaranlıq gecə kimi qara gözlərinin atəşndən yanıram. O gündən sonra sənin məhəbbətn qarşısında bütün sözlər mənə aciz gəlib. Sənin üçün nə qədər seirlər yazıb,  nəğmələr qoşsam  da yenə də, sənin gözəlliyn qarşısında aciz qalmışam.  Mən indi məhəbbət alovunda yanan bir aşiqəm. Əzizm, məni bu alovdan yalnız sən xilas edə bilərsən.

         Toqjan Abayın sevgi etirafından utanıb başını yerə dikir. Onun yanaqları günəşin al şəfəqləri kimi qızarır. Abayın üzünə baxa bilmir. Abay qızın utandığını görüb əlini qızın zərif çənəsinə uzadır.

         A b a y: Toqjan, əzizim, niyə utanırsan? Niyə mənə baxmırsan? Mən bu gözlərin atəşində yenidən yanıb kül olmaq istəyirəm. Əzizm, mənə bax, bir söz de.

         Toğjanın qəlbi indi quş kimi çırpınırdı. Axı, o da Abayı sevirdi.

         T o q j a n:  Abay,  sənin nəğmələrini eşitmişəm. Məni bu qədər dərin məhəbbətlə sevirdinsə, bəs o vaxtdan  bəri niyə bir dəfə də gəlmədin, mənimlə görüşmək istəmədin?

         A b a y:  Toqjan, əzizim, mən səni hər dəqiqə, hər saat yanımda görmək istəyirdim. O gündən bəri mən səni heç unutmadım ki. Ancaq qəbilələr arasında  baş verən soyuq müharibə səninlə  görüşmək şansımı əlimdən aldı. Mən öz Toqjanımla xəyalən görüşüb, onun isti nəfəsini hiss edirdim.  Yalız  bir dəfə Bojeyn yas köçü zamanı səni uzaqdan görmək imkanım oldu.O zaman sənin o məlahətli səsini Bojey üçün oxuduğun qəmli nəğmədə eşitdm, bütün qız-gəlnlərdən fərqlənən  at belində şahanə oturuşun məni məftun elədi. Həmin saat fikrləşdim ki, səni gəlib o qız-gəlinin arasından  götürüm qaçım. Ancaq o dəqiqə də fkrimdən döndüm. Dedim ki, igid kişi olmayan yerdə öz gücünü qız-gəlinə göstərməz. Bu ən böyük şərəfsizlikdir.

         T o q j a n:  Abay, mən də səni gördüm. Həmin vaxt nəğmə oxuyurdum. Oxuduğum nəğməni yaxşı eşitməyin üçün səsimi bir az da qaldırdım. Bizm uzaqdan-uzağa olan bu görüşümüz üçün cox üzüldüm.

         A b a y:  Aman Allahım! Toqjan, demək sən də mənə qarşı biganə olmamısan.  Ah, mənm gözümün nuru, ah mənim həyatım! Deməli, sənin də qəlbində o gündən mənə qarşı hislər yaranıbmış.    

         T o q j a n:  Bəl, Abay! Mən də səni o gündən sonra heç unutmadım. Sənin yolunu gözlədim. Yerbolla göndərdiyin ismarışı o,  Karşaş vasitəsilə mənə çatdıranda  elə bildim ki, göylərdə uçuram.  Karaşaşın verdiyi xəbər mənə qanad verdi. O qanadlarla mən Çingiz dağlarının başında dövrə vurub, öz yarımın gəldiyi yollarda qanad çaldım. İndi mənim yanımdasan. Sevginin qarşılıqlı olmağından dünyada gözəl nə ola bilər?

         A b a y:  Ah Toqjan, ah mənim sevgilim! Səndən bunu eşitmək mənm üçün nə qədər xoşdur. 

         Abay qollarını açıb Toqjanı bağrına basır. Onun sevginin hərarətndən yanan al yanaqlarından, qızılgülün şeh düşmüş qönçəsinə bənzəyən bal dodaqlarından öpməyə başladı. Toqjan əvvəlcə utanıb çəkilsə də, sonradan Abayın qüvvətli qolları arasında ona təslim olub, daha heç br müqavimət göstərmədi. O da, öz ehtiraslı öpüşləri ilə Abayın sevgisinə cavab verdi. 

         Səhərin açılmasına az qalırdı. Abay günəş çıxmamış aulu tərk etməli idi. Çünki neçə vaxtdan bəri İrgizbaylarla Jgitekləe arasında soyuq müharbə gedirdi. Abayın Jigiteklərin aulunda görünməsi hamıda şübhə yarada bilərdi.

         A b a y:  Mənim həyatım, doğan günəşim Toqjan! Mən artıq getməliyəm, bir azdan gün çıxacaq, bütün aul yuxudan oyanıb məni burda görsələr hamı şübhələnər. Lənət olsun müharibəyə, lənət olsun savaşa, lənət olsun tamaha, lənət olsun bizm adətlərə! Axı sevgi sərhəd tanımır, axı sevgi varlı-kasıb bilmir, axı sevgi din tanımır. Bax, budur. Bz bir-brmiz dəlicəsinə sevirik, ancaq hansısa br soyuq münasibətin qurbanına çevrilmişik. İki sevgilini iki qəbilə arasında gedən savaş bir-birindən ayırır, onları bir-birinə həsrət qoyur.

         T o q j a n: Abay, əzizim, bil ki, mən sənin yolunu hər gün gözləyəcəyəm. Nə tayfa davası, nə qəbilə savaşları, nə də atalarımızın bir- biri ilə düşmənçiliyi mənim sənə olan sevgimi azalda bilməz. Bizim sevgimiz iki qəlbin ucalan haqq səsidir. Bu səs heç kəs boğa bilməz.

         A b a y:  Gözümün nuru Toqjanım, yenə də səni görməyə gələcəyəm. Səninlə bir yerdə olmaq,  isti nəfəsini duymaq, arının güldən çəkdiyi şirə kimi, bal dodaqlarından şirə çəkmək, qara gözlərinin atəşində yanmaq,  ecazkar səsinə valeh olmaq mənə  cənnəti verdiyi qədər,  səndən ayrılmaq isə mənə qəbir əzabından da ağır gəlir.  Kaş bu ayrılıq bizim sonuncu ayrılığımız olsun. Tezliklə qəbilələrimiz arasında sülh bərqərar olsun, biz də bir-birimizə qovuşub xoşbəxt olaq.

         Onlar bir-birinə sonuncu dəfə sarılırlar. Elə bu vaxt Karaşaş gəlir.

K a r a ş a ş:  Sizə çay gətirmişəm.

         A b a y:  Çox sağ ol, Karaşaş. Sənin bu yaxşılığını heç vaxt unutmayacağam.  Sən məni  muradıma yetirdin. Toğjanımla görüşməyə şərait yaratdın. Allah səni də muradına çatdırsın.

         K a r a ş a ş: Abay, mən bunu eləməyə bilməzdim. Çünki Toqjanımın da qəlbi səni görmək üçün uçunurdu. Yaxşı ki, Asılbayla, Adilbay səfərdədirlər. Onlar evdə olsa idi sizin görüşməyiniz müşkülə çevrilərdi. Bəxtin gətirdi ki, görüş üçün yaxşı vaxt seçdin.

         T o q j a n:  Çox sağ ol, Karaşaş. Sən yengəm olmaqla bərabər, əsl dostsan, əsl rəfiqəsən.

         A b a y:  Gülüm mənim, bəxtin gətirb k, Karaşaş kimi xoşxasiyyətli yengən olub.

         K a r a ş a ş: Həm də sənin kimi sevgilisi. Allah sizi ayırmasın ! Amin!

         A b a y: Amin!

         T o q j a n: Amin!

         A b a y:  Vaxt yetişdi. Yerbol məni çayın sahilində gözləyir, getməliyəm. Salamat qalın!

         K a r a ş a ş:  Yaxşı yol!  Ümid edirəm ki, bundan sonra mənim gözəl Toqjanımın  gözünü yolda qoymayacaqsan.

         A b a y:  Tezliklə biz yenə görüşəcəyik.

         T o q j a n: Sağ-salamat get, Abay!  Səni gözləyəcəyəm.

            Abayın ayağı getsə də, ürəyi getmir. Sağollaşıb çıxdığı  zaman Toqjandan ayrıla bilmədiyi üçün geri dönür. Bunu görən Karaşaş alaçığı tərk edir. Abay yenidən Toqjana möhkəm-möhkəm sarılıb onu öpüşlərə qərq edir. Sonuncu dəfə qızın gözlərindən öpüb ondan ayrılır.  Toqjan isə sevgilisndən ayrıldığına çox məyus olur.Bir dəqiqədən sonra gecənin qaranlığı Abayı  sanki udmuşdu.

                      DÖRDÜNCÜ ŞƏKİL

Abay qazax çöllərində tək-tənha dolaşıb qəlbini təlatümə gətirən sevgisini nəğmə kimi ötürdü.

Abay:

Kədər də, həsrət də, nisgil də, qəm də,
Qəlbin atəşində qovrulur, yanır.
Ömür-gün yolunda dara düşəndə,
Məhəbbət ömrünə arxa dayanır.

Həyatda bir kəsi sevə bilməyən,
Daşıya bilərmi insan adını?
Yoxsul belə olsan günün keçər şən,
Olar var-dövlətin yaxşı qadının.

İşığa çıxmazsan yarıb zülməti,
Dost qəlbi yanmasa bir çıraq kimi.
Axı, şöhrət nədir, axı, var nədir,
Olmasa ömrünün yaxın həmdəmi.

Sadiq dostu Yerbol gülümsəyib dodaqucu nəsə deyirdi.

Yerbol: Gör məhəbbət nələrə qadirdir. Abay  artıq şair olub, nəğmələr qoşur.

İki dost çovğunda azırlar, Abay xəstələnir, hərarəti qalxır, şaxtadan donmaq təhlükəsiylə üz-üzə qalır. Amma zəngin qışlaqlardan birinə düşürlər, Abayı halsız vəziyyətdə çadıra aparırlar. Sən demə, illər boyu axtardığı Toqjan bu ailənin gəlini imiş. Toqjan bir həftə gecə-gündüz qızdırmadan sayıqlayan Abaya qulluq edir. Xəstə sağalır və Toqjan onunla əbədi vidalaşır.

Abay:

Atəş də, buz da var yanaqlarında,
İki yarpaq kimi bir əsir onlar.
Hamıdan yayınıb, hamıdan qaçıb
Yenə bir-birinə tələsir onlar.

Toqjan çadırın o üzündə Abayın nəğmələrini dinləyir, gözlərindən yaş axır. Darkenbayın ruhu səhnədə görünür.

DARKENBAYIN RUHU: Abayın atası Kunanbay bizə zülm elədi. Tayfalarımız onun qəzəbi ucbatından bir-birinə qənim kəsildi. Amma o, atasından da, qardaşlarından da mərhəmətli çıxdı. Mən Abaya görə onun zalım atasını bağışlamışam. Qoy uca Allah ona daim yar olsun! O, Toqjanı yenidən tapacaq.

Səhnə dəyişir. Abaygilin çadırı. Dilda Abayın anası Uljana və nənəs Zəriyə şikayət edir.

DİLDA: Abay məni heç sevmədi. Görürsünüz, o, yenə məni atıb sevdiyi qızın yanına gedib.

ZƏRİ: Bəsdir ah-vay etdin. Sən bu ocağın gəlinisən. Demək, Abay səni çox sevir. Bundan artıq sənə nə lazımdır? Taleyindən gileylənmə. Allaha ağır gedər.

Uljan çadırın yuxarı başında, qayınanasının böyründə oturub oğlu üçün aramsız dualar edir. Sonra acıqlı  halda Dildanın üstünə qışqırır.

ULJAN: Az qarğış tök, gəlin! Axırda oğlum sənin bəd duaların ucbatından zavala gələcək.

MAKİŞ: Mən hər gün dadaş üçün dua edirəm. Allah onu qorusun. Mənim əsl qardaşım odur. Qoymadı yad əllərdə qalım. Məni xilas etdi. O biri qardaşlarımın heç vecinə deyildi.

Dilda acıqlı-acıqlı Makiş süzüb heç nə demədi.

Səhnə dəyşir. Kunanbay öz çadırında oturub fikirli halda çubuq tüstülədir. Maybasar daxil olur.

MAYBASAR: Ağbim, oğlun yaman özbaşınalıq edir. Bu qədər ərköyünlük olmaz. Bir çağır yanına, onu danla.

KUNANBAY (laqeyd halda): Yenə nə edib?

MAYBASAR: Qənimət götürdüyümüz mal-qaranı qonşu tayfaya geri qaytarıb.

Kunanbay eşitdiy xəbərdən yerindən dik atılır.

KUNANBAY: Necə?! Artıq mənim işlərimə də burun soxmağa başlayıb? Mən o tayfanı cəzalandırmışam. Səbəbi də məlumdur. Onlar icazəsiz bizim ərazilərimizə soxulublar. Abay hansı cəsarətlə mənim qərarıma müdaxilə edir?

Bu vaxt Abay çadıra daxil olur. Qəzəblidir.

ABAY: Ata, sən nə vaxta qədər bu tayfaları bir-birinə düşmən edəcəksən? Axı bütün bu torpaqlarda yaşayanların hamısı qazaxlardır. Görürsən ki, onlar kasıb, zəhmətkeş insanlardır. Niyə camaatın mal-qarasını əllərindən alırsan? Onlar ac qalanda sən necə yerində rahat yata bilirsən?

Kunanbayın dişi bağırsağını kəssə də Abayın sözləri qarşısında susdu. Maybasar da cəsarət edib nəsə deyə bilmədi. Hər ikisi çadırdan çölə çıxdı.

KUNANBAY (üzünü göyə tutur): Ey uca Allah, məni bağışla. Qəlbimdən bu yersiz kini, nfrəti uzaq elə.

BEŞİNCİ ŞƏKİL

Qazax çölü. Abay Toqjanı gördü və heyrətləndi. Amma bu qız zahirən Toqjanın eyni olsa da, Toqjan deyildi. Abay qopuz çalıb ona nəğmələr oxumağa başladı. Bu nəğmələr Toqjana oxşayan qızı sehirlədi. O, ayaq saxlayıb bu ozana diqqət kəsildi.

ABAY:

Bir daha sevinməz, gülməz bu ürək,
Günəş də, qəmər də parlasa yəqin.
Mən səni sevirəm bu dünyada tək,
Səninsə sayı yox aşiqlərinin.

O dönük çıxsa da – sadiqəm yenə,
Dözürəm yarımın hər şıltağına.
Bir gün qah-qah çəkib gülsə də mənə,
Deyərəm: odlu qəlb, susub döz buna.

Onlar üz-üzə gəldilər. Abay daha bu qızdan vaz keçə bilməyəcəyini anladı.

ABAY: Adın nədir sənin?

AYKƏRİM: Mənim adım Aykərimdir. Bəs sən kimsən?

ABAY: Mən el ozanı Abayam.

Səhnəyə Dədə Qorqud daxil olub kənardan onları seyr edir.

DƏDƏ QORQUD: Hə, bax beləcə, Tobıktıda Günəş doğdu. Bu, Abayın Günəşi idi. Uca Tanrı onlara sevgi dolu xoşbəxt bir ömür bəxş etdi. Siz də sevin-sevilin, ömrünüzə Günəş doğsun, övladlarım! Qəlbinizdə sevgi olmasa, günəşi görə, onun istiliyini duya bilməyəcəksiniz. Sevginizi qoruyun ki, Günəş həmişə sizinlə olsun!

2020-ci ilin yazı

Müəllif: İlhamə DAĞLI

İLHAMƏ DAĞLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Alimin yeni kitabı işıq üzü görüb

No Comments

RƏHİMƏXANIM RZABALA QIZI MƏMMƏDZADƏ

Yeni ilin ilk ayında “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətinə pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin müəllimi Rəhiməxanım Rzabala qızı Məmmədzadənin “Müasir dövrdə Qərbi Avropada məktəbin inkişafı” adlı dərs vəsaitini təqdim etdi.

         Dərs vəsaitinin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Abbas oğlu Rüstəmovrəyçiləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Nurağa oğlu Abbasov və  pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim İntiqam Hilal oğlu Cəbrayılovdur.

           Dərs vəsaiti iki fəsildən ibarətdir. Müəllif “XX əsrin II yarısı, XXI əsrin əvvəllərində Qərbi Avropada təhsil” adlanan birinci fəsildə təhsil-tərbiyənin problemləri və prioritetləri; məktəb sistemləri ümumtəhsil məktəbləri üçün müəllim kadrları hazırlığı təhsil-tərbiyə ilə bağlı məktəb təcrübələri; təhsil-tərbiyə sahəsində islahatlar kimi məsələləri diqqət mərkəzinə gətirir.

           Dərs vəsaitinin növbəti fəsli “Müasir dövrdə Qərbi Avropada məktəb təhsilinin təşkilinin forma və metodları” adlanır. Bu fəsildə nəzərdən keçirilən məsələlər bunlardır: təhsilin inkişaf yolları haqqında müxtəlif fikirlər; əsas didaktik konsepsiyalar; təhsili səmərəliliyinin göstəriciləri; tədris proqramlarının təkmilləşdirilməsi; tədris proqramlarının növləri; proqramların dəyişdirilməsinin əsas yolları; təhsil və təlimin diferensiallaşdırılması.

            Dərs vəsaiti pedaqogika tarixi üzrə məşğələlərdə faydalanmaq üçün hazırlanmışdır.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

VƏTƏN və İNSAN SEVDALI ZÜLFİYYƏ XANIM

No Comments

Zülfiyyə Əlisaab qızı Vəliyeva

VƏTƏN və İNSAN SEVDALI ZÜLFİYYƏ XANIM

(Zülfiyyə Vəliyevanın yarım əsrlik yaradıcı ömrünə ötəri baxış)

Onu tanımaq, dərk etmək, şəxsiyyətinə nüfuz etmək üçün elə də çox zaman gərək olmur.

Zülfiyyə xanımdan bəhs edən bu yazını qələmə almaq üçün şəxsən mənə 2021-ci ilin son dörd ayının təəssüratları kifayət edib.

İnsana sevinc bəxş etmək – özündə çox “dumanları”-gümanları birləşdirənindiki zəmanəmizdə insanlardan qarşılıq­sız yaxşılıq görmək bir qədər laübalı anlayışdır. Çox xoş ki, Zülfiyyə xanım bu kimi anlayışlardan kənar təfəkkür sahibidir. Etdiyi yaxşılıqların əvəzində heç bir qarşılıq gözləməyən  və bu əməlindən zövq alan, özünü xoşbəxt hiss edən insandır.  

Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə… Zülfiyyə xanımın həyat kredosu budur. Qarşı tərəf bunu dərk etsə də, hətta bu duyğudan xali birisi olsa belə, O bunu edir. Ola da bilər ki, o kəs Allahın bir quru “sağ ol”una da qızırğana, qıyımsızlıq edə, ancaq Zülfiyyə xanım öz mövqeyindən heç vədə yayınmayıb, bundan incik düşməyib. Qarşısındakının kim olmasının onun üçün heç vədə önəmi olmayıb, Ürəyinə gəldimi, ürəyi ona diktə olunan “addımı” atmağa çağırış etdimi, bu kifayət edər. Bu mövqedə onun öz yolu, öz dəst-xətti var. Və bu mövqeyini heç vədə dəyişmir.

Onu tanıdıqca, zaman-zaman iç dünyasına bələd olduqca necə qılıqı, istiqanlı, məhrəm duyğulara sahib olduğuna səndə əminlik yaranır.

Baxmayaraq kiçox qısa bir zamandır bir “ocaq”da çalışırıq, onun necə zəhmətkeş, öz işindən zövq alan, bacardığını iş yoldaşlarından əsirgəməyən insan olduğuna əminlik hasil etdim, Bu təfəkkür sahibi ilə bir kollektivdə olmaq insana zövq verir. Zülfiyyə xanım “sadəlik” adlı bir gözəlliyə sığınaraq yaşayır və bu gözəlliyi ətrafındakılara da təlqin etməkdən zövq alır. ADPU-da ETM formalaşmasının mənim üçün bir önəmi də bu oldu ki, Zülfiyyə xanım kimi pedaqoji səviyyəyə və yaradıcılıq potensialına malik, daim pedaqoji cameənin maraq dünyasında olan bir müəllimi və qələm sahibini tanıdım. 

Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.

Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:

– “Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir”;

– “Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar”;

– “Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür. Müəllim – ruhumuzan memarıdır”;

– “Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir”;

– “İnsan dünyaya ağlaya-ağlaya gəlir, doğmaları onu sevinclə qarşılayır. Qur`ani-Kərim”də buyrulur: elə yaşayın ki, dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Ən dolğun, mənalı həyat budur”;

– “Hər bir insanın ehtiyacı hörmətdir, diqqətdir, məhəbbətdir”;

– “Xoş xasiyyətli olmaq – insanın xoşbəxtliyidir”;

– “Müdrik – çox bilən adam deyil, biliyi xeyirli olan adamdır”;

– “Bir insanın sənə nələr verə biləcəyini deyil, sənin üçün nələrdən imtina edəcəyi əhəmiyyətlidir”;

– “Yaradan insanı Yer üzünün əşrəfi yaradıb, azad, müstəqil və varlıq kimi yaradıb, cisimdən, ruhdan yaradıb. İnsanın qorunmasını da Yaradan onun özünə həvalə edib. İnsanın da borcudur ki, bu missiyanı vicdanla yerinə yetirsin, ona bəxş olunan canı məhəbbətlə, ismətlə qorusun”;

– “Vətən əmanətdir, onu qorumaq, başının tacı etmək hər bir vətən övladının namus, şərəf işidir”.

***

İnsan üçün, illah da xanım üçün “xarakter insan” olmaq çətin, bəlkə də mümkünsizdir. Ancaq tanımaq imkanında olduğum bir neçə ay ərzində onu davamlı olaraq belə gördüm: sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən. 

Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında öz əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim günü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları xüsusi yer tutur.

Zülfiyyə xanım bu sıralanmada hər nəsnəyə “can verməyi” bacarır. Məqalələrinin oxucusu, ən müxtəlif tədbirlərdə çıxışlarının dinləyicisi olan hər kəs Azərbaycan təhsilində islahatların hansı səviyyədə aparıldığı barədə zəngin informasiya almaq imkanına malik olur. Ustalığı, peşəkarlığı da bundadır ki, ilk baxışda “quru” təsir bağışlayacağı düşünülən faktlar Onun qələmində (nitqində) “dil açıb” oxucusu (dinləyicisi) ilə “isti təmasda” olur, “danışır”, zəngin informasiya mənbəyinə, görülən işin, çəkilən zəhmətin göstəricisinə çevrilir. Sıraladığı faktları canlandırmaqla təqdim etdiyi mövzunun Azərbaycan dünyasında, Azərbaycan təhsilində yerini müəyyən edir. Həm də elə ustalıqla ki, ssenari ahəngdarlığı ilə sıralanmış faktlar bolluğundan yorulmursan, usanmırsan.

***

Zaman yaşa baxmır. Zamanı yaxşı yaşayanda, özündən yaxşı iz qoyanda… İnsanı yaşadan, həyatını rövnəqləndirən də elə bu kimi amillərdir. Həm ömür uzunluğu anlamında, həm də insanların yaddaşında yaşamaq, arxanca xoş məramlı iz qoymq mənasında.

Yaxın günlərin söhbətidir. Mənim də qatıldığım bir yığnaqda 70 yaş və 70+ yaş həddində olanların, cavanların yerini tutub hələ də işlədiklərinəbənzər ifadə işləndi. Baş qoşmaq istəməsəm də, söz sahibinin inadlı danışıq tərzi məni dillənməyə sövq etdi. Təbəssümlə sözünü kəsdim ki, mən də 70 yaşındayam, 30 yaşda olanlar arasından özümə rəqib axtarıram. Rəqib bildiklərimin fəaliyyətini tərəzinin bir gözünə, mənim yaradıcılığımı tərəzinin başqa bir gözünə qoyaq, görək hansı pərsəng verəcək?!

“Daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşması bügünki qayğılarımızdandır” amalı ilə yaşayan, ruhu döyüş misallı vətənpərvər xanım Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir. Eynən pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayevin qələmə aldığı tərzdə: – “Zülfiyyə xanımın yazılarını hər oxuyanda qürur hissi keçirirəm. Vətənpərvərlik bu gün aktual məsələdir, “525-ci qəzet”də “Vətəni qoruyan oğullar” adlı məqaləsini maraqla oxudum. Elə bil cəbhədən dönmüş bir döyüşçü ilə diz-dizə əyləşib həmsöhbət olursan, onların əməllərinə, hər hərəkətinə böyük sayqı göstərirsən… Gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işi aparılmasında Zülfiyyə xanımın bu silsilədən söhbətlərinin, qələmə aldığı yazıların rolu əhəmiyyətli dərəcədə yüksəkdir”;

Gülşən Eminova, pedaqoqika üzrə fəlsəfə doktoru: – Əzizimiz, müəllimlər müəllimi, ürəyi də, əməli də gözəl, xeyirxah xanım Zülfiyyə Vəliyeva, Allah sizi qorusun! 20 ildən artıqdır ki, sizi tanıyıram. Bu illər ərzində sizi yalnız təhsilə, peşəsini sevdirməyə çalışan, öhdəsinə götürdüyü ən çətin işləri mükəmməl icra edən bir pedaqoq kimi tanıdım. Nə yaxşı ki varsız, sevilirsiz!..

***

Müəyyən yaş həddində insan özünün hər saatından-günündən, hər ayından hesabat tələb edir. Zülfiyyə xanım bunabənzər hər sorğunu asanlıqla cavablandırmaq imkanındadır. Azərbaycan tarixinin, pedaqogikasının elə bir təqvim günü, hadisəsi olmaz ki, ədəbi qəhrəmanımız həmin tarixi özünəməxsus mətbu yazılarıyla, çıxışlarıyla qarşılamasın. Bunun üçün çox yox, Zülfiyyə xanımı tanımaq imkanında olduğum 2021-ci ilin göstəricilərinə də diqqət yetirmək kifayət edər: 

– 1 simpozium, 3 forum, 1 beynəlxalq seminar, 1 beynəlxalq və 4 respublika konfransının, 7 təlim, 2 layihə və 7 vəsait və təqdimatın müəllifidir. Əməyi 11 sertifikat və təşəkkürnamə ilə dəyərləndirilib. 5 jurnal, 6 qəzet məqaləsi var. Məqalələrindən ikisi II Qarabağ müharibəsi qəhrəmanlarına “Vətən sevdalı cəsur döyüşçü” (Mircəfər Mirsəfər oğlu Bağırova) və “Vətəni qoruyan oğullar” (Fail Rəfayıl oğlu İsgəndərova) həsr edilib;

– II Qarabağ müharibəsində tarixi qələbəmizlə bağlı sosial şəbəkələrdə yazılar paylaşıb, video-çıxışlar edib. “Vətən və insan sevgisi” mövzusunda silsilə vebinarlar keçirib, müəllimlərə kömək məqsədilə xüsusi təqdimatlar hazırlayıb. “Azərbaycan bayrağı Şuşada dalğalanır” və “Tarix yazan sərkərdə” sərlövhəli məqalələri “Təhsil dünyası” qəzetində, “Qələbələr içərisində ən ali qələbəmiz” və “Qələbəmiz – sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır” məqalələri “Təhsil” jurnalında yer alıb. Müəllimlərə kömək məqsədilə bu kimi mövzularda təqdimatlar hazırlayıb, Qələbə münasibətilə rəsmi internet səhifəsində ölkə Prezidentinə müraciət ünvanlayıb. “ADPU- 100. Məzunlar” layihəsinin müəllifi və rəhbəri olub.

Həyat yolu: Əməkdar metodist müəllim və “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi” adını ləyaqətlə daşıyan Zülfiyyə Vəliyeva Göyçay rayonunda anadan olub. 1966-1975-ci illərdə Azərbaycan  Dövlət  Universitetinin (indiki BDU-nun) tarix fakültəsində (qiyabi) təhsil alıb. Azərbaycan Müəllimlər istitutunun (Azərbaycan PK İA və YH Baş İnstitutunun) İqtisadiyyat fakültəsinin 1996-cı il məzunların­dandır. 1971-1973-cü illərdə Göyçay rayon 7 saylı orta məktəbində müəllim, 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsində Məktəblər üzrə  katib və II katib vəzifələrində çalışıb. 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. 1995-2016-cı illərdə Azərbaycan Müəllimlər institutunda (APKİA və YHİ-da) metodist, kabinet müdiri, “Təhsildə Araşdırmalar və İnnovasiyalar” Mərkəzinin  əməkdaşı olaraq fəaliyyət göstərib. 2016-ci ildən ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidr.

İctimai fəaliyyəti: 1988-ci ildə SSRİ Təhsil Şurasının üzvü, 1988-ci ildən Yaradıcı Müəllimlər İttifaqı İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə Respublika Təhsil Nazirliyi Elmi Metodik Şuranın üzvü, 2003-cü ildə Təhsil İslahatı ilə bağlı “Müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi” layihəsi üzrə milli məsləhətçi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və SSRİ Təhsil Nazirliyinin Qabaqcıl Maarif Xadimidir.

Mükafatları: SSRİ Təhsil Nazirliyinin  “Krupskaya medalı”, akademik. Mehdi Mehdizadə mükafatı laueratı, ”XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomunun və “Azərbaycan Respublikasının Əməkdar müəllimi (1990-cı il) fəxri adının daşıyıcısı. “VEKTOR” Beynəlxalq Elmi Mərkəzinin təsisçisi olduğu “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihənin qalibidir. Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.

Seçilmiş əsərləri: “Tarix fənni üzrə proqram” (IX siniflər üçün. Bakı-2000); “Fəal təlim”. (metodik vəsait. Bakı-2003); “Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsininin inkişaf etdirilməsi: qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər” (metodik vəsait. Bakı-2003);

“Fəal və interaktiv təlim-tədris üsulları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidən­hazır­lanma təhsili üçün tədris-tematik plan və proq­ram. Bakı-2004); “Təhsil islahatı və müasir təlim metodları” (ilkin müəllim hazırlığı ixtisasartırma və yenidənhazırlanma təhsili üçün tədris-tematik plan və proqram. Bakı-2004); “İbtidai siniflərdə nağılların “Debat» texnologiyası ilə tədrisi” (müəl­­lim­lər ücün metodik vəsait. Bakı-2005); “Distant Təhsil Texnologiyaları” (peda­qoji işçilərin özünün təhsilinə kömək (metodik vəsait. Bakı-2006); “Distant Təhsil Texnologiya­ları” treninq proqramı (Bakı-2007); “Pedaqoji Təhsildə İnnovasiyaların, yeni metod və yanaşma­ların tətbiqinin işlənilməsi” təhsilə uğurlu  dəstək, “Təhsildə innovasiya – dərslərin kliniki müşahidəsi” (metodik material); “Təhsildə innovasiya-Elektron məktəb”(metodik material); “Təhsildə innovasiya-Gender” (metodik material); ”İqtisadi təhsil zamanın tələbidir”. Müəllim kadrlarının hazırlığında innovasiyya və texnologiyalardan istifadə; “Yeni təlim texnologiya­larının pedaqoji texnologiya sistemində səciyyəsi”, “Pedaqoji təfəkkürün formalaş­masında İnteraktiv təlimin imkanları” Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma”. “Səmərəli İnnovasiya sistemi və yeni təhsil texnologiyaları” – “Motivasiya, prosedur və fəaliyyətlə bağlı kompetensiyalar”, Müəllimin peşəkarlıq səviyyəsinin inkişafına təsir edən amillər”. “Təhsil alanların  elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi günün tələbidir”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyaların tətbiqi kadr hazırlığının zəruri amili kimi”, “Ali pedaqoji təhsil sistemində elmi və texnoloji innovasiyalar”, “Təhsildə İnnovativ metodlardan istifadə”, “Pedaqoji Təhsilin İnnovasiyon inkişafının layihələndirilməsi”və s…

Bu gün də günlə səsləşən, ödənişsiz vebi­nar­lar keçirərək müəllim və məktəb psixoloq­larına yardım missiyasını səylə davam etdirən Zülfiyyə xanım çox sayda beynəlxalq və respub­lika elmi-metodik konfransın, simpozium, forum və təlimlərin iştirakçısı olmuş, 50-yə qədər sertifikat, fəxri fərman və diploma layiq görü­lmüşdür. 105 elmi məqalə və 47 tezis, çox sayda publisistik məqalə müəlifidir. İmzası ”Təhsil”, ”Azərbaycan məktəbi”, ”Məktəbəqədər və ibtidai təhsil” və “Pedaqoji Universitet xəbərləri” jurnallarının, ”Respublika”, “Azərbaycan müəllimi”, ”Təhsil və zaman”, ”Təhsil problemləri”, “Palitra” qəzetlərinin daimi oxucularına yaxşı tanışdır. Konfranslarda, dəyirmi masa və görüşlərdə, təlim, mühazirə və seminar­larda yüksək peşəkarlıqla etdiyi çıxışlar pedaqoji ictimaiyyət tərəfindən  həmişə maraq və rəğbətlə qarşılanır.

***

Müraciətlərimə diqqət yetirdinizmi? Hər adını çəkdiyimdə hökmən “xanım” kəlməsi nitqimə gəlib. Həm də bu, gəlişigözəl, etika məqsədilə işlədilən müraciət deyil.

Qədim tariximizi xatırlayaq. İnsana müraciət formasının “xan”, “bəy”, “xanım”, “xatun” olduğu illəri. Sonrakı illərdə ziyalı təbəqəsinə müraciət forması olaraq “müəllim” müraciət forması meydana gəldi. Indi “müəllim” müraciət  forması yalnız bu peşə sahiblərinə deyil, ümumən ziyalı təbəqəsinə aid edilir. Bu hal müəllim sənətinə, müəllim peşəsinin cəfakeşlərinə xalqımızın sayqısının göstəricisi deyilmi?

Müsahibim ona “Zülfiyyə xanım” deyə müraciət tərzini özü qazanıb: davranışlarıyla, insanlara diqqət və münasibətilə, savadı, dünyagörüşü, intellekti ilə. 

*** 

Tərcümeyi-hal insanı bəzəmir, insan tərcümeyi-halını bəzəyir. Zülfiyyə xanım tərcümeyi-halına bu yerəcən sizlərə indi bəlli etdiklərimdən və bəlli edə bilmədiklərimdən məqam-məqam çox “nağışlar” vurub. Tərcümeyi-hal isə davam edir. Bu da o deməkdir ki, Zülfiyyə xanım hələ bundan sonra da tərcümeyi-halına özünəməxsus “naxışlar” vurmaqda davam edəcək. Bizə isə bu uğurlara ürəkdolusu fərəhlənmək və qürurlanmaq qalır.

Yaşadığınız ömür payında tutduğunuz mövqedə uğur yol yoldaşınız olsun, Zülfiyyə xanım.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü, yazıçı-jurnalist, tədqiqatçı

AYƏTXAN ZİYADIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

YENİ DƏRS VƏSAİTİ: “PEDAQOGİKA NƏZƏRİYYƏSİ: MÜNTƏXƏBAT”

No Comments

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN KİTABLARI

Yeni dərs vəsaiti: “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”

          Yeni ilin ilk günlərində “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətin görüşünə yeni dərs vəsaiti “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”la gəlmişdir. Dərs vəsaitinin müəllif-tərtibatçısı pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı mütəxəssisi

 Lalə Akif qızı Məmmədlidir.

          Elmi redaktoru: pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov;

          Rəyçilər pedaqogika üzrə elmlər doktorları, professorlar Hümeyir Əhmədov  İntiqam Cəbrayılovdur.

         Təqdim olunan dərs vəsaitində (Bakı: Mütərcim, 2022 . – 232 səh.) Azərbaycanın görkəmli psixoloq və pe­da­qoqlarının pedaqogikanın ümumi məsələlərinə, əsas anlayışlarına, onun predmetinə, məqsəd və vəzifələrinə, tədqiqat metodlarına, didaktika və tərbiyə məsələlərinə, məktəbşünaslığa dair əsərlərindən seçmələr veril­miş­dir. Dərs vəsaitindən ali təhsil müəssisələrinin və kolleclərin tələ­bə­lə­ri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, vali­deyn­lər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Gəncliyin dəyişməyən simvolu – Müşfiq yenə ədəbiyyat üfiqlərini şəfəqləndirib-FOTOLAR

No Comments
Leyla Axundzadə

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiq Bakı şəhərindəki abidəsi önündə anılıb. Fotolar:

Allah rəhmət eləsin, ruhu şad olsun.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Kənan Hacının yeni kitabı işıq üzü görüb

No Comments

KƏNAN HACININ KİTABLARI

Tanınmış yazar Kənan Hacının sayca 21-ci, hekayələrdən ibarət olan “Pirosmaninin qonağı” adlı yeni kitabı “Günəş” nəşriyatında işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik! Çox dəyərli oxucularımız isə artıq sabahdan kitab mağazalarından “Pirosmaninin qonağı”nı alıb oxuya bilərlər.

KƏNAN HACNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb

No Comments

AZƏR QİSMƏTİN YAZILARI

Yazar Azər Qismətin “İlbizlər” adlı yeni kitabı işıq üzü görüb

Bu barədə yazar özü YAZARLAR.AZ-a məlumat verib. O, bildirib ki, “Bizklub” nəşriyyatında çapdan çıxan kitabın təqdimatı 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq.

Bu münasibətlə yazar YAZARLAR jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatına layiq görülüb. Diplom 29 dekabr 17:00 – 19:00 -da “AzərKitab”da baş tutacaq tədbir zamanı müəllifə təqdim olunacq. (Diplomu doğrulama lingi >>> LAUREATLAR)

Xatırladaq ki, Azər Qismət “Duman”, “Çuğullar”, “Xanım taksi” kitablarının müəllifidir.

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

AZƏR QİSMƏTİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC