Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda tanınmış alim, yazıçı, ictimai xadim Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Gecəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzetin”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn müəllimin həm muğam irsimizinin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən bəhs etdi. Sonra sözü tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangirə verdi.
Gecədə xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı,Gülnarə Cəmaləddin, nasir Hümbət Quliyev, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər. Tədbirin gedişində Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edildi.
Fotolar:



Yazarlar.az
Bir cavab yazın