Xanlar Həmid – Bir şeir.

No Comments

YOX DEMƏYİ ÖYRƏN.

Qapın açıq min ildir,
Hər gələnə ” hə” dedin.
Bu “kimlər”in içində
Özünə ” hə” demədin.
Qara başa ” hə” dedin,
Sarı başa “hə” dedin,
Gözü göyə “hə” dedin,
Üzü göyə ” hə” dedin.
Kiçildin “hə” lərdə sən,
Biçildin ” hə” lərdə sən.
” Hə”lər, ” nə” lər, ” və” lər də,
Səni dizə gətirdi.
Səni sözə gətirdi.
Fələyin nəyi vardı,
Onu bizə gətirdi.
Ey Vətənim, ey xalqım,
Xeyir deməyi öyrən.
Xətai nə deyir de,
Babək kimi xeyir de.
Bir yox deməyi öyrən,
Gedənə yolu göstər,
Bir yox deməyi öyrən.
Yox de, zalıma yox de,
Yox de, zülmə yox de.
Yox de, ölümə yox de.
Yox de –
Susan Allahına da,
Yox de padşahına da.
Biz yoxdan var olmuşuq,
Hər yoxda bir diriliş,
Hər yoxda var olarsan.
Öyrən, yox deməyi öyrənin.

03. 22. 2022.

Müəllif: Xanlar Həmid.

Yazarlar.az

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir