Diqqət! – Müsabiqə:

No Comments

Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verilib. Müsabiqəyə qatılmaq istəyənlərin nəzərinə:

İkinci Qarabağ müharibəsi mövzusunda yazılmış əsərinizin elektron versiyasını (roman, povest, hekayə) bu ünvana göndərin: asadcahangir@mail.ru
Hər kəs yarışmada yalnız bir əsərlə təmsil oluna bilər.
Müsabiqənin şərtlərinə görə, əsərin nəşr olunub olunmamsı önəm daşımır.
Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.
Materialın altında əlaqə telefonunuzu yazmağı unutmayın.
Materialların qəbulu 2023-cü il yanvarın 25-nə qədər davam edəcək.
Yarışmaya gönədərilən əsərlər öncə jüri üzvləri tərəfindən 10-luq bal sistemi üzrə qiymətləndiriləcək, hər janr üzrə 3 ən yaxşı əsər (3 roman, 3 povest, 3 hekayə) seçilərək gizli ekspertlərə təqdim olunacaq. Ekspertlər bu üçlük arasından qallibləri müəyyən edəcək.
Ən yaxşı romanın müəllifi – 3000 manat
Ən yaxşı povestin müəllifi – 1500 manat
Ən yaxşı hekayənin müəllifi – 500 manat
Mükafatlandırma törəninin Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulub.
Bütün iştirakçılara uğurlar arzu edirik!
əlaqə telefonu: 051 307 83 99

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir