Zaur Ustac. Dağ. (Sonet çələngi)

No Comments

DAĞ
(Mayor Quliyevin əziz xatirəsinə)
I
Qoqi dağlarının ətəklərində
Bir körpə izi var quzusun gəzir.
Qarın arxasınca zirvəyə doğru,
Göbələk, ya çaşır, ruzisin gəzir…

  • * *
    Amansız müharibə cövlan edirdi,
    Bu körpə dünyaya gələn çağlarda.
    Əllər üzülmüşdü Qoca Tanrıdan,
    Tale yazılırdı “Cici” dağlarda.
  • * *
    Kövrək addımların atdı Küküdə,
    Arzu, istəyinə çatdt Küküdə,
    Ulu Naxçıvanın Şahbuz elində.
  • * *
    Bir qismət loxmanı yedi halaldan,
    Yaradan qorudu hər cür zavaldan,
    Şükür saf qəlbində, təmiz dilində.
  • II
  • Şükür saf qəlbində, təmiz dilində,
  • Çəmənlər, çiçəklər oxşadı ruhun.
  • Böyüdü içində Yurda iftixar,
  • Gəzdi zirvələrdə izini Nuhun.
  • *  *  *
  • Sağında Salvartı, solunda Buzqov,
  • Gəzdi qarış-qarış bütün dağları.
  • Heyranı olmuşdu o Batabatın,
  • Bir başqa aləmdir Şahbuz bağları.
  • *  *  *
  • Təhnəsi, Çay düzü oylağı idi,
  • Cici yurd zirvəsi yaylağı idi,
  • Gördü Biçənəkdə çin-çin biçini.
  • *  *  *
  • Əyriqar, Sisqatar oylağı idi,
  • Dağdağan zirvəsi yaylağı idi,
  • Böyüdü bir barmaq çiynində çini.
  • III
  • Böyüdü bir barmaq çiynində çini,
  • Qoqi qərib idi, Qanlı göl müdhiş.
  • Hərdən yamaclarda fikrə dalirdı,
  • Eynini açmırdı nəysə belə iş…
  • *  *  *
  • Hətta neçə kərə gedib dərinə,
  • Gəlin qayasıyla durdu üz-üzə.
  • Sordu Kolanın incə dərdini,
  • Qoqidən Göyçəylə gəldi göz-gözə.
  • *  *  *
  • Gəzdi qarış-qarış eli, obanı,
  • Əlindən qoymadı yerə yabanı,
  • Heybəsi çiynində, kitab əlində.
  • *  *  *
  • Sevirdi müəllim, sevirdi şagird,
  • Hamının gözündə qəhrəman, igid,
  • Xətiri, hörməti doğma elində.
  • IV
  • Xətiri, hörməti doğma elində,
  • Böyüdü, boy atdı dağlar qoynunda.
  • Gəzdi başdan-başa aranı, dağı,
  • Gördü necə dağlar ağlar qoynunda…
  • *  *  *
  • Yaş üstə yaş gəldi, olmuşdu ərgən,
  • Hər sini bir yeni arzu gətirdi.
  • Başında yüz fikir, özünə inam,
  • Kamala yetişdi, təhsil bitirdi.
  • *  *  *
  • Ağıllı, kamallı, həssas ürəkli,
  • Qəlbində çağlayan min bir diləkli,
  • Bir cavan olmuşdu dağlarda qartək.
  • *  *  *
  • Bəlkə də saf idi min dəfə qardan,
  • Zirehi var idi ismətdən, aradan,
  • Böyüdü həyatda ər oğlu ərtək .
  • V
  • Böyüdü həyatda ər oğlu ərtək,
  • Hələ körpəlikdən sevdi göy üzün.
  • Ay, ulduz olmuşdu daim sirdaşı,
  • Elindən yol aldı qürbətə uzun…
  • *  *  *
  • Bir göz qırpımında ötüşdü zaman,
  • Dönmüşdü Yurduna çiynində ulduz.
  • Gecələr göylərdə görərdi bir vaxt,
  • İndi gecələyir çiynində ulduz…
  • *  *  *
  • Böyüdü günbəgün,  məqam dəyişdi,
  • Çıxdı bərkdən, boşdan yetişdi, bişdi,
  • Bərkidi, yetkinlik sininə doldu.
  • *  *  *
  • Öz doğma Yurdunda yandırdı çıraq,
  • Bütün dost-tanışa çatmışdı soraq,
  • Dostuna, tanışa nümunə oldu.
  • VI
  • Dostuna, tanışa nümunə oldu,
  • İşində böyüdü, olmuşdu ata.
  • Xəyallar çin idi hələlik çin-çin,
  • Kaş bütün cavanlar arzuya çata…
  • *  *  *
  • Yaradan açmışdı bütün yolları,
  • Yurdunun dörd yanı güldü, çiçəkdi.
  • Bütün xəyalları olmuşdu gerçək,
  • Bağında gülləri ləçək-ləçəkdi…
  • *  *  *
  • Hərdən şairliyi gəlirdi qonaq,
  • Mücərrəd sonluqdan verirdi soraq,
  • Duymuşdu taleyi istəyirdi bac.
  • *  *  *
  • Bəzən nağıllar da olurmuş gerçək,
  • Yolumuz hər zaman olmur gül -çicək,
  • Həyat çox qəribə, yollar dolanbac.
  • VII
  • Həyat çox qəribə, yollar dolanbac,
  • Hərləndi, fırlandı döndü lap başa.
  • Yenə qarlı Qoqi, yenə Qanlı göl,
  • Bəxtimiz bizimlə yeriyir qoşa.
  • *  *  *
  • Zaman axdı, axdı duruldu yenə.
  • Arzuya geden yol buruldu yenə.
  • Uşaqlıq içində doğuldu yenə.
  • Ruzisi dağlara qovuldu yenə…
  • *  *  *
  • Fəsillər gözünə çəkmişdi pərdə,
  • Hürr Yurdu yenidən düşmüşdü dərdə,
  • Yollar elə həmin dolanbac yoldu.
  • *  *  *
  • Örkənmi günahkar, yoxsa doğanaq?
  • Yurdun səmasında hava boğanaq,
  • İbrətli hekayə, nümunə boldu.
  • VIII
  • İbrətli hekayə, nümunə boldu,
  • Yenidən dünyaya gəldi elə bil.
  • IX
  • Yenidən dünyaya gəldi elə bil,

  • (Ardı var…)
    22.11.2022.-Bakı.
    Müəllif: Zaur Ustac

www.yazarlar.az

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir