Zaur Ustac – Qatıq şeiri

No Comments

QATIQ
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə süfrələrin padşahı.
Baxırsan ki, bığlarınıda “bığ yağı”,
Fors eləyir, cibində yox bir şahı.

  • * *
    Qatıq deyib, fors eləmə qardaşım,
    Bir çox evdə onun adı yavanlıq.
    Baxırsan ki, düz əməlli adamdır,
    Yazıq olub, evin yıxıb cavanlıq.
  • * *
    Qatıq deyib, fors eləmə qardaşım,
    Bir çox evdə kiçik dünya ibrəti.
    Nehrə onu elə qəşəng çalxayır,
    Söz artıqdı, tutan tutdu söhbəti…
  • * *
    Qatıq deyib, fors eləmə qardaşım,
    Ustac görüb tuluq-tuluq turş qatıq,
    İndi “yağ”dır vitrinləri bəzəyir.
    Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”…
    12.11.2022. (10:00) Bakı.
    © Zaur Ustac

zaurustac #anadilim #söz #qatıq #ayran #şor #yağ #yavanlıq #nehrə #tuluq #anlam #məcaz

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir