Osloda “Azərbaycan dili beynəlxalq aləmdə: təbliği və tədrisi məsələləri ” adlı vebinar keçirilib

No Comments

  Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyevanın və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımovanın birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Bakı Musiqi Akademiyasının kafedra müdiri fil.ü.e.d., professor Tərlan Quliyev, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri fil.ü.f.d. Aqşin Əliyev, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Eluca Atalı (İsveç), şair, pedaqoq Zaur Ustac və başqalarının iştirak etdikləri görüşdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılmasının əhəmiyyəti, xarici ölkələrdə tədrisi məsələləri və sairə müzakirə edilmişdir.
   “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği: dil siyasəti və strateji hədəflər” adlı məruzə ilə çıxış edən professor Sevinc Əliyeva dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. O, Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının diaspor nümayəndələri ilə görüşü zamanı Azərbaycan dilinin qorunmasına dair verdiyi tövsiyələri qeyd etməklə onlara əməl olunmasının zəruriliyini nəzərə çatdırmışdır. Azərbaycan dili xaricdə yaşayan üçüncü nəsil azərbaycanlıları öz mədəniyyətinə bağlayan və onları birləşdirən əsas amil kimi dəyərləndirilmişdir. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinin Mərkəz üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edən S.Əliyeva ölkə xaricində Azərbaycan dilinin tədrisi və təbliği məqsədilə diaspor nümayəndələri ilə vaxtaşırı görüşlərin təşkil olunduğu, qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın dilimiz və mədəniyyətimizin təbliğinə dair fəaliyyətlərini yüksək qiymətləndirən natiq azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir həmvətənimizlə Monitorinq Mərkəzinin əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır.
   Digər iştirakçılar “Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi məsələləri”, “Azərbaycan dilinin beynəlxalq tədrisinin məzmunu”, “Xaricdə doğulub-böyüyən uşaqlar üçün ana dilinin tədrisinin əhəmiyyəti haqqında”, “Ana dilinin tədrisində ədəbiyyatın rolu” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan dilinin ölkə xaricində tədrisində mövcud çətinliklər, resurs və dərsliklərin bəzən qənaətbəxş olmaması, lazımi ədəbiyyatın çatışmazlığı kimi məsələlər qeyd olunmuşdur. Səsləndirilən təkliflər arasında ana dilinin beynəlxalq aləmdə tədrisi coğrafiyasının genişləndirilməsi, Azərbaycan mərkəzlərinin yaradılması, Azərbaycan dilinin beynəlxalq miqyasda ayrıca ixtisas kimi tədris edilməsi və s. öz əksini tapmışdır.

Səlimin əl işi


SƏMA MUĞANNANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir