BOLUSLU ANAR ƏLİOĞLU – YENİ ŞEİRLƏR

No Comments
BOLUSLU ANAR ƏLİOĞLU NUN ŞEİRLƏRİ

BAYRAĞIM
Dövlətlərin içində
Qoy görsün solum, sağım.
Dünyamız var olduqca,
Dalğalan, ey bayrağım.
* * *
Qeyrətim, vicdanımsan,
Vüqarım, qürurumsan.
Ölümə dik baxıram,
Sən gözümdə nurumsan.
* * *
Dalğalan, ey bayrağım,
Sən də ana Vətənsən.
Vətənçün candan keçən
Şəhidlərə kəfənsən.
* * *
Dalğalan, ey bayrağım,
Qələbəm, zəfərimsən.
Döyüşlərdən qaçmayan,
İgidimsən, ərimsən.
* * *
Zikr edirəm adını
Ürəyimdə, dilimdə.
Hər gün səni öpərək
Gəzdirirəm əlimdə.
* * *
Səcdəgahım, Kəbəmsən
Gözlərimin önündə.
Şəfaətim olarsan
Qiyamətin günündə.
* * *
Dalğalan, ey bayrağım,
Düşmənə göz dağısan.
Uludan da ulusan,
Tarixin xoş çağısan.
* * *
Dalğalan, ey bayrağım,
Sən də ana Vətənsən.
Vətənçün candan keçən
Şəhidlərə kəfənsən.

VƏTƏN
Qanlar tökülməsin sülh olsun deyə,
Otuz il səbr etdik, bir təhər dözdük.
Boş-boş danışıqlar fayda vermədi,
Səbrimiz tükəndi düşməni əzdik,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
Bütün dünya görsün qüdrətimizi,
Yenilməz orduyuq, həqiqət budur.
Qırx dörd gün ərzində biz qalib olduq,
Dağıtdıq başından qara buludu,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
Qısa vaxt ərzində bildilər kimik,
Tanındı dostumuz, düşmənlərimiz.
Səni təmizlədik yadellilərdən,
Yaşıla qərq oldu çəmənlərimiz,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
İcazə vermədik həddin aşmağa,
Yekə danışanın kəsdik sözünü.
İti qovan kimi qovduq onları,
Sənə xor baxanın tökdük gözünü,
Yeni tarix yazdıq tarixə,Vətən.

DÜŞMƏNƏ GÖZ DAĞIDIR
İşğalçıdan azad olan torpaqlar
Dosta qürur,düşmənə göz dağıdır.
Qarabağda indi yanan ocaqlar,
Dosta qürur,düşmənə göz dağıdır.
* * *
Uymaginən rusa,farsa,ərəbə,
Aldanma heç bəhanəyə,səbəbə.
Qazanılan hər bir uğur,qələbə,
Dosta qürur,düşmənə göz dağıdır.
* * *
Ölkəmizin gələn hər xoş sorağı,
Haqsızlara haqlıların qınağı,
Dalğalanan Azərbaycan bayrağı,
Dosta qürur,düşmənə göz dağıdır.

Müəllif: BOLUSLU Anar ƏLİOĞLU

BOLUSLU ANAR ƏLİOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir