“ÜRƏYİMİN PAYTAXTI”, AĞDAMIM! – AQŞİN HACIZADƏ

No Comments

“ÜRƏYİMİN PAYTAXTI”, İŞĞAL OLAN AĞDAMIM!
(Ağdam Dövlət Dram Teatrının aktrisası, qiraətçi dostum Afəridə Sabirqızı Ağdamlının dilindən)
Haralısan deyirlər?-dillənirəm qəhərlə,
-Ağdamdanam,Ağdamım işğal olub məkrlə.
Ağdamlı olmağımı söyləyirəm fəxrlə.
Niyə axı mən bunu ya gizlədim,ya danım?
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Atam bir an düşməyir dodağımdan.dilimdən,
Ağlayıram içimdə,nə gəlir ki, əlimdən?
Səndən ayrılan gündən, lap uşaqlıq ilimdən,
Ürəyimdə qalıbdı xoş murazım,xoş kamım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sevilmisən ərlərin, saysız şəhidlərinlə,
Cəsur Raquf Orucov, Yelmar tək nərlərinlə, —1.–2.
Ürəklərdə yaşayır onlar hünərləriylə,
Mən də hazıram bu gün, yolunda verim canım,
“Ürəyimin paytaxtı”, işğal olan Ağdamım!
* * *
Sənsiz dünya gözümdə kiçildikcə kiçildi,
Sənsiz ötən bu illər ömür deyil,puç ildi.
Yad əllərdə qaldığın düz iyrimi üç ildi,
Uçub sökülüb daha, qara olub ağ damım,
“Ürəyimin paytaxtı”, işğal oan Ağdamım!
* * *
Bəsdir qurduq burada,ya hardasa alacıq,
Bir gün axır bir olub, biz yenə biz olacıq.
Səni tikən biz idik, təzdən tikib. quracıq,
Necə gözəl olmusan əvvəl,əzəl Ağdamım,
İnanıram olacan yenə gözəl Ağdamım!
* * *
Təzə güllər əkəcəm , yenə öz əllərimlə,
Sənə bəzək vuracam zəhmətimlə,tərimlə.
İgidlərin,ərlərin, nazlı gözəllərinlə,
Onda yenə coşacaq mənim təbim,ilhamım,
“Ürəyimin paytaxtı”,yaşa mənim Ağdamım!
1.Raquf Orucov.— Hərbi xidmətlərə görə medalı.
2.Yelmar Edilov.—– —– AR Milli Qəhrəmanı.

26.9.2016.

BU QATAR AĞDAMA GEDƏ BİLMƏYİR!
Bakıdan Xankəndə qatar yolu var,
Həmin yol Ağdamdan keçib gedirdi.
Getməyir oraya indi bu qatar,
Ağdamın özütək bu yol əsirdi!
* * *
İyrimi altı il vaxt ötüb keçib,
Dayanıb bu qatar, durur Bərdədə.
Bu yolu gözləyən çox insan köçüb,
Çoxu da köçəcək hələ bəlkə də!
* * *
Sərnişin gətirib aparmalıydı,
Qaçqına ev olub qatar burada.
Anlayan kəslərə ağlamalıdı,
Qatarı “ev” sayıb, yatar burada.
* * *
Bu nə bəd oyundur, axı nə sirdir?
Dördyoldan o üzə ötə bilməyir.
Ağdama on-onbeş kilometrdir,
Bu qatar Ağdama gedə bilməyir!
* * *
Ta səbri tükənib,yorğun haldadı,
Fərqini duymayır qışın,baharın.
O vaxtdan dördyolda,gözü yoldadı,
Bileti əlində Ağdamlıların!
* * *
Başqadı Ağdamın qoxusu,ətri,
Bu məkan uğrunda döyüşək gərək.
Bu qatar Ağdama getməkdən ötrü,
Gərəkdi Ağdama öncə biz dönək!
24.7.2019.

Bu şeir Ağdamın işğal zamanından bəri səmimi dostluğumuz davam edən, Ağdam Dövlət Dram Teatrının dəyərli aktrisası Afərdə Sabirqızı xanımın istəyi ilə Ağdam sevincini yaşayan bütün ağdamlıların dilindən söylənilir. Sizləri ürəkdən təbrik edirəm Ağdam camaatı! Ağdama dönüşünüz mübarəkdir!

MƏNİM DOĞMA, GÖZƏL YURDUM, AĞDAMIM!
Qaçqın düşdqük, əzab çəkdik aramsız,
Nə zalımmış bu erməni, bu qansız!
Düz iyrimi yeddi ili Ağdamsız,
Bu dünyaya sanki kordum Ağdamım,
Mənim doğma, gözəl yurdum Ağdamım!
* * *
Ayrı düşdün bu illər ki, elindən,
Düşməmisən bir ağdamlı dilindən.
Aldı səni yağıların əlindən,
Baş komandan, şanlı ordum, Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Ürəksizmiş harda olsa vətənsiz,
Baş neyləsin, dil neyləsin bədənsiz?
Anlamıram, bu illəri mən sənsiz,
Necə dözdüm, necə durdum Ağdamım?
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Şükür, dönüb qucağına gəlmişəm,
Sevincimdən ağlamışam, gülmüşəm.
Qiblə sanıb, səni Məkkə bilmişəm.
Yenə səndə binə qurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
* * *
Uca olsun onun adı, həm şanı,
Min yaşasın Ali Baş komandanı. —*
O bəxş etdi bu payızda xoş anı,
Bu həsrəti başa vurdum Ağdamım,
Mənim doğma, gözəl yurdum, Ağdamım!
Yaşa mənim əzəl yurdum Ağdamım!
*Ali Baş Komandan İlham Əliyev.

21.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir