DODAQDƏYMƏZ – دوداقدگمز

No Comments
DODAQDƏY(G)MƏZ – دوداقدگمز

QIJ-QIJ
(Dodaqdəy(g)məz)
Leysan yağar dəryalardan ziyadə,
Axar gedər (…) haraya qıj-qıj,
Yetərkanə içər yerlər ziyadə,
Dalı gələr hardan haraya qıj-qıj.
* * *
Səni xəlq eyləyən (…) adil Tarı,
Ala səndən yenə (…) arı,
Gedən təndən canın yarıdan yarı,
Çıxar canın (…) haraya qıj-qıj.
* * *
Sataşanda eynin yarın eyninə,
Allanarsan hərcayının diyninə,
Atlaz, xara yar əgninə giyniyə,
Edər xəlqə nazı haraya qıj-qıj.
* * *
Yar dəstindən çayı sada algilən,
Çay içəndə şirin yada salgilən,
Can diyəndə canan yada salgilən,
Çağır Allahını haraya qıj-qıj.
* * *
Hidayət kəndi yar(ı) eylədi candan,
Yəni dəryada ləh(i) eylədi kandan,
Nakəszadə ayə ki, gəldi handan,
Saldı cidalığı araya qıj-qıj.
Müəllif: Hidayət (هدایت)
Mənbə: V. Xuluflu, “El aşıqları”, Bakı -1927.
Əski əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac

QIJ – QIJ
“Ü” və “Ö” hərfi işlənmiş dodaqdəyməz )
Qış çiləsi Xıdır İlyas gələndə,
Hərlənər gərdişi, ay ellər qıj-qıj.
Qar selə dönəndə, yaz açılanda,
Şaqqıldar leysanı, ay ellər qıj-qıj.
* * *
Sədağınan qayıdarlar xəyatı,
Köhlən deyil, hayla getsin xay atı,
Ağılgərlər qayıdarlar xayatı,
Çərxinən hərlənir, ay ellər qıj-qıj.
* * *
Əğyarına acıqlandı nə səngi,
Artdı eşqi, hər yandı nəsəngi,
Səng altında qayırdılar nə səngi,
Ayaqda səcarən, ay ellər qıj-qıj.
* * *
Hicran oldu aşiqlərin əğyarı,
Yar saçında qara yarı, ağ yarı,
Qarşı gəlsə Aşıq Söynün ağ yarı,
Xəyalı sellənər, ay ellər qıj-qıj.
Müəllif: Aşıq Söyn (Hüseyn Şəmkirli)
Mənbə: “Ustad aşıqlar”. “Gənclik” nəşriyyatı. Bakı. 1983.
Kiril əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac

YARANA

(Dodaqdəyməz təcnis)
Yar əlindən qanlar axdı saraya,
Daşqın sellər nələr etdi Saraya!..
İki istək sinələri sara, ya
Hey daşdana diləklərdə yar, ana.
* * *
Dəriləndə dərələrdə çiçəklər,
Atar aşiq qızılcalar, çiçəklər…
Yaş yalayan yanaqların çiçəklər,
Çiçəklərin əlac edər yarana.
* * *
Əsirlərin yatar gecəyarıdan;
Yetişincə yarı gecə, yarı dan.
Sınaq elə, eşqi yalan yarı dan,
Ax, nə hacət, yanan sənə yarana?!
* * *
Aralıqda ara yaxan ara çağ…
Arananı arayaq, ara açaq.
Yar-yaxın da sədaqətlə aracaq,
Yaxşı yarı yaddaşında yar ana!..
* * *
Qara qaşın qaranlıqdan qaradı,
Yaza yaddir qara qışın qar adı.
Əllərinin hərarəti qaradı…
Əllərini qaytar yara yarana!…

Müəllif: Yusif NƏĞMƏKAR

ƏL – ƏLƏ
“Ü” və “U” hərfi işlənmiş dodaqdəyməz təcnis)
Ələk ələ, ələ gəl,
Əla ələ ələ gəl!..
Ələk ayaq, ələk əl —
Ələklənək əl-ələ.
* * *
Dan danlana, danışa,
Daşa-daşa dan aşa,
Darıxdınsa, danış, a
Dolaşaq da əl-ələ.
* * *
Eşqin şaşqın iş edə;
Çaşqınlıq — eşq işi də!..
Canında can eşidə,
Eşidəndə əl elə.

* * *

Əkinin – ürək gərək;
Ruhunla qanad gər, ək.
Daş-qaş nəyinə gərək?!
Əli yetir, ə, lələ!..


* * *
Sayıq say ki, sayasan;
Elə sadə, sayasan!..
Şah niyyəti say asan,
Qırxı qatla, əlli elə!..
* * *
Elə elə elinən,
Elənəndir elin ən…
Qalxan deyil el enən,
Elinə en, ə lələ!

Müəllif: Yusif NƏĞMƏKAR

Aşıq Alıdan nümunələr:

Ay ilə-ilə
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma)
Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.
* * *
Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.
* * *
Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.

Aranı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Gəldi yaz ayları, yaylaq çağıdı,
Ellər tərk eyləyir aranı tez-tez.
Aralansa sərin hax dərgahından,
Sədaqət qısaldar aranı tez-tez.
* * *
Gərdişə nəs anı sayalar, keçər,
Yardan yara alsan, sayalar, keçər.
Gələr allı-şallı, sayalar keçər,
Aşiq qeyrət çəkər, ar anı tez-tez.
* * *
Neçə ayə gəldi, yazıda yandı,
Qışı atəşləndi, yazı da yandı.
Alı yay ağladı, yazı dayandı,
İndi yad eləyir aranı tez-tez.

Nümunələrin müəllifi: Aşıq ALI

Aşıq Ələsgərdən nümunələr:

Əssəlatü həşt ərkan
(“Ü” hərfi işlənmiş dodaqdəyməz divani)
Əssəlatü həşt ərkan,
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
* * *
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
* * *
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.

Sə qalı tez-tez
(“Z” hərfi işlənmiş dodaqdəyməz qoşma təcnis)
Sarsaq ilə sеyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tеz-tеz.
Tərlan xəyal qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tеz, tеz.
* * *
Yеl dəyir, tеllərin, yar, a gəzdirir,
Saqi istəkanı yara gəzdirir.
Yar həsrəti canda yara gəzdirir,
Yar gəlsə, yaralar sağalı tеz, tеz.
* * *
Xədəngin nеyləsin səng isə qala,
Еşq ataşın canda səngisə, qala.
Şah dəstin yеtirsə səngi-səqala,
Qaldırar yеrindən səqalı tеz, tеz.
* * *
Aşıq gərək sirrin dеsin ha lala,
Yanağından həya еylər ha lala.
Səxa əhli satdığını halala
Siratdan kеçəndə sağ alı tеz, tеz.
* * *
Səhər səyyad sеyrə çıxarsa dağa,
Ağan təkdi, dəngi dеyil səd ağa.
Qıl, yazıq Ələsgər, sərin sadağa,
Gеydir yar qəddinə sağ alı tеz-tеz.

Nümunələrin müəllifi: Aşıq ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR HAQQINDA

Tərtib etdi: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir