Qapın açıq min ildir, Hər gələnə ” hə” dedin. Bu “kimlər”in içində Özünə ” hə” demədin. Qara başa ” hə” dedin, Sarı başa “hə” dedin, Gözü göyə “hə” dedin, Üzü göyə ” hə” dedin. Kiçildin “hə” lərdə sən, Biçildin ” hə” lərdə sən. ” Hə”lər, ” nə” lər, ” və” lər də, Səni dizə gətirdi. Səni sözə gətirdi. Fələyin nəyi vardı, Onu bizə gətirdi. Ey Vətənim, ey xalqım, Xeyir deməyi öyrən. Xətai nə deyir de, Babək kimi xeyir de. Bir yox deməyi öyrən, Gedənə yolu göstər, Bir yox deməyi öyrən. Yox de, zalıma yox de, Yox de, zülmə yox de. Yox de, ölümə yox de. Yox de – Susan Allahına da, Yox de padşahına da. Biz yoxdan var olmuşuq, Hər yoxda bir diriliş, Hər yoxda var olarsan. Öyrən, yox deməyi öyrənin.
Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib. Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram. Çox yaşasın!
Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).
Dastanoğlu Fondunun dəstəyi ilə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsinə start verilib. Müsabiqəyə qatılmaq istəyənlərin nəzərinə:
İkinci Qarabağ müharibəsi mövzusunda yazılmış əsərinizin elektron versiyasını (roman, povest, hekayə) bu ünvana göndərin: asadcahangir@mail.ru Hər kəs yarışmada yalnız bir əsərlə təmsil oluna bilər. Müsabiqənin şərtlərinə görə, əsərin nəşr olunub olunmamsı önəm daşımır. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Materialın altında əlaqə telefonunuzu yazmağı unutmayın. Materialların qəbulu 2023-cü il yanvarın 25-nə qədər davam edəcək. Yarışmaya gönədərilən əsərlər öncə jüri üzvləri tərəfindən 10-luq bal sistemi üzrə qiymətləndiriləcək, hər janr üzrə 3 ən yaxşı əsər (3 roman, 3 povest, 3 hekayə) seçilərək gizli ekspertlərə təqdim olunacaq. Ekspertlər bu üçlük arasından qallibləri müəyyən edəcək. Ən yaxşı romanın müəllifi – 3000 manat Ən yaxşı povestin müəllifi – 1500 manat Ən yaxşı hekayənin müəllifi – 500 manat Mükafatlandırma törəninin Novruz bayramı ərəfəsində keçirilməsi nəzərdə tutulub. Bütün iştirakçılara uğurlar arzu edirik! əlaqə telefonu: 051 307 83 99
Ey zamanın ısısız gölgelerini kelimelere döken altın kalem, evrenin dayanılmaz acılarına neden bu kadar duyarsızsın? Dışarıda yemyeşil bir cennet kokusu var ve kalbim ıssız bir ateşle yanıyor. Kara bulutlar ve karanlık geceler durulmuyor!
Yas tutan kadınlara siyah elbiseler giydirdiler Sonra gece yarısının ışıklarını sopalarla dövmeye geldiler Tüm uzak yerler yankılanan bir sessizliğe büründü. Her yerde yaralı kartallar, tozlu yollar, yerde yatan çıplak insan bedenleri
Ey gümüş iplikle işlenmiş doğa Önceki tüm iplikleri geri sarın ve renkli ipliklerle tekrar nakış yapın” Belki güneş yeniden doğar Ağaçların dallarına konan kuşların cıvıltıları yeniden duyulur.
Bereketli tarlalar, her esintide kuru bir yaprak gibi sallanan çorak çöllere dönüştü. Tüm şehir sokakları yavaş hareket eden kaplumbağalara yenik düşüyor Kavakların arasından akan berrak nehirlerden gelen sarı irin kokusu
Eskiden denizlerde herkese yetecek kadar tuz, tarlalarda un yapacak kadar buğday vardı. Dağların eteğinde yemyeşil vadiler…
Karanlığı aydınlatan parlak yıldızlarla ay ışığı Bu kara bulutların içine nasıl bu kadar vahşice düştük? Karanlık her yerde hüküm sürüyor Sanki bu dünyada sonsuza kadar yaşayacaklarmış gibi kibirli sesleriyle konuşan ikiyüzlü ev sahiplerinin karanlık sularına düştük.
Ey zulmün sultanı, ey sadece kendisi için hür bir dünya isteyen Tiran, esaret gömleğini bize ver, soğuk taşların üzerine oturalım. Ama bilmelisiniz ki soğuk taşların üzerine oturmak bizi daha güçlü kılar. İçimizde yaşayacak ve asla ölmeyecek ümidi besliyoruz Biliyoruz Bütün faziletleri, âşıkları ve asaletleri bilen, gözleri ve sözleriyle yüreğimize dokunanları biliriz. Onları her gece daha iyi tanıyoruz. Bir gün gerçek ortaya çıkacak Güzel kokulu pınarlar oluşacak ve en iyi sihirbaz aklın ve bilimin önünde eğilecek. Yürüdüğümüz yolları ve geldiğimiz güneşi herkes bilecek Bu dünya bir gün şiddetin kandan başka bir şey doğurmadığını öğrenecek. Ve insan etinin asla yenemeyeceğini öğrenecektir.
Bütün insanlık derin bir uykuda olsa da Şiddetli fırtına her yeri süpürecek Sedef bulutlar baharın kokusuyla dolup taşacak Tüm hayaller her taşın altında çiçekler gibi açacak
Salam olsun, Dostlar! Bu gün N.Nərimanov irsinin yorulmaz araşdırmaçısı, “Tərəqqi” medallı “İlin Müəllim”, fəal ictimai xadim və nəhayətdə “Yazarlar” jurnalın onurğa sütunu Nəzakət Eminqızının ( Nəzakēt Kərimova Əhmədiva , Nəzakət Kərimova Əhmədova ) doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində bolluca yaradıcılıq uğurları arzulayıram! Var olun! Allah Sizi qorusun! Nə yaxşı ki, varsınız!!! Hörmətlə: Zaur Ustac
Bu gün “Vətən səsi” saytının əməkdaşı Mina Rəşid Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə fəxri diplomla təltif edilib.
Mina xanım həmçinin “Mustafa Museyiboğlu-70” layihəsində resenziya müsabiqəsi üzrə 3-cü yeri tutduğuna görə “Yazarlar” jurnalı tərəfindən İsa Muğanna adına diplom və pul mükafatına layiq görülüb.
Həmkarımızı təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.
Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoglu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!! Hörmətlə: Zaur Ustac