ÜLVİ AYDIN – ŞƏHİDLƏR HAQQINDA ŞEİRLƏR

No Comments

DİLLƏN ANA
(Şəhid Sadiq Feyziyevin övladı Tahirin dilindən)
Qırx dörd günlük müharibə qutardı,
Dillən ana,..atam niyə gəlmədi?!
Yanağımda öpüş yeri göynəyir,
Dillən ana,..atam niyə gəlmədi?!
* * *
Səhər-axşam gözləyirəm, gələcək,
Əlləriylə göz yaşımı siləcək.
Könlüm açılacaq, üzüm güləcək,
Dillən ana,..atam niyə gəlmədi?!
* * *
Son gedişi getmir ana, gözümdən,
Bir başqa cür öpmüşdü bu üzümdən.
Harda qalıb, axı necə dözüm mən,
Dillən ana,..atam niyə gəlmədi?!
* * *
Axşam yenə bəs, yuxuma gəlmişdi,
Tahir, oğlum, gələcəyəm, demişdi,
Bəs nə oldu?, nədən fikrin dəyişdi?!…
Dillən ana,..atam niyə gəlmədi?!

QARDAŞIM
Qanınla adını elə yazmısan,
Silinməz tarixdən adın qardaşım!
Hünərin od saldı düşmən canına,
Yandırır canların odun, qardaşım!
* * *
Düşmənin gözünü deşdin teylədin,
Canını Vətənə qurban eylədin,
Qorxudu, ölümdü, nədi bilmədin.
Fəxr edir qohumun, yadın, qardaşım!
* * *
Qəfildən qırıldı qəlbimin simi,
O gün şəhid verdi Zevin Rasimi.
Bir elin gözündə qəhraman kimi,
Aldı öz qoynuna yurdun, qardaşım!

Müəllif: Ülvi AYDIN (Qarayev Ülvi Əzizağa oğlu)

ÜLVİ AYDININ YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Categories: ZAUR USTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir