SAMİR MUSTAFAYEV – ZƏFƏR NƏĞMƏLƏRİ

Samir MUSTAFAYEV – şair

ŞUŞAYA QAPI AÇDIN
(Vətən Müharibəsi Qəhrəmanı, Polkovnik-leytenant Anar Əliyevin əziz xatirəsinə.)

Zülmət boğan torpağa,
Günəş kimi nur saçdın.
Canını qurban verib,
Şuşaya qapı açdın.
* * *
Baxmadın uzaq yoldu,
Gəlib çıxdın köməyə.
Zəfər qismətin oldu,
Çatdın arzu, istəyə,
* * *
Müqəddəslik guşəsi,
Elin şərəf-şanısan.
Xalqın uca zirvəsi,
Vətən Qəhrəmanısan.
* * *
Demişdin: Kəlbəcərə,
Bayraq sancmaqdır əhdim!
Yandıq acı xəbərə,
Beş dil bilən şəhidim!
* * *
Tez savaşa atıldın,
Torpaq seçməz hər oğlu.
Naxçıvandan qatıldın,
XTQ-nin nər oğlu.
* * *
Yapdın, qala, xanə sən,
Adı əbədi igid.
Nağılsan, əfsanəsən,
Gəncliyə örnək şəhid.
* * *
Anar deyir, el-oba,
Bu Vətənin fəxrisən.
Adın döndü kitaba,
“Yeni tarix” dərsisən.

DÖNDÜ
(Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunur.)
Necə yazmayasan bu xoş günlərdən?!
Xalqımın qüruru özünə döndü.
Qurtulduq o ağır, çətin illərdən,
Millətin sevinci üzünə döndü.
* * *
Sərkərdəmiz əzdi düşmənin başın,
Çıxdı azadlığa torpağım, daşım.
Dəmir yumruq oldu hər vətəndaşım,
Cənabın bir kəlmə sözünə döndü.
* * *
Haqq yolunun dözdülər hər anına,
Vəlvələ saldılar düşmən canına.
Vətən şəhidlərin axan qanına,
Qazinin qaranlıq gözünə döndü.
* * *
Yağının xülyasın tamam çöndərdi,
Torpaqdan rədd etdi, gora göndərdi.
İgidlər dağları yola döndərdi,
Dağlar Pənahəli izinə döndü.
* * *
Yüksək saxlayırıq hər an xidmətin,
Qardaşın qardaşa böyük hörmətin.
Naxçıvan, Zəngəzur atdı həsrətin,
Yolumuz Laçın dəhlizinə döndü.
* * *
Azad etdi hər kəndi, hər şəhəri,
Öz gücüylə heyran etdi bəşəri.
Əldə silah Azərbaycan əsgəri,
Doğma ocağına, közünə döndü.
* * *
Hər uğurda Öndərimiz dayandı,
44 günə Böyük Zəfər yarandı.
Mehriban xanımla gəzib dolandı,
Şükür, Paşam Cıdır düzünə döndü.

Müəllif: Samir MUSTAFAYEV

SAMİR MUSTAFAYEVİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir