KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, JURNALLAR, YAZAR MEDALI, YAZARLAR, YAZARLAR, YAZRLAR JURNALI, ZAUR USTAC, ZAUR USTACIN ŞEİRLƏRİ

ZAUR USTAC – BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

Zaur Ustacın şeiri.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Bu gün Arazın o tayında bayrağımız dalğalanıb)


Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.-Bakı ş.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply