KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, “Qızıl qələm”, AQŞİN HACIZADƏ, JURNALLAR, YAZAR MEDALI, YAZARLAR, YAZARLAR, YAZRLAR JURNALI

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN! – AQŞİN HACIZADƏ

Aqşin HACIZADƏ – Şair.

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!

(“…Zor ilə ayırdılar….” Ərdoğan)
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran, *
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun, *
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!

Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan

Qeydlər:
1. Müqəddəs Quran kitabı.
2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri.
12.12.2020.- Bərdə ş.
Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply