KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

AYTAC İBRAHİM

DEPRESİYA ADLI VAHİMƏ – AYTAC İBRAHİM

Nuranə Rafailqızının kitabı.

depresiya adlı vahimə

Günümüzün ən aktual məsələlərindən biri də depresiya adlı vahimənin insanların həyatında idarəedici qüvvə olmağıdır.Maddi sıxıntıların bolluğu, mənəvi mövzularda əskik hiss etmək, özgüvən problemi və bir çox amillər depresiyaya düşməyə səbəb yaradır.Yaşından aslı olmayaraq çoxları bu məqamda özü ilə bacarmır, intihar edir və ya özünü yaşarayaq öldürən metodlara əl atır.Nəticə isə uçurumdur….
Əsas olan, xaotik vəziyyətində özünü bir daha tanımaqdır, yenidən kəşf etməkdir.Nə qədər mübariz olub, olmadığını analiz edib, həqiqi səni tapa bilməkdir.Ya bu nizamsızlığın təsirindən boşluq dediyimiz quyunun dibinə düşəcəksən, ya da nizamsızlığı bacardığın qədər bərpa edib, iki əlli özünü qucaqlayacaqsan…
Sənin psixologiyanı, səndən başqa heç kim idarə edə bilməməlidir.Sən psixologiyanın sahibisən və onun hər bir detalını əzbər bilməlisən ki, çətin vəziyyətlərində özünə yol göstərəsən.
Yaradan insanı canlıların ən şüurlusu olaraq yaratdı.Ona yaşamağı üçün imkanlar da yaratdı, ömür də verdi.Düzgün yolda, şüurlu şəkildə addımlamaq gələcəyimiz üçün kifayətdir.
Bunun üçün sadəcə düşünməliyik.Əməllərimizi həyata keçirməmişdən əvvəl özümüzü sorğu-sual etməliyik, olacaqları, nəticəni göz önünə gətirməyi bacarmalıyıq.Ona görə dədə-babalarımız yaxşı deyib: “Yüz ölç, bir biç”.
Problemlər sanki labirintdir.Sadəcə gedişatda bir səhvə yol verdinsə oyun davam etməyəcək.Lakin diqqətli olsaq və məntiqimizi işə salsaq, həyatda çox şeyin xəyallarımızdakı kimi olmayacağını özümüzə dərk etdirsək problemlər bizim üçün doğrudan da, sadəcə bir oyun olacaq və qalib gəldiyimiz zaman zövq alacağıq.

Ətrafınızda layiq olanlara sevgi işığınızı saçın.İnsanlar sevgi ilə böyüyür.Ruhumuzun qidası sevgidir.Hətta deyərdim ki, bu gün bizi ayaqda möhkəm durmağa vadar edən, bəlkə də bizə sevgi verən insanların varlığıdır.Onları möhkəm qucaqlayın, təbəssüm edin, xoş sözlər deyin.Sabaha onsuz da etibar yoxdur.Nə edəcəksinizə, bu gün edin.Həm də böyük bir enerji ilə…

Unutmayın:

“Heç bir şey asan deyil, asan yolu tapıb gələcəyə uğurla addımlamalıyıq.”

Dünyamızı, cəmiyyətimizi, ətrafımızı qoruyaq… 

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply