KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

JURNALLAR, MÜSAHİBƏLƏR, ORİYENTİR ULDUZU, SƏMA MUĞANNA, TƏQDİMATLAR, XƏZAN, YAZAR MEDALI, YAZARLAR, ZİYADAR MEDALI

SƏMANIN ELNARƏ MÜƏLLİMƏ İLƏ MARAQLI MÜSAHİBƏSİ

Səma MUĞANNA

Bir az sevgi bağçanızdan ayrılıb, Elnarə xanımın dünyasına səyahət edək. Sirrli, möcüzəli qadının həyat hekayəsini burada vərəqləyib, suallarınıza cavabları tapacaqsınız…

Bu sənətə sahib olmaq sizə nə verdi?

Bu sənətə sahib olduqda bir çox tərəddütlərim var idi.Vaxt keçdikcə şagirdlərin sevgisiylə bu sənətə ayaqlarımla deyil,ürəyimlə başladım və bu həvəs məndə o şagirdlərimin mənə olan sevgisi sayəsində oldu.Ən ülvi hiss olan sevgini qazandım.

 Tam doğru söylədiniz.Sevgi hər şeyi,hətta biz insanları belə dəyişdirir.Sizinlə tam razıyam.

Bioloqsuz,yəqin ki,təbiəti çox sevirsiniz.Çiçəklərlə söhbət etdiyiniz zaman olub? Onların hansı hissləri yaşadığını duya bilmisiniz?

 Düşünürəm ki,təbiətdə bəlkə də yeganə varlıqlar-heyvanlar,bitkilərdir ki,biz onlara pislik etsək belə,onlar bizə yaxşılıqlarla qayıdırlar.İstənilən vaxta qədər təbiətdə vaxt keçirə bilərəm və zamanın necə bitdiyini bilmərəm.Bitkiləri və heyvanları çox sevirəm,hətta düşünmüşəm ki,onların dili yoxdur,ancaq anlamaq istəmişəm.Bu barədə bir çox tədbirlər də görmüşəm və bu hissi şagirdlərimə də həmişə öyrətməyə çalışmışam.

Məktəb illərində ən yaddaqalan xatirəniz nə olub?

 Məktəbin hər zaman sevimlisi olmuşam.Məktəb illərim demək olar bütün xatirələri yaddaşımda çox yaxşı canlanır.Məktəb illərini xatırladıqda ağlımda yalnız xoş xatirələr canlanır.Ən çox sevindirici hal da məktəbi bitirdikdən sonra biologiya müəllimizin məktəbə dəvət edib,şagirdlərin içərisində sadəcə məni seçib və vəzifəmi sənə ötürürəm-söyləməsi olmuşdu.Çox təəssüflər olsun ki,mən o vaxtı universitetdə oxuyurdum və alınmırdı,ancaq yaşadığım ən sevindirici hallardan biridir.Bu qürurvericidir ki,o müəllim məni unutmayıb və o məktəbdən getdikdən sonra da məni öz yerində görmək istəyibdir.

Bəli,müəllimlərin,şagirdlərin yaddaşlarında,xatirələrində qalmaq həm siz söyləmiş qürurverici,həm də sevgi dolu bir hissdir.

Müəllimlik fəaliyyətinizdə çıxılmaz vəziyyətdə qaldığınız zaman olub?

 Artıq çox məktəb dəyişmişəm.Ən son qərar verdiyim,artıq 3 ildən çoxdur ki,189-190 saylı tam orta məktəbin kollektivindəyəm.Əvvəlki işlədiyim məktəbdə qız şagirdim 9-cu sinifdən təhsilini yarımçıq qoymalı oldu.Nə qədər cəhdlər etsəm də,onu geri qaytarmaq üçün,ancaq əlimdə olmayan səbəblərdən onu geriyə gətirə bilmədim və onun çox böyük oxumaq həvəsi olduğunu bilə-bilə.Bu məsələ məni həmişə düşündürür ki,mən onu niyə geri qaytara bilmədim.Bəli bu çıxılmaz vəziyyətdir.Bu Respublika olaraq böyük problemdir.Qızların təhsil almaması.Bir qadın,bir qız təhsil alarsa,bir ailənin təhsilli olması deməkdir.Bu barədə hətta inad da edirəm.Hər kəs təhsil alsın,öz istədiyi peşəyə sahib olsun və ayaqları üzərində durmağı bacara bilsin.

 Bu barədə həmişə danışmışıq,hətta tarix boyu da qadınların bərabərhüquqlu olması önəmli götürüb hər şeydən öncə.

Aqşin Evrən söyləmiş:darıxmağın reseptini tapa bilərsiniz?

Mənim üçün darıxmağın resepti:musiqi,kitab,yaşıllıqdır.Bu üçü olan yerdə mənə heç nə,heç kəs lazım deyil.Mən heç vaxt darıxmaram.

Dənizin səsi sizə nəyi xatırladır?

Dənizi düşündükdə məndə iki fikir formalaşır.Həm qəmgin hadisələri xatırladır,həm də yorğun ruhu yeniləyir.Dənizə,uzaqlara baxdıqda yorğunluğumu götürür,huzur verir.

Məktəb illərindən danışdıq.Seçilmiş şagirdləriniz çoxdur və onları hansı xüsusiyyətlərə görə seçirsiniz?

Mənim üçün fərqi yoxdur.Qruplaşma etmirəm ki,bu yaxşı oxuyandır,yaxud pis.Məndə belə bir fikir var.Hər bir uşağın bacarığı var,sadəcə onu özündə kəşf etmir.Onu kəşf etmək lazımdır.Ola bilər ki,biologiyanı yaxşı oxumasın,ancaq gözəl şeir yaza bilsin.Elmə marağı olmaya bilər,ancaq rəssamlıq qabiliyyəti ola bilər,gözəl rəsmlər çəkə bilər.Mənim üçün bütün şagirdlərim istedadlıdır,seviləndir,doğmadır.Onların öz dilində danışmaq istəyirəm,onlar heç vaxt ayrı seçkilik hiss etməsin.

  Çox gözəl ifadə etdiniz.Bir şagirdlər də şanslıyıq ki,sizin kimi müəlliməmiz var.

Fərz edin ki,təbiət qoynundasınız.Bir şair və yaxud yazıçıyla görüşməlisiniz.Kimi seçərdiniz?

 Uşaqlığım Bəxtiyar Vahabzadənin şeirləri ilə keçib,ancaq indi isə tam xarakterimə uyğun,ciddiyətin içində bir az da zarafatı sevən Ramiz Rövşənin şeirləridir.Bəlkə də xarakterimə uyğundur.Bəli,onunla vaxt keçirtmək istərdim.

Biz gənclərin sevimli şairlərindən biri.Çox gözəl.Huzur tapardıq onu dinləsək.Əminəm bundan.

  Niyə həyatda yaxşı insanlar həmişə əzab çəkir?

Mən elə deməzdim. “Yaxşı insanlar əzab çəkir” sözünü mən nisbi götürürəm,çünki qarşımızdakı elə bir hadisə yaşaya bilər ki,heç bizim öz problemizə qarşı əzab çəkdiyimiz düzgün olmaz.Bu suala konkret bir cavabım yoxdu.Məndə sərt keçidlər yoxdu,hər biri düz keçidlərdir.Biz istəsək əzab kimi qarşılamarıq.O bizim üçün sadəcə sınaq ola bilər.

Göyərçin,yaxud qartal? Hansını seçərdiniz? Seçməyinizin səbəbi nə olardı?

Sənin yaşlarında olsam,yəqin ki,göyərçini seçərdim,ancaq indi isə qartal söyləyirəm.Qartal daima zirvədədir,özünə güvənir və realistdir.Göyərçin mənim üçün romantik,qartalsa,realist.

Romantikliyə toxundunuz,elə bu sual gəlsin.Romantik insansınız?

Çox sayılmaz.Özümü tam da romantik hesab etmirəm.Yarı-yarıya.

Ramiz Rövşənin şeirindən bir parça söyləyim:Bu dünyada çoxmu şeyləri yağış yuyur,gün qurudur? Sizcə?

Əla.İnsan təfəkkürü elədir ki,Tanrı insana unutqanlıq xüsusiyyətini bəxş edib.Bu olmasaydı,düşünürəm ki,insan ömrü 20,30 ildən artıq olmazdı.Həyatımızdakıları yağış yuyub,gün qurutmasa,biz yeni bir səhifə aça bilmərik.

Bəli.Mən həyat hekayəmizi qalın səhifəli,sonsuzluğa bərabər kitaba bənzədirəm.Onun də bəzən yağışa sirrlərini söyləyib hönkürməyinə,günəşin isti qucağında yenidən dünyaya gəlməyə haqqı var.

Sevgi,yoxsa var-dövlət?

Konkret olaraq deyə bilmərəm,ancaq sevgi,mərhəmət olacaqsa,demək,var-dövlət özü axıb gələcək.

Mən də sizin kimi düşünürəm.Sevgini ağaca bənzədirəm.Onun budaqlarında siz dediyiniz kimi mərhəmət,yaşamaq,yaşatmaq,var-dövlət cəmləşib.Beləliklə,sevgini dünyaya gətirib.

Dünyanız hansı rəngdədir? Səbəbi?

Məni tanıyanlar,əsas da şagirdlərim bilirlər ki,konkret bir rəng yoxdur.Biologiya müəllimi olduğum üçün də dünyamdakı rənglər rəngbərəngdir.

3 dilək haqqınız olsaydı,nə diləyərdiniz?

Birinci diləyim düşdüyümüz vəziyyətlə bağlı sağlamlığı,ikinci vətənimin bötüv olmasını,üçüncü isə övladlarımla bağlıdır.

Bəyaz,yaxud siyah? Hansını seçərdiniz?

İnsanın xarakterini üzə çıxaran da ağ və qarq rənglərdir,amma ağ və qaraya rəng qatan amillər mütləq şəkildə olmalıdır.Tam bir-birinə əks rənglər də olsa,yanaşı dayandıqda necə gözəllik qatır.Ona görə hər ikisini də seçərəm.

Mikayıl Müşfiqin “Rəssam,sevgilimin rəsmini çək” şeirini yadımıza salarkən yeni bir sual doğulur:Rəssam olsaydınız,sevgilinizin rəsmini nəyə bənzədərdiz?

Bir az eqoist cavab olacaq,ancaq elə özümə bənzədərdim

Düşünmürəm,əksinə çox gözəl cavabdır.Öz duyğularınızı,yaşadıqlarınızı onda əks etdirərdiniz.

 Qorxu filmlərini heç izlədiyiniz olub? Sevirsiniz?

Qorxu filmlərini əvvəllər çox izləyirdim.İndi isə qorxu və içində məntiq olan filmləri sevirəm.İndiki problem isə izlədikdə qorxmuram.Biz bunu dərsdə də keçmişik ki,az stress yeni motivasiya,yeni bir adrenalindir.Qan dövranının sürətlənməsidir.

Öz dünyanıza qapanıb,hönkürtü ilə ağladığınız vaxtlar olub?

Məncə,bu hər bir kəsin həyatında yaşanan hadisədir.Gəlin,bu cür müqayisə edim.Şimşək çaxır,göy guruldayır,amma sonra günəş doğulur,hətta göyqurşağı da yaranır.Deməli,hər hönkürtüdən sonra yenidən doğacaq günəş var.Şükürlər olsun ki,həmişə də elə olub.

İmadəddin Nəsimi həmişə söyləyib:İnsanlar kamil olsun,haqqa qovuşsun.Kamil,işıqlı insanı necə təsvir edirsiniz?

Mənim üçün kamil insan elmli demək deyil.Elmli ola bilər,ancaq çox zalım ola bilər.Biz bu yaşımıza qədər oxuduğumuz kitablardan şahidik.Mənim üçün kamil insan sadiq,mərhəmətli və vicdanlıdır.Ən vacibi də vicdandır,hətta VİCDAN sözünü həmişə böyük hərflərlə yazıram.İnsana həyatı boyunca vicdan doğru yolu tapmasında kömək edəcək.Arzu edirəm ki,bütün şagirdlərim də belə olsun.Onların gözlərinin içinə baxdıqda mən onları görə bilirəm.

Baxışlar insan xarakterinin ən gözəl aynasıdır.Hər şeyi anlamaq olur.

Tanrıyla tez-tez bölüşürsüz? Özünüzə yaxın bilirsiz onu?

Bəzən elə hiss edirəm ki,bütün yer kürəsindəki insanlar bir yana,sanki Tanrının gücü,qüvvəti mənim üzərimdədir.Bu fikri heç yerdə səsləndirməmişəm,ancaq düşünürəm ki,o məni qoruyur.Şeiri tam söyləyə bilməyəcəm,amma sitat gətirim Ramiz Rövşəndən: “Çox təəssüf ki,biz kefimiz yaxşı olanda Tanrını yada salmırıq,amma əhvalımız korlananda yada salırıq”.Unutmayaq,Tanrı həmişə yadımızda olsun.

Gecənin səssizliyində ulduzları seyr edirsiniz? Edərkən nə düşünürsünüz?

Bilmirəm bu hamıda belədir,bəli,ulduzları sevirəm,gecələr işıqlı yerlərdə gəzməyi sevirəm.Bu pandemiya dövründə ulduzlara baxa bilməsəm də,telefonuma aplikasiya yükləmişəm və izləyirəm.Bəli ulduzlar mənə romantikliyi təcəssüm etdirir.

Siz öz dünyanıza nə ad verərdiniz?

Mənim dünyam” adlandırardım.

Sizcə hansı daha sirr doludur? Gecə,yaxud gündüz?

Əlbəttə ki,gecə.Bəzi məqamları gizli saxladığı üçün sirrlidir.

Şagirdlərinizdə sevdiyiniz xüsusiyyətlər varmı?

Əzmkarlığı sevirəm.Qətiyyətli olmaqlarını tövsiyyə edirəm.Onlar məndən yalanı deyil,dürüstlüyü öyrənsinlər.Ən vacibi elə bu söylədiklərimdir.

Mən də sizin bir şagirdiniz olaraq söyləmək istəyirəm ki,mənə olan tövsiyyələriniz,diləkləriniz nə olardı?

Mən bilirəm ki,sən ədəbiyyatla məşgul olursan.Sənin soyadındakı irs özünü göstərir.Tək-tük şagirdlərimdənsən ki,artıq kim olacağın bəllidir.O cəhətdən də bu suala cavab vermək asanddır.Səndə kövrəkliyi xoşlayıram,elə bu da yazar olmanda böyük təkan verir.Empati etmək bacarağın yüksəkdir və sevgi dolusan.Onun üçün də bu xüsusiyyətləri birləşdirsək,Səma modelini tamamlamış oluruq.

Söhbətləşdi: Səma MUĞANNA


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply