KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, AD GÜNLƏRİ, BAŞSAĞLIĞI, ƏDƏBİYYAT, JURNALLAR, ORDU BARƏDƏ, ORİYENTİR ULDUZU, POLAD HƏŞİMOV, WWW.BİTİK.AZ, XƏZAN, YAZARLAR

CƏNAB GENERAL – MƏMMƏD QƏDİR

CƏNAB GENERAL

(Əfsanəvi general Polad Həşimova)


Eheyy… odlar yurdu, odun sönməsin,
İşığın odundan üzü dönməsin,
Ucaltdığın bayraq göydən enməsin,-
Qanınla etdin həkk, cənab general, –
Məqamın mübarək, cənab general!
* * *
Üzün nur saçırdı, zəhmin yox idi,
Amma yağılara rəhmin yox idi,
Dərrakən dərindi, fəhmin çox idi,
Etmişdin haqqı dərk, cənab general, –
Məqamın mübarək, cənab general!
* * *
Ay-ulduz işıqlı, mənim boz qurdum,
Sənə söykənmişdi müzəffər ordum,
Olsaydı hər kəsdə, cənnətdi yurdum,
Səndə olan ürək, cənab general,-
Məqamın mübarək, cənab general!
* * *
Bir an haqq yolundan dönmədin geri,
İmarət bilirdin soyuq səngəri,
Necə qoruyurdun yurdu, əsgəri,
Gözün bəbəyi tək, cənab general, –
Məqamın mübarək, cənab general!
* * *
Ulduzlar içrə ən parlağı idin,
Mərdlik libasının yarlığı idin,
Varlığın çoxunun varlığı idi,
Yoxluğun “haqqa” şəkk, cənab general, –
Məqamın mübarək, cənab general!
* * *
Ağla, Dəli Domrul, ey Dəli Həsən,
Çəkmək el yükünü deyildir asan,
Sən elə müqəddəs ucalıqdasan,
Çatmaz huri-mələk, cənab general,-
Məqamın mübarək, cənab general!
* * *
Nağıl həyatına odanı yazdın,
Sönmüş ocaqlara odunu yazdın,
Ölməzlər fövqündə adını yazdın,
İmzaladı fələk, cənab general,-
Məqamın mübarək, cənab general!
Müəllif: Məmməd QƏDİR

MƏMMƏD QƏDİRİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply