KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, AD GÜNLƏRİ, BAŞSAĞLIĞI, JURNALLAR, ORDU BARƏDƏ, ORİYENTİR ULDUZU, POLAD HƏŞİMOV, WWW.BİTİK.AZ, XANIM İSMAYILQIZI, XƏZAN, YAZARLAR

XANIM İSMAYILQIZI – VƏTƏNİMİN ƏSGƏRİ

VƏTƏNİMİN ƏSGƏRİ

Yorğanı qar, balıncı daş,
Vətənimin Əsgəridir!
Oğul, ata, arxa, qardaş,
Vətənimin Əsgəridir!
* * *
Düşmənə çəpər olanım,
Haqqını geri alanım,
Hər ürəyə yurd salanım,
Vətənimin Əsgəridir!
* * *
Sevgisi qanına köçən,
İgidlik yolunu seçən,
Bu yolda canından keçən,
Vətənimin Əsgəridir!
* * *
Fəxarətidir millətin,
Təcəssümüdür qeyrətin,
Azərbaycanın sərvəti,
Vətənimin Əsgəridir!
* * *
Əllərindən öpülməli,
Önündə baş əyilməli,
Qürur ilə deyilməli –
Vətənimin Əsgəridir!
* * *
Üzündə nur, ruhu çıraq,
Oxunacaq varaq-varaq,
Zirvəyə sancılan bayraq,
Vətənimin Əsgəridir!
* * *
Döyüşü bayramı bilən,
Hər qarış torpaqçun ölən,
Şəhadətinə yüksələn,
Vətənimin Əsgəridir!
* * *
Məşəl kimi yananımız,
Keşikdə dayananımız,
Hər biri Qəhrəmanımız,
Vətənimin Əsgəridir!
* * *
Yorğanı qar, balıncı daş,
Vətənimin Əsgəridir.
Adı – Müqəddəs Vətəndaş!!!
Vətənimin Əsgəridir!

Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply