KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

"ZİYADAR" MÜKAFATI, AD GÜNLƏRİ, BAKI, BAŞSAĞLIĞI, BƏDİİ KİTABLAR, ƏDƏBİYYAT, HƏRFLƏRƏ AİD ŞEİRLƏR, HİKMƏT SƏFƏROV, İLQAR MİRZƏYEV, JURNALLAR, KİTABLAR, ŞƏHİDLƏR HAQQINDA, TƏQDİMATLAR, VİKİPEDİYA, WWW.BİTİK.AZ, XƏZAN, YAZARLAR, ZAUR USTAC, ZAUR USTAC HAQQINDA, ZAUR USTACIN ŞEİRLƏRİ

BİR ŞƏHİD ATASI…

HİKMƏT SƏFƏROV VƏ ATASI İLDIRIM MÜƏLLİM.

VƏTƏN OĞLU

(Aprel şəhidlərinin ili günü Bakıda yağış yağdı…)

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı???

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan asılıb,  bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandı qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı. 

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:https://www.youtube.com/embed/6kRl4ofpGi8?feature=oembed

Şeirin müəllifi: Zaur USTAC

POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ:


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply