KİTABLAR, HƏDİYYƏLƏR VƏ ƏMLAK

BƏDİİ KİTABLAR, KİTABLAR, MƏLUMATLAR, TƏQDİMATLAR, WWW.BİTİK.AZ

ŞAHNAZ ŞAHİNİN YENİ KİTABI- “SABİRABAD ŞƏHİDLƏRİ”

Şair-publisist Şahnaz ŞAHİN (Şahnaz Feyzulla qızı Babayeva) çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biridir. Azərbaycan Yazıçılar,  Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Prezident mükafatçısı və Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır. 1996-cı ildən Azərbaycan mətbuatında şeirləri, poemaları, hekayə və esseləri ilə çıxış edir.

   “Ürəyimə düşən işıq” (2005), “Bu şəkil mənə bənzəmir” (2010), “Mübariz” (2011), “Seyid Umu xanım və beş kimsənə ocağı” (2011), “O sözəcən…” (2017), “Xocalının sərvəri” (2020) kitablarının müəllifidir. 

“Azərbaycan Əsgəri” adlı bu xüsusi buraxılışımızda tanış olduğunuz esselərin daxil edildiyi “SABİRABAD ŞƏHİDLƏRİ” müəllifin sayca yeddinci kitabı olacaqdır. Kitab hal-hazırda nəşrə hazırlanır. Tezliklə işıq üzü görəcək. Kitaba  İkinci Qarabağ-Vətən müharibəsində şəhidlik məqamına yüksələn qəhrəman oğullardan  bəhs edən esselər daxil edilmişdir.

Şahnaz xanıma yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Şahnaz xanım!!!

Müəllif: Əminə ELSEVƏR

ƏMİNƏ ELSEVƏRİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leave a Reply